Məhkəmə qərarları › İş №3(041)-718/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-718/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-718/2024 31.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 11.55-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan- Şəxs barəsində BDYPİ YPXA-dan daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1.8-ci bəndinin tələblərini pozaraq idarə etdiyi «VAZ 2105” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magistral yolunda hərəkətdə olarkən Yol Polisi əməkdaşları tərəfindən saxlanılmış, onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi «VAZ 2105” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Sığırlı kəndində gedərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onun avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə BDYPİ YPXA-na lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati protokola onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 175 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həmin günü yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş X1 verdiyi iltizamdan görünür ki, «VAZ 2105” markalı, **- EP-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəxs yaşadığı ünvana aparacağına söz vermiş və məsuliyyəti başa düşdüyünü göstərmişdir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngüləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 07 (yeddi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 31 iyul 2024-cü tarixdən hesablansın. «VAZ 2105” markalı, **-EP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar