Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-711/2024 18.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Əlihəsən oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1961-ci ildə Kürdəmir rayonu Axtaçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Kürdəmir rayonunun Axtaçı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunun Axtaçı kəndində Zərərçəkmiş şəxs Əlihəsən oğlunu nalayiq söyüşlərlə təhqir edərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İTB-nin sahə rəisi, polis mayoru X2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunun Axtaçı kəndində yaşayan Zərərçəkmiş şəxs Əlihəsən oğlu Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi xidmətinə və Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək, elə həmin tarixdə saat 21 radələrində yaşadığı küçədə aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Şəxs onu döyüb xəsarət yetirməsini bildirmiş, Şəxs barəsində qanuni tədbir görülməsini istəmişdir. Araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Hacıbala oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, həmkəndlisi Zərərçəkmiş şəxs Əlihəsən oğlu ona zəng edərək onun pay torpaq sahəsinə açılan suyun qarşısını guya kəsməsini bildirmiş, onu nalayiq ifadələrlə təhqir etmiş, ona görə Zərərçəkmiş şəxs yaşadığı küçəyə gedərək Zərərçəkmiş şəxs nəyə görə onu təhqir etdiyini soruşmuş, Zərərçəkmiş şəxs onu yenidən söyüşlərlə təhqir etmiş, o da Zərərçəkmiş şəxs söyüşlərinə cavab qaytarmış, onların araralarında mübahisə zamanı Zərərçəkmiş şəxs əmisi oğlu X3 həmin yerə gələrək onları aralaşdırmışdır. Əməlindən peşmandır, ona yüngül cərimə cəzasının verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Əlihəsən oğlu izahatında bildirdi ki, 25 iyun 2024-cü il tarixdə ona məxsus pay torpağına gələn suyu həmkəndlisi Şəxs Hacıbala oğlu bağladığından ona zəng edərək onun torpaq sahəsinə gələn suyu niyə kəsdiyini soruşmuş, bu zaman aralarında mübahisə yaranmışdır. O, Şəxs nəyə görə onun torpaq sahəsinə gələn suyu kəsdiyini soruşmuş, Şəxs yaxşı etdiyini dediyindən ona nalayiq ifadə işlətmiş, bundan sonra Şəxs onun yaşadığı küçəyə gələrək onunla mübahisə etmiş, sonra əmisi oğlu X3 həmin yerə gələrək onları aralaşdırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir RPŞ-nin TB-nın təhqiqatçısı Bəhruz İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunun Axtaçı kəndində yaşayan Zərərçəkmiş şəxs Əlihəsən oğlu Azərbaycan Respublikası DİNnin 102 mərkəzi xidmətinə və Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək, elə həmin tarixdə saat 21 radələrində yaşadığı küçədə aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Şəxs onu döyüb xəsarət yetirməsini bildirmiş, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs Əlihəsən oğlunun və Şəxs Hacıbala oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə uyğun tədbir görülməsi üçün Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2024 -cü il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə kənddən kənarda ot sahəsində su üstündə həmkəndlisi Zərərçəkmiş şəxs Əlihəsən oğlunu söyüb təhqir etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunun Axtaçı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs Əlihəsən oğlunu nalayiq ifadələrlə təhqir edərək xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən İXM-in 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-711/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-711/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver