Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-72/2025 08.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kazımov Marif Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Kürdəmir rayonu, Xirdapay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kürdəmir rayonu, Xirdapay kəndində yaşayan Şəxs barəsində Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs 11 dekabr 2024-ci il tarixdə saat 17.50 radələrində qanunsuz olaraq istehlak miqdarından az miqdarda bir ədəd kibrit qutusunda 3,09 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuana əldə edərək istehlak etmişdir. Materialdan görünür ki, Kürdəmir rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi, polis mayoru Fuad Babyevin 29 dekabr 2024-cü il tarixli qərarı ilə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Kürdəmir rayon Polis şöbəsinin X2 göndərilmişdir. Kürdəmir rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən Şəxs İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2025-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati material İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, O, Kürdəmir rayonu, Xıradapay kəndində yaşayır. Özü əvvəllər də məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə yaşadığı kənddə olarkən 3 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitəni saxlamaqda şübhəli olduğunu bildiriək polis şöbəsinə aparmışlar. Polis şöbəsində video çəkilişlə üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün balaca dipçəkdə əkmişdir. Marixuananı o siqaret kimi istifadə etmişdir. O, narkotik vasitəni belində ağrılar olduğu üçün, həm də kasıbçılıq olduğundan özü istifadə edir. O, narkoloji dispanserə aparılmış, qanından analiz vermiş, ondan götürülmüş müayinə nəticəsində nakotik vasitə qəbul etməsi müəyyən edilmişdir. X1 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini etiraf edir və peşmandır. Ona görə də, inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ NMQ-da əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin saxlanıb-daşınmasında şübhəli olan Şəxs yaşadığı Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində saxlanılaraq şöbəyə gətirilmiş və onun üzərində şəxsi axtarış aparılarkən üzərindən bir büküm narkotikə bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitə ekspertiza məhkəzinə göndərilmiş qeyd edilən kütlənin narkotik vasitə olan marixuana olduğu müəyyən edilmişdir. Bundan sonra Şəxs narkotikoloji müayiədən keçirilmiş və onun narkomaniya xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon Polis şöbəsinin sahə rəisi, X7 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq nakotik vasitəni (marixuananı) satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etməklə istifadə etmişdir. İnzibati xəta üzrə iş materiallarında olan Kürdəmir rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi polis mayoru Fuad Babayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs narkotik vasitə əldə edib üzərində saxlaması, daşıması barədə əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saxlanlaraq Kürdəmir RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qrudulmuş marixuanya bənzər kütlə aşkar olunaraq götürülmüş, Şəxs qanunsuz olaraq nakotik vasitəni (marixuananı) satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edərək istifadə etməsi müəyyən edilmiş və əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Kürdəmir rayon Polis şöbəsinin X2 göndərilmişdir. İş materiallarına əlavıə edilmiş Azərbaycan Respubliaksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 12.12.224-cü il tarixli, 18/957 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində№Şəxs üzərindən” sözləri yazılmış imzalar olan kağız paketin içərisindəki tamlığı pozulmuş paketdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi-3,09 qrm olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 3,09 qram,tədqiqata sərf edildi 0,02 qram, qalıq 3,07 qram qalmışdır. İş materialalrına əlavə edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Gəncə rayonlararası Narkoloji dispansrindən verilmiş xx.xx.2024-cü il tarixli, 2033 nömrəli rəydən görünür ki, aparılan müayinə zamanı Şəxs narkotik maddələrdən istifadə etdiyi,narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğu göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, İXM-in 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və onun müdafiəçisini dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs qanunsuz olaraq nakotik vasitəni (marixuananı) satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edərək istifadə etməklə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs nakotik vasitədən istifadə etməsini etiraf etmişdir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, əməlinin etiraf etməsini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Həmçinin, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir, Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan və ekspertiza tədiqatından sonra qalıq qalan 3,07 qarm mqrudulmuş marixuana qrar qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İXM-in 37 .5-ci maddəsinə əsasən, barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. Həmin Məcəllənin 37.7-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən, qərar narkomaniyadan məcburi mülaicənin icra edilməsi hissəsində ixtisaslaşdırılmış tibb müəssisəsinə, həmin icraya nəzarət isə Kürdəmir rayon İcra və probasiya şöbəsinə, qərarın icrası inzibati həbsin icrası hissəsində Kürdəmir rayon Polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15(on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan və ekspertiza tədiqatından sonra qalıq qalan 3,07 qarm qrudulmuş marixuana qərar qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərar narkomaniyadan məcburi mülaicənin icra edilməsi hissəsində ixtisaslaşdırılmış tibb müəssisəsinə, həmin icraya nəzarət isə Kürdəmir rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın icrası inzibati həbsin icrası hissəsində Kürdəmir rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(041)-72/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-72/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver