Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-710/2024 30.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, X4 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş məsləhətcisi- baş əmək müfəttişi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla yaşayan Nümayəndə1 barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran regional Şöbəsinin baş əmək müfəttişi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 Zavodu MMC-də insan resursları üzrə mütəxəssis vəzifəsində işləyən Nümayəndə1 cəmiyyətin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə cavabdeh olmasına riayət etməməsi nəticəsində xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs az-ağır xəsarət almasına səbəb olmuş, nəticədə Nümayəndə1 tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında X4 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş məsləhətcisi- baş əmək müfəttişi Nümayəndə2 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, X8 Zavodu MMC-də çalışan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə “HALLAND” markalı 90-M-703 dövlət qeydiyyat nişanlı traktora baxış keçirərkən xəsarət almışdır. Hadisə ilə bağlı Kürdəmir rayon prokurorluğundan araşdırma aparılmış, araşdırmadan sonra prokurorluq tərəfindən şöbəyə xx.xx.2024-cü il tarixli məktub və ekspert rəyi daxil olmuşdur. Daxil olmuş sənədlər araşdırılarkən X8 Zavodu MMC-də insan resursları üzrə mütəxəssis vəzifəsində işləyən Nümayəndə1 öz vəzifə səlahiyyətlərini yerinə yetirməməsi aşkar olunmuş və onun barəsində tədbir görülməsi qərara alınaraq Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nümayəndə2 izahatının sonunda Nümayəndə1 barəsində qanuna müvafiq qayadada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə1 izahatında göstərdi ki, X8 Zavodu MMC-də insan resursları üzrə mütəxəssis vəzifəsində çalışır, əsas vəzifəsi işçilərin işə qəbulu ilə əlaqədar müsabiqəni təşkil etmək, əmək müqaviləsi bağlamaq və işdən çıxarılması ilə əlaqədar əmək müqaviləsinə xitam vermək, işçilərin aylıq əməkhaqqılarının hesablanması və verilməsindən ibarətdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən “X8 Zavodu” MMC-də operator (yemləmə) kimi işə başlamışdır. Zərərçəkmiş şəxsla əmək müqaviləsi bağlandıqdan sonra Novruza tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimat keçirilməklə “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə giriş təlimatı” jurnalında müvafiq qeydlər aparılmaqla işçiyə imza etdirilmişdir. X5 xx.xx.2023-cü il tarixdən X8 Zavodu MMC-də çilingər vəzifəsində çalışır, X8 Zavodu MMC-də əsas vəzifəsi xarab olmuş texnikanın təmir edilməsindən və həmin texnikaların ehtiyat hissələrinin dəyişdirilməsindən ibarətdir, çilingər kimi o, iş vaxtı əməyin mühafizə və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək məsuliyyəti daşıyır. İşçilərə onun tərəfindən ilkin təlimat keçirildikdən sonra hər üç aydan bir bölmə müdirləri və ya növbə müdirləri tərəfindən işçinin işlədiyi sahə üzrə texniki təhlükəsizlik üzrə təkrar təlimat keçirilir. Zərərçəkmiş şəxs zavodun yemləmə sahəsi üzrə işləmişdir. Yemləmə bölməsi üzrə işçilər bir növbəli olmaqla işləyirlər. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 09:00-dan axşam saat 19:00-dək işləməli idi. Həmin gün Zərərçəkmiş şəxs səhər saat 09:00-dan bəri “HALLAND” markalı 90-M-703 dövlət qeydiyyat nişanlı trakor vasitəsi ilə iri baş heyvanlar üçün nəzərdə tutulmuş sahəyə yem səpmişdir. Təxminən saat 16 radələrində traktorun motorunda problem yarandığı üçün X8 zavodunda çilingər vəzifəsində çalışan Pünhan Həsənovdan kömək istəyərək traktorun motoruna baxış keçirmişdir. Həmin vaxt Pünhan Həsənovla o, motorun filterinə baxarkən o, sol əlini motorun pərinin yerləşdiyi hissəyə qoymuşdur. Bu zaman motor anidən işə düşdüyü üçün pər sürətlə fırlanaraq onun sol əlinin sol tərəfdən ilk 4 barmağına kəsici xəsarət yetirmişdir. Bununla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılmış, Məhkəmə - təhlükəsizlik texnikası ekspertizasının rəyi alındıqdan sonra prokurorluğun xx.xx.2024-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs iş vaxtı xəsarət almasına səbəb MMC-də çilingər vəzifəsini icra edən X5 tərəfindən təhlükəsizlik qaydalarının tələblərinin pozulması olduğundan P.Həsənov barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Bundan bir müddət sonra barəsində X4 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən əsassız yerə AR İXM-nın 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini bilib, oranın əməkdaşlarına onun heç bir günahı olmadığını bildirməsinə baxmayaraq bunun heç bir nəticəsi olmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə, həmçinin həmin Məcəlləsinin 198.3cü maddəsinə görə Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə X8 Zavodu MMC-də işdə olarkən “HALLAND” markalı 90-M-703 dövlət qeydiyyat nişanlı trakor vasitəsi ilə iş görərkən traktorun motorunda problem yarandığı üçün X8 zavodunda çilingər vəzifəsində çalışan Pünhan Həsənovdan kömək istəyərək traktorun motoruna baxış keçirmişlər, həmin vaxt Pünhan Həsənovla motorun filterinə baxarkən sol əlini motorun pərinin yerləşdiyi hissəyə qoymuş, bu zaman motor anidən işə düşdüyü üçün pər sürətlə fırlanaraq Zərərçəkmiş şəxs sol əlinin sol tərəfdən ilk 4 barmağına kəsici xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə - təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2024-cü il tarili 3-1616/2- 10/3208 nömrəli rəyindən görünür ki, “HALLAND” markalı 90-M-703 dövlət qeydiyyat nişanlı traktorun mühərrikindən yaranan nasazlığı aradan qaldırmaqdan ötrü aparılan təmir-sazlama işi zamanı mühərrikin işlək vəziyyətdə olması (və ya işə salınması) baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11d bəndinin və “Traktorlarda, kənd təsərrüfatı və ixtisaslaşdırılmış maşınlarda işləyərkən təhlükəsizlik texnikası qaydaları”nın 337-ci bəndinin tələbləri pozulmuşdur. Traktorlarda, kənd təsərrüfatı və ixtisaslaşdırılmış maşınlarda işləyərkən təhlükəsizlik texnikası qaydaları”nın 337-ci bəndinin tələbi traktorun matoruna baxış keçirən zaman və qaydalara əsasən texniki xidmət zamanı təhlükəsizlik texnikasına cavabdehlik daşıyan usta (çilingər) tərəfindən pozulmuşdur. Kürdəmir rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X2 qəbul etdiyi xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs iş vaxtı xəsarət almasına səbəb MMC-də çilingər vəzifəsini icra edən X5 tərəfindən təhlükəsizlik qaydalarının tələblərinin pozulması olduğundan P.Həsənov barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Əməyin mühavizəsi və texniki təhlükəsizlik üzrə giriş təlimatı jurnalından və əlavə edilmiş sənədlərdən görünür ki, X8 Zavodu MMC-də insan resursları üzrə mütəxəssis vəzifəsində çalışan Nümayəndə1 tərəfindən MMC-də çalışan işçilərə, eləcədə Zərərçəkmiş şəxs və Pünhan Həsənova əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimat keçirilmiş, “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə giriş təlimatı” jurnalında müvafiq qeydlər aparılmaqla işçilərə imza etdirilmiş, həmçinin ilkin təlimat keçirildikdən sonra hər üç aydan bir bölmə müdirləri və ya növbə müdirləri tərəfindən işçinin işlədiyi sahə üzrə texniki təhlükəsizlik üzrə təkrar-təkrar təlimatlar keçirilirmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs işlədiyi X8 zavodunda iş vaxtı xəsarət alması barədə rayon prokurorluğunda araşdırma aparılmış, baş vermiş hadisə ilə bağlı məhkəmə-təhlükəsizlik texnikasının rəyi alınmasına (ekspertiza rəyinə əsasən təhlükəsizlik texnikası qaydaları cavabdehlik daşıyan usta (çilingər) tərəfindən pozulmuşdur) baxmayaraq Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran regional Şöbəsi tərəfindən Nümayəndə1 barəsində tərtib edilmişdir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə1 hərəkətlərində İXM-nın 198.3-cü maddəsinin dispazisiyasında nəzərdə tutulmuş hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Çünki, Zərərçəkmiş şəxs və Pünhan Həsənova əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlar keçirilməsinə, həmin təlimatların keçirilməsi ilə bağlı “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə giriş təlimatı” jurnalına imza etmələrinə baxmayaraq özləri buna riayət etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.1-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Nümayəndə1 hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV
Məhkəmə qərarları › İş №3(041)-710/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-710/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver