Məhkəmə qərarları › İş №3(041)-726/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-726/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-726/2023 21.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücük fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatda olmaqla hazırda Kürdəmir rayonu Aran qəsəbəsində yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP5598468 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 13.40 radələrində idarə etdiyi “Mersedes Benz-C240” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Kürdəmir rayonu Babək prospektində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ- 2106” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı münik avtomobili ilə toqquşmuş, “Vaz 2106” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri dəymiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur, özünə məxsus “Mersedes Benz- C240” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində həmin avtomobillə Kürdəmir şəhəri Babək prospektində hərəkətdə olarkən dönmə əməliyyatı həyata keçirmiş və həmin vaxt qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı münik avtomobili ilə toqquşmuşdur. Zərərçəkmiş şəxs xəsarət aldığına görə onu Kürdəmir MRXya yerləşdirmişlər. Hadisə baş verən vaxtı o və Zərərçəkmiş şəxs ayıq vəziyyətdə olmuşdur. Hazırda dəymiş ziyanı ödədiyi üçün Zərərçəkmiş şəxs ondan şikayətci deyil. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, “Məhkəmə-tibbi ekspertiza və patolofi anatomiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 295 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər, döş qəfəsinin sol yarısının əzilməsi, əzilmə nahiyyəsində şişkinlik-hematoma küt alətin təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törəməsi istinsa edilmir. Qeyd olunan xəsarət səhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Yüngül zərər vuran xəsarətlər aid edilir. İşdə olan, xx.xx.2023-cü il tarixli, 216 və 217 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs və Şəxs ayıq vəziyyətdə olmuşlar. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta özünün səmimi etirafı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar