Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-707/2024 17.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında prortokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında hazırda narkotik vasitədən istifadə etməsə də əvvəl narkotik vasitə istifadə etdiyini qeyd etmiş, verilmiş suallara cavabında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ona təqdim edilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxin izahatı ilə əlaqəli şəkildə təhlil edərək müəyyən etmişdir ki, Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Ona görə də, həmin protokol və ona əlavə edilmiş iş materialları geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs əldə etdiyi narkotik vasitədən qanunsuz istifadə etdiyi göstərilmişdir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, şəxsin narkotik vasitə və ya psixotrop maddələri istifadə etməsinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən onun tibbi müayinəsinin keçirilməsi zəruridir. Lakin tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və iş materiallarından görünür ki, iş materiallarına barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs həqiqətən narkotik vasitə istifadə edib-etməməsi, narkomaniya xəstəliyindən əzab çəkib-çəkməməsi və məcburi müalicəyə ehtiyacı olubolmaması məsələsini müəyyən etmək üçün tibbi müayinənin müvafiq rəyi əlavə edilməmişdir. Bu səbəbdən, iş materiallarında tibbi müayinənin müvafiq rəyi olmadan işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi mümkün hesab edilmir. Qeyd edilənlərdən əlavə inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı da alınmamışdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Qeyd edilənlərdən əlavə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda həmin protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il tarixdə təqdim edildiyi göstərilsə də verilmiş suallara cavabında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd edilən protokolun surətinin ona təqdim edilmədiyini bildirmişdir. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən qeyd edilən halın araşdırılması mümkün olmamışdır. Xatırladılır ki, Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin hüquqları təsbit edilmiş, həmin Məcəllənin 61.2-ci maddəsində onun bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilməsi, 100.3-cü maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında protokolun surətinin verilməsi məcburi norma kimi qeyd edilmişdir. Dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, şəxs barəsində inzibati xəta haqqında toplanmış iş materiallarının İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Kürdəmir Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material Kürdəmir Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-707/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-707/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver