Məhkəmə qərarları › İş №3(041)-712/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-712/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-712/2023 11.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan (xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Kürdəmir rayonu Yenikənd kəndində yaşayan X1 yaşadığı evin həyətində bir neçə nəfərlə pul qarşılığında oyun kartı ilə qumar oynamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə gecə saat 23 radələrində Kürdəmir rayonu Yenikənd kəndində yaşayan X1 yaşadığı evin həyətində bir neçə nəfərlə pul qarşılığında oyun kartı ilə qumar oynamağa başlamışlar. xx.xx.2023-cü il tarixdə, gecə saat 01 radələrində polis əməkdaşları oraya gəlmişlər və baxış keçirərək onların qumar oynadıqlarını aşkar etmişdlər. Həmin vaxt polis əməkdaşları maddi subut kimi 36 ədəd oyun kartlarını və 225 manat pulu götürmüşlər. Əməlindən peşmandır, ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Şəxs əməli özünün etirafı və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri müsadirə edilməklə onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, oyun ləvazimatı 35 ədəd kart olan 01 ədəd kart kolodasının, habelə qumara qoyulmuş 225 (iki yüz iyirmi beş) manat pul vəsaiti maddi sübut kimi tanınaraq istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Oyun ləvazimatı 35 ədəd kart olan 01 ədəd kart kolodasının, habelə qumara qoyulmuş 225 (iki yüz iyirmi beş) manat pul vəsaitinin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar