Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-736/2024 13.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs və istintaq aparmış Kürdəmir rayon prokurorluğunun böyük müstəntiqi, X1 iştirakı ilə xx.xx.1981-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyyatda olan, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon prokurorluğunun böyük müstəntiqi X4 tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və barəsində inzibati icraat açılaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə anası Nəsibəni, həmkəndlisi Famili qətlə etirməmişdən 3-4 ay ay əvvəl narkotik vasitədən istifadə etmişdir. Qətli törətdikdən sonra onun qanından və sidiyindən analizlər götürülmüşdür. Lakin o, qətl törədən zaman və ondan sonrakı vaxta narkotik qəbul etməmişdir. Əməlindən peşmandır. Məhkəmədə izahat verən Kürdəmir rayon prokurorluğunun böyük müstəntiqi X5 gstrədi ki, Şəxs İs oğlu xx.xx.2024-cü il tarixdə,saat 12.20-də Kürdəmir şəhər sakinləri xx.xx.1949-cu il təvəllüdlü anası X2 və 0.04.1980-ci il təvəllüdlü X6 qətlə yetirməsi və xx.xx.1970-ci il təvəllüdlü X3 bıçaqla xəsarət yetirmiş və bununla baqlı onun hadisəni anaqlı və anlaqsız vəziyyətdə törətməsini müəyyn etmək üçün kimyəvi ekspertiza təyin edilərk qanından nümunələr götürülmüşdür. Kimyəvi ekspertiza zamanı Şəxs qanında nakotik maddə aşkar edilmişdir. İzahatı alınan zaman hadisədən 3-4 ay əvvəl narkotik asitə olan heroindən istifadə etdiyini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli,644 K nömrəli ekspert rəyindən görünür ki, Şəxs götürülmüş qan nümunəsində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroinin aşkar edildiyi gösrərilmişdir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, kustar üsulla hazırlanmış narkotik vasitə olan herioni istehlak etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-736/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-736/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver