Məhkəmə qərarları › İş №3(041)-737/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-737/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-737/2023 11.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (ş/v – AZE ********) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Kürdəmir rayon polis şöbəsinin inzibati binasında və binanın qarşısında ucadan nalayiq söyüşlərlə söymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi B.B.Cahanov izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Kürdəmir RPŞ DYPB-nın YPX-nın əməkdaşları Kürdəmir şəhər ərazisində xidmətdə olarkən “Hyundai Elentra” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin ötmə qaydasını pozduğunu müəyyən etmişlər və yol polisi əməkdaşları tərəfindən həmin avtomobil saxlanılmışdır. Yoxlama zamanı sürücünün Şəxs olduğu, ondan kəskin dərəcədə spirtli içki iyi gəldiyi, həmçinin avtomobilin sənədlərinin olmadığı müəyyən edilmiş və o izahat verməsi üçün Kürdəmir rayon polis şöbəsinə dəvət olunmuş, lakin Şəxs ucadan səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, ünvansız nalayiq ifadələr işlədərək şöbəyə getməkdən və izahat verməkdən imtina etmiş, məcburi qaydada polis şöbəsinə aparılan zaman şöbənin inzibati binasının qarşısında və inzibati binanın içində ucadan səs-küy salmışdır. Səsə-küyə ətrafda olan vətəndaşlar oraya toplaşmışdır. Nəticədə Şəxs barəsində Azərbaycan Respubikası İXM-nın 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərara qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində tanışına məxsus “Hyundai Elentra” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən yol hərəkəti qaydasını pozduğu üçün Kürdəmir RPŞ DYPB-nın YPX-nın əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları onu izahat verməsi üçün Kürdəmir rayon polis şöbəsinə dəvət etmiş, sərxoş olduğu üçün şöbənin inzibati binasının qarşısında ucadan səs-küy salmış, səs-küyə ətrafa tanımadığı adamlar toplaşmışdır. Şəxs izahatının sonunda əməlindən peşman olduğunu və ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini və əməlini səmimi etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaya səbəb olduğundan, həmin hal təkrarən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar