Məhkəmə qərarları › İş №3(041)-721/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-721/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-721/2024 01.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunun Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində (FİN-xxxxxxx) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol patrul xidməti alayından daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərini pozaraq, xx.xx.2024-cü il tarixdə, saat 01:42-də Kürdəmir rayonu ərazisində **-MV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:42-də **-MV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan sərxoş vəziyyətdə Kürdəmir rayonu ərazisində idarə etdiyi üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ Yol patrul xidməti alayının əməkdaşları tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İXM-nın 334.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol digər iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır. Onun nəqliyyat vasitələrini idarə etmə hüququ yoxdur. xx.xx.2024-cü il tarixdə saat 01:42-də **- MV-*** dövlət qeydiyyat nişanlı “Vaz 21070” minik markalı nəqliyyat vasitəsini Kürdəmir rayonunun ərazisində idarə etmək hüququ olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ Yol patrul xidməti alayının əməkdaşları tərəfindən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşmandır və xəstəliyini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:42-də **-MV-*** dövlət qeydiyyat nişanlı “Vaz 21070” minik markalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İşdə olan, xx.xx.2024-cü il tarixli, 174 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcədə sərxoş olmuşdur. Şəxs əməli -nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi özünün izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar