Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-709/2024 17.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 17.55-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru,X1 iştirakı ilə xx.xx.1975-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs qəsdən Qobustan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(026)- 320/2018 tarixli icra sənədini icra etməmiş və barəsində AR. İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Qobustan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(026)-320/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmamaları üçün Şəxs hər ay hər uşağa sabit pul məbləğində 80 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqini icra etməmiş onun icra sənədi üzrə 12000 manat aliment borcu qalmışdır. Hesab edir ki, Şəxs qərəzli olaraq icra vərəqsinin icrasından yayınır. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 2018-ci il tarixli qətnaməsindən məlumatı vardır. Lakin o, işləmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Özü heç bir yerdə işləmir və işləyəndən sonra borclarını ödəyəcəkdir. Beləliklə, Qobustan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(026)-320/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmamaları üçün Şəxs hər ay hər uşağa sabit pul məbləğində 80 manat məbləğində aliment tutularaq X3 verilməsi qət edilmiş, icra vərəqi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini icra etməmiş onun icra sənədi üzrə 12000 manat aliment borcu qalmışdır. Barəsində inzibati icraat açılmış şəxs məhkəmədə verdiyi ifadəsində də borcun ödənilməsi ilə bağlı şəxsən heç bir təşəbbüs göstərməməklə özünün heç bir yerdə işləmədiyini göstərmişdir. Şəxs işsiz olduğunu əsas gətirərək borcunu ödəyə bilməyəcəyini bildirərək öz hərəkətləri ilə məhkəmə qarşında qətnamənin icrası ilə bağlı qərəzli mövqeyini nümayış etdirir və birbaşa olaraq icra vərəqəsinin icrasına maneçilik törətdiyini ifadə edir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş, Qobustan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(026)-320/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmamaları üçün Şəxs hər ay hər uşağa sabit pul məbləğində 80 manat məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini vəşəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-709/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-709/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver