Məhkəmə qərarları › İş №3(041)-712/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-712/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-712/2024 18.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 14.15-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs Hacıbaba oğlunun iştirakı ilə xx.xx.1966-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Kürdəmir rayonu Axtaçı kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri,H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə yaşadıqalrı Kürdəmir rayonu Axtaçı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs Hacıbaba oğli ilə mübahisə edərək sonuncunun ünvanına ucadan qışqıraraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əmədaşalrı ilə mübahisə edərək onların qanuni tələblərinə qəsddən tabe olmamışdır. Hər iki material üzrə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xətalar eyni şəxs tərəfindən törədildiyinə və baxılması eyni orqanın səlahiyyətinə aid olduğuna görə həmin inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalı və bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs törətdiyi əməlini etiraf edərək göstərdi ki, Fazil onun həmkəndlisidir. Münasibətləri normal olmuş, aralarında heç bir ədavətləri olmamışdır.Onun özünün yonca sahəsi vardr. xx.xx.2024-cü il tarixdə səhər saatlarında həmin onca sahəsinə su açmış, həmin saat 15 radələrində suya baxmağa getmiş və suyun həmkəndlisi Zərərçəkmiş şəxs tərəfindən açıldığını görüb əsəbləşərək onunla mübahisə etmiş və mübahisə zamanı qarşılıqlı olaraq biri-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin günü o, Daxili İşlər Nazirliyinin 102 xidmət mərkəzinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları şikayət əsasında gəlmiş və onlarla polis şöbəsinə getmələrini xahiş etsə də əsəbi olduğu üçün etirazını bildiriək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs həm də şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs Hacıbaba oğlu ifadəsində göstərdi ki, Aydın onun həmkəndlisidir.Münasibətləri normal olmuşdur. Onun da yaşadıqları kənddə əkin sahəsi vardır. O, da əkin sahəsinə su açmış və Aydın onun suyu açdıını görüb əvvəlcə telefonra sonra isə qarşılaşanda onunla mübahisə etmiş və ucadan qışqıraraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. Aydın öz DİN-nin 102 xidmət mərkəzinə zəng edərək şikayət etmiş və hadisə yerinə gələn polis əməkdaşları ilə də mübahisə etmişdir. Polis əməkdaşları Aydını sakitləşdirib izahatı alınması üçün onlarla birlikdə polis şöbəsinə getməsini dsələr də o. Etiraz edərək polis əməkdaşları ilə mübahisə edib onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də polis nəfəri işəyir. xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmət mərkəzinə edilən şikayət əsasında Kürdəmir rayonunun Axtaçı kəndndə getmiş və orada adını sonradan bildiyi Şəxsla Zərərçəkmiş şəxs biri-biriləri ilə mübahisə etdiyini görmüş, onların hər ikisində sakitləşmələrini xahiş etsə də Aydın sakitləşməmiş ucadan qışqıraraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. O, Şəxs sakitləşməsini xahiş etmiş, lakin Şəxs öz qanunsuz hərəkətlərinə ddaam etmişdir. Bundan sonra izahat alınması üçün Şəxs Kürdəmir RPŞ-nə dəvət etsə də Aydın etiraz etmiş, onlarla mübaisə edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onlar Şəxs mcburi şəkildə polis şöbəsinə gətirib barəsində inzibati xərta haqqında protokol tərtib etmişlər. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı şahid ifadələri, hadisənin baş vermə şəraiti,i ş materialları ilə sübut olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, ailə və maddi vəziyyətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materialalrına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA 000463 nömrəli inzibati qaydada tutma haqqında qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19.45-də inzibati qaydada tutulmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində AR-nın İXM-nin 535.1-ci maddəsinə əsasən ona 10 (on ) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar