Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-716/2023 11.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, xx.xx.1989-cu il tarixdə Ağcəbədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu Hacılar kəndində qeydiyatda olan, (FİN-xxxxxxx) Şəxs barəsində Kürdəmir rayonu polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP5569674 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:59 da idarə etdiyi “Hyundai Elantra” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Zərdab rayonu istiqamətinə doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36 maddisənin 1-ci hissəsinin, 3-cü bəndinin və 64-cü maddənin 1-ci hissəsinin tələblərini pozaraq, yəni idarə etdiyi avtomobilin təhlükəsiz hərəkətini təmin etməli, yolda nəqliyyat vasitəsinin hərəkətinin intensivliyini və yol şəraiti nəzərə almalı, diqqətini daima dəyişən yol şəraitindən ayırmamalı, etdiyi manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmalı, qarşı hərəkət zolağına çıxmamalı olduğu halda əsək istiqamətdə hərəkətdə olan Ağdam rayonu Evoğlu kənində qeydiyyatda olan və həmin ünvanda yaşayan X1 idarə etdi “Hyundai Santafe” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan özünü az-ağır, “Hyundai Elantra” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə olan sərnişinlər X3 və X2 dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, nəticədə G.Ə.Əliyev tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati xəta törədən şəxs Şəxs və Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs və Zərərçəkmiş şəxs gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/976-8/513 saylı rəyindən görünür ki, təqdim edilmiş Hunday santafa markalkı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa bamperdə)(sol kılıkda), arxa sol qanadda, arxa sol qapıda, arxa sol təkərdə, “Hunday Elantra” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotun sol hissəsində, qabaq sol qanadda) olan zədələr, izlər öz formasına görə, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməısi, o cümlədən nəqliyyat vasitələrinin bir-biriləri ilə toqquşması , “Hunday Elantra ” markalı 50 EA 48 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan digər zədələr isə aşma, maneyəyə dəymə nəticəsində yaranması mümkündür. -təqdim edilmiş “Hunday Elantra” markalı ** EA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşaraq öz ilkin formasını itirdiyindən həmin nəqliyyat vasitələrinin hansı bucaq altında toqquşmalarını müəyyən etmək mümkün deyildir. -baxış zamanı toqquşma yerində (yəni asvalt üzərində)hər hansı bir zədə aşkar edilmədi. Odur ki, nəqliyyat trasoloji ekspertizası yolu ilkə “Hunday Santafe” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşma yerini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş : - “Hunday Santafe” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadına və arxa bamperin sol hissəsində olan sürtünmə izləri “Hunday Elantra” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilindən götürülmüş lak-boya örtüyü qara rəngli üst emal qatı ilə rənginə təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. - “Hunday Elantra” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadında və kapotunun sol hissəsinə olan sürtünmə izləri isə “Hunday Santafe” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilindən götürülmüş lak-boya örtüyü qara rəngli üst emal qatı ilə rənginə təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1084 saylı rəyindən görünür ki, 1a.2a. İstintaq tərəfindən təqdim olunmuş məlumata əsasən, “Hunday Santafe” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. -sürücü Zərərçəkmiş şəxs avtomobili hərəkət surəti 3.24 “mksimum surətin məhdudlaşdırılması” yol nişanlı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70-80 km/saat sürətlə idarə etdirdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü mddəsinin 1-ci hissəsinin (3.24 “maksimum surəıtin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. -1b.2b. istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Hunday Elantra markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı mddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -sürücü Şəxs avtomobili hərəkət surəti 3.24 “maksimum surətin məhdudlaşdırılması” yol nişanlı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70-80 km/saat surətlə idarə etdirdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü mddəsinin 1-ci hissəsinin (3.24 “maksimum surəıtin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Şəxs xx.xx.2023-cü il tarixli 8/1084 saylı ekspertiza rəyi ilə razılaşmayaraq hadisənin baş vermə mexanizmini başqa formada təsvir edərək toqquşma yerini fərqli yerdə göstərmişdir. Bununla bağlı hadisə yerinə Şəxs iştirakı ilə əlavə baxış keçirilmiş, baxış zamanı Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonu Sovla kəndindən keçən hissəsində yolun 13-cü km-liyində idarə etdiyi “Hunday Elantra” markalı avtomobil ilə 60-70 km surətlə Kürdəmir rayonu istiqamətindən Zərdab rayonu istiqamətinə doğru hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan avtomobil ilə aralarında 70 metr məsafə olduqda, həmçinin toqquşma yerindən 22 metr ara məsafəsi olduda “Hunday Santafe” markalı avtomobil öz hərəkət zolağıdan sola onun hərəkət zolağına istiqamətlənmiş, o, “Hunday Santafe” markalı avtomobilin onun üçün təhlükə yaratmasını gördükdə avtomobilin sükanını sağa buraraq sağa istiqamətlənib yolun Zərdab rayonu istiqamətinə görə sağ çiynində yerləşən ehtiyyat hissəsinin üzərinə çıxıb hərəkətdə olarkən “Hunday Santafe” markalı avtomobilin arxa sol qanadı onun idarə etdiyi avtomobil qabaq sol tərəfi ilə toqquşmuş, zərbədən avtomobili idarə olunmaz vəziyyətə düşüb sağ çiynindən yoldan boş torpaq sahəsinə çıxaraq bir neçə metr məsafə irəliləyib aşmışdır. Həmçinin “Hunday Santafe” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs İsrafil oğlunun iştirakı ilə hadisə yerinə əlavə baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonu Sovla kəndindən keçən hissəsində yolun 13-cü km-liyində idarə etdiyi “Hunday Santafe” markalı avtomobil ilə 60- 70 km surətlə Zərdab rayonu istiqamətindən Kürdəmir istiqamətinə doğru hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan avtomobil ilə aralarında 75 metr məsafə olduqda, həmçinin toqquşma yerindən 20 metr ara məsafəsi olduqda “Hunday Elantra” markalı avtomobil öz hərəkət zolağıdan sola onun hərəkət zolağına istiqamətlənmiş, o, “Hunday Elantra” markalı avtomobilin onun üçün təhlükə yaratmasını gördükdə avtomobilin sükanını sağa buraraq sağa istiqamətlənib yolun Kürdəmir rayonu istiqamətinə görə sağ çiynində yerləşən ehtiyyat hissəsinin üzərində çəpinə hərəkətdə olarkən “Hunday Elantra” markalı avtomobilin qabaq sol hissəsi onun idarə etdiyi avtomobili arxa sol təkəri ilə və arxa sol qanadı ilə toqquşmuş, zərbədən avtomobili idarə olunmaz vəziyyətə düşüb sağ çiynində ehtiyyat hissəsindən sonra boşa torpaq sahəsi ilə bir qədər hərəkət etdikdən sonra avtomobili aşırmamaqdan ötrü sükanını sola buraraq sola istiqamətlənib yola daxil olub Zərdab rayonu istiqamətində gedən hərəkət zolağında çəp şəkildə dayanmışdır. Hadisə yerində əlavə baxış zamanı nəqliyyat vasitələrinin toqquşduğu yer xx.xx.2023-cü il tarixdə toqquşma yeri qismində qəbul olunmuş nöqtə, yəni yolun Kürdəmir istiqamətinə görə sağ kənarında mərkəzə doğru bir metr məsafədə şərti ölçü kimi götürülmüşdür. Bundan başqa “Hunday Santafe” markalı avtomobilin sürücü Zərərçəkmiş şəxs bildirdi ki, nəqliyyat vasitələri toqquşduqdan sonra Hunday Elantra markalı avtomobil Kürdəmir istiqamətinə görə sol çiynində boş sahədə aşmışdır. İş materiallarında olan MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 36 saylı rəyindən görünür ki, 2008-ci il təvəllüdlü X3 bədən səthində aşkar edilmiş xəsarətlər: sol bazu qurşçağında şişkinlik, əzələ-bağ aparatının gərilməsi, sağ baldırın aşağı 1/3-dış səthində çoxsaylı xırda ölçülü sıyrıqlar, sağ bayır topuq nahiyyəsində üzərində cərrahi tikişlər olan 7.0X02 sm ölçülərdə əzilmiş-cırılmış yara xəsarətləri, hərəkətdə olan minik avtomobilinin əks istiqamətdə hərəkətdə olan digər avtomobil ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 34 saylı rəyindən görünür ki, 2014-cü il təvəllüdlü X2 bədən səthində aşkar edilmiş xəsarətlər: sol dirsək oynağının əzilmiş-cırılmış yarası, oynağın əzələ-bağ aparatının gərilməsi, alın nahiyyəsinin qarnın ön divarının geniş ölçülərdə sıyrıqları xəsarətləri, hərəkətdə olan minik avtomobilinin əks istiqamətdə hərəkətdə olan digər avtomobil ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 35 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Şəxs bədəni üzərində müəyyən edilmiş, sağ qulaq seyvanından boyun sağ yan səthinədək davam olunan 14x0.2sm ölçülərdə, kənarları nahamar, bucaqları küt, səthi nahamar və bir qədər qabarıq cərrahi işlənmiş əzilmiş-cırılmış yara, anoloji yara sol gicgah nahiyyəsində də qeyd olunur, sağ qulaq seyvanın sırğalıq hissəsinin travmatik qopması, alının sol yarısında 9.0x6.0 sm sahəni əhatə edəbn çoxsaylı sıyrıqla, sol bazu qurşağının ön səthində 2x0.1 sm ölçülərdə səthi dəri kəsiyi, sol bazunun yuxarı 1/3-nin ön səthində 14.0x9.0 sm, sol saidin orta 1/3-nin ön səthində 6.0x4.0 sm ölçülərdə, sol əlin arxa səthində çoxsaylı xırad ölçülü səthi zərif qırmızımtıl qartmaqla örtülü sıyrıqlar, sağ aşıq baldır oynağında şişkinlik-əzələ-bağ aparatının gərilməsi xəsarətləri hərəkətdə olan minik avtomobilinin əks istiqamətdə hərəkətdə olan digər avtomobil ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1398 saylı rəyindən görünür ki, la.3a. İstintaq tərəfindən qərarda göstərilən sürücü Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi hadisə mexanizmi üzrə, “Hyundai Santafe” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. -sürücü Zərərçəkmiş şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdirdiyi şəraitidə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. -lb.3b. İstintaq tərəfindən qərarda göstərilən sürücü Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi hadisə mexanizmi üzrə, “Hyundai Elantra” markalı 50 EA448 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -sürücü Şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılmasi yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdirdiyi şəraitidə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. -2a 3a. İstintaq tərəfindən qərarda göstərilən sürücü Şəxs ifadəsində göstərdiyi hadisə mexanizmi üzrə, “Hyundai Santafe” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -sürücü Zərərçəkmiş şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılmasa yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdirdiyi şəraitidə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. -2b.3b. İstintaq tərəfindən qərarda göstərilən sürücü Şəxs ifadəsində göstərdiyi hadisə mexanizmi üzrə, “Hyundai Elantra” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. -sürücü Şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması)) yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdirdiyi şəraitidə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması)) yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. -qeyd edilir ki, nəqliyyat vasitələrinin toqquşma yeri istintaq tərəfindən hadisə yerinin ilkin müayinəsi zamanı müəyyən olunduğundan toqquşmanın konkret baş vermə yeri istintaq tərəfindən müəyyən olunaraq hansı sürücünün göstərdiyi hadisə mexanziminin real hadisə mexanizminə uyğun olunması nəticəsinə gəlinə bilər. xx.xx.2023-cü il tarixdə Kürdəmir-Zərdab avtomobilinin yolunun 13-cü km-liyində Kürdəmir rayonu Sovla kəndi ərazisində baş vermiş YNH-i yerinə tərəflərin iştirakı ilə təkrar baxış keçirilmiş, hadisə yeri təkrar müayinə edilmiş, ölçülər dəqiqləşdirilmiş, tərəflərin göstərdiklərinə əsasən toqquşma yeri müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxsnun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, onun nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının İXM-nin 153.3-cü maddəsinə görə xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılsın. Şəxsnun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-716/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-716/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver