Məhkəmə qərarları › İş №3(041)-708/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-708/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-708/2024 17.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, AZ Fond İnşaat MMC-də işləyən, Kürdəmir rayonu Böyük-Kəngərli kəndində qeydiyyatda olmaqa hazırda Bakı şəhərində kirayədə yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2085514 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev X3 rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(041)-1713/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2(041)-1259/2022 nömrəli, Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1713/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 2562.87 manat borc və 45.62 manat dövlət rüsumut tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ASC-yə ödənilməsi, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(041)-1259/2022 nömrəli icra sənədinə əsasən Şəxs ümumilikdə 450.40 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi, həmçinin Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 135 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədləri Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmış, lakin bu günə kimi icra sənədləri borclu tərəfindən icra edilməmiş, onun hazırda tələbkarlara olan ümumi borcu 2790.47 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda tələbkarlar icra sənədinin tez meddət ərzində icra edilməsini xahiş və tələb edirlər. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, barəsində olan icra sənədlərindən məlumatı var, tələbkarlara olan borcunu maddi imkansızlığa görə, həm də iş tapıb işləyə bilmədiyinə görə tam şəkildə ödəyə bilməsə də müəyyən məbləğlərdə ödənişlər etmiş və bu günə tələbkara olan ümumi borcu 2790.47 manat təşkil edir. Bundan sonra imkanı daxilində borcunu ödəmək üçün tədbirlər görəcək. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1713/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 2562.87 manat borc və 45.62 manat dövlət rüsumut tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ASC-yə ödənilməsi, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(041)-1259/2022 nömrəli icra sənədinə əsasən Şəxs ümumilikdə 450.40 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi, həmçinin Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 135 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir, icra sənədləri icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərarlar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, borclu Şəxs bu günə kimi icra sənədlərini tam şəkildə icra etməmiş, icra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə verməmiş, nəticədə 2790.47 manat borcu yarandığından onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1713/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2(041)-1259/2022 nömrəli, Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədi üzrə heç bir ödəniş etmədiyini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar