Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-704/2024 15.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə əsassız zəng vuraraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda polisin qanuni göstərişinə tabe olmayaraq tabesizlik hərəkətinə yol vermiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu Xırdapay kəndində yaşayır, hərbi xidmətdə olan zaman ağır zədə almış və bu səbəbə görə psixi drumunda müəyyən çətinliklər yaranmışdır. Özü evlidir, evli olmasına baxmayaraq arvadı ilə münasibətləri yaxşı deyil, arvadı əsassız yerə evi tərk edərək öz valideynlərinin evinə getmişdir. Dəfələrlə müraciət edib xahiş etməsinə baxmayaraq arvadı evə gəlməkdən və onunla yaşamaqdan imtina etmişdir. Bu səbəblərə görə xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq operatora arvadının evə qaytarılması ilə bağlı ona köməklik göstərilməsini xahiş etmiş, əks təqdirdə özünü öldürəcəyini və intihar etsə heç kimin məsuliyyət daşımadığını demişdir. Həmin gün sərxoş vəziyyətdə olduğu üçün yatmış, müraciəti ilə bağlı yaşadığı ünvana gələn polis əməkdaşları onu yuxudan oyadaraq polis şöbəsinə aparmış, şöbədə baş verənlər barədə izahat vermişdir. Yaşadığı ünvanda və şöbədə olarkən polis əməkdaşları ilə mübahisə etməmiş, onların qanuni tələblərinə tabe olmuş və onların dediklərini etmişdir. Onun məsələsi yalnız arvadının evə qaytarılması ilə bağlı olmuş və polis əməkdaşlarından kömək istəmişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə X2 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Hazırki işin müəyyən edilən hallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək operatora qarşı heç bir etkadan kənar söz demədən arvadının evə qaytarılmasını xahiş etmiş, həmin gün yaşadığı ünvana gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq onlarla birlikdə şöbəyə getmiş, baş verənlər barədə izahat vermiş, polis əməkdaşları tərəfindən sorğu-sual edildikdən sonra barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verməsini və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Bundan əlavə, işə əlavə edilmiş, Şəxs anası X1 rayon polis şöbəsinin rəisinə ərizə ilə müraciət edərək, oğlu Şəxs hərbi xidmətdə olarkən ağır zədə aldığı və bu səbəbdən psixoloji vəziyyətində yaranmış problemlərlə əlaqədar onun xəstəxanaya yerləşdirilməsini xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixli dərkənarla rəis müavini Y.Tusifova göndərilmiş, lakin bununla bağlı heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında da Şəxs davranışlarında və hərəkətlərində psixoloji vəziyyətinin normal olmadığı müşahidə edilmişdir. Belə bir halda onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi əvəzinə zəruri hesab edilən sənədlərin toplanılaraq, onun müalicəsi ilə bağlı psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizənin ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunması məqsədəuyğun hesab olunardı. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-704/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-704/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver