Məhkəmə qərarları › İş №3(041)-719/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-719/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-719/2023 03.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.10-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2001-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qaramahmudlu kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə səhər saatlarından X1 şikayətə gəlmiş və onlar Kürdəmir şəhəri,H.Əliyev prospektində Küdəmir RPŞ-nin inzibati binasının yaxınlığında rastlaşmışlar.Onlar bir az sphbət edəndən sonra Azər onu nalayiq ifadələrlə təhqir etdiyinə görə o,da Azəri söymüş və həmn vaxtı onlara yaxınlaşan polis əməkdşalrı ona sakitləşməsini xahiş etmiş, lakin o, əsəbi olduğu üçün onlara etiraz etsə də heç bir qanunsuzluq etməmiş və özü də polisşöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Elsevərlə rastlaşmış və bir az söhbət edəndən sonra Elsevər onu söymüş və həmin vaxt adını bilmədiyi polis əməkdaşı onlara yaxınlaşaraq Elsevərdən sakitləşməsini xahiş etsə də Elsevər sakitləşməmiş və öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bundan sonra polis əməkdaşı Elsevəri məcburi şəkildə polis şöbəsinin inzibati binasına salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin əməkdaşıdır. xx.xx.2023-cü il tarixdə,səhər saatlarında Kürdəmir rayon polis şöbəsinin inzibati binasından çıxarkən adını sonradan bildiyi Elsevərin Azrəi söydüyünü görüb ona yaxınlaşmış və ona sakitləşməsini xahiş etmiş, lakin Elsevər sakitləşməmişdir.Bundan sonra həmin vaxtı onun yanında olan polis əməkdaşı Anar Xəlilov da müdaxilə etmiş, lakin Elsevər sakitləşməyərək qanunsuz hərəkətlərinə davam etdiyi üçün məcburi şəkildə Elsevəri polis şöbəsinin inzibati binasına gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özü etiraf etməsə də şahid ifadələri, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarlkatrlidir. Məhkəmədə Şəxs cəza təyin edərkən onun məsulıiyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir, lakin səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, onun məsuliyyətini ağırlaşdıran halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 07 (yeddi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 avqust 2023-cü il saat 16.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar