Məhkəmə qərarları › İş №3(041)-714/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-714/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-714/2024 06.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu X4, Qərarından şikayət verilən X7, X1 iştirakları ilə, X5 Kürdəmir RPŞ DYPB YPX-nin X3 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, TP6613853 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Kürdəmir RPŞ DYPB YPX-nin X3 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, TP6613853 nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X8 izahatında bildirdi ki, Kürdəmir şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olub əldə etdiyi gəlirlə ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə barəsində TP6613853 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunduğunu, maraqlandıqdan isə guya piyada keçidində piyadaya yol vermədiyini bilmişdir. Özü hər zaman qanun qayda ilə avtomobil idarə etməyə üstünlük vermiş, hansı yolda və hansı piyadayaya yol verməməsi barədə heç bir subut təqdim etmədən Yol Patrul Xidməti X3 onun barəsində qərəzli TP6613853 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Hazırda əlində inzibati xəta törətməməsi barədə heç bir sübut yoxdur. Bütün bunlara baxmayaraq barəsində qəbul edilən qərarla razı deyil, odur ki, şikayəti ilə bağlı qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən şəxs Kürdəmir RPŞ DYPB YPX X3 izahatında bildirdi ki, X6 Kürdəmir şəhər sakini kimi tanıyır, onun taksi fəaliyyəti ilə məşğul olduğunu bilir, aralarında ədavət və düşmənçilik yoxdur. xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhər ərazisində xidmətdə olarkən M.Abdullayev idarə etdiyi ‘’VAZ21947’’ markalı, 90OH289 dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri Babək prospektində hərəkətdə olarkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol vermədiyini görmüşdür. Bir qədər irəlidə onu saxladaraq söhbət etmiş və aralarında gedən söhbət əsnasında M.Abdullayev avtomobilində olan müştərini gedəcəyi yerə çatdırmaq üçün tələsdiyini və buna görə piyadaya yol vermədiyini bildirmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün M.Abdullayev barəsində xx.xx.2024-cü il tarixli, TP6613853 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və onu 50 manat məbləğində cərimə etmişdir. Hesab edir ki, qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəməyə təqdim edilən sənədlərdən və tərəflərin izahatlarından aydın olur ki, X8 ‘’VAZ21947’’ markalı, 90OH289 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri Babək prospektində hərəkətdə olarkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Kürdəmir rayonu Yol Patrul Xidməti X3 tərəfindən xx.xx.2024-cü il tarixli TP6613853 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 50 manat cərimə edilmişdir. M.N.Abdullayev şikayətini bir əsasla, yəni idarə etdiyi avtomobillə heç bir qayda pozuntusu etməməsi ilə əsaslandırmış və bu halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə görə nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hazırki iş üzrə şikayət edilən xx.xx.2024-cü il tarixli, TP6613853 nömrəli inzibati tənbeh vermə haqqında qərar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası İXM-nin tələblərinə cavab verdiyinə görə qanuni və əsaslı hesab edilir və bu səbəbdən də hesab edirəm ki, həmin qərar dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 136.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kürdəmir RPŞ DYPB YPX-nin X3nun xx.xx.2024-cü il tarixli, TP6613853 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən, həmin qərardan X8 tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar