Məhkəmə qərarları › İş №3(041)-737/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-737/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-737/2024 16.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, X4 Zavodu MMC-də çilingər işləyən, Kürdəmir şəhəri,H.Əliyev prospekti,məhəllə 1,ev 7/8-də yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə Kürdəmir rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə,saat 16 radələrində çilingər işlədiyi X3 MMC-nin həyətində “Halland” markalı,90-M-703 dövlət qeydittay nişanlı traktorun mühərrikində təmir işlərinin icrası zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayər edilməsi vəzifəsi ona həvalə olunduğu halda,həmin qaydaları pozmaqla traktorun mühərriki işlək vəziyyətdə saxlayaraq təmir işləri grmüş,bunla da təhlikəsizlik tədbirlərinin təmin olunmas tələblərinə əməl etməməsi nəticəasində həmin vaxt əlini mühərrikin pərinin yerləşdiyi hissəyə qoymş, zavodda yemləyici operator işləyən X1 ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurmuşdur. Baş vermiş hadisə əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdən X5 Zavodu MMC-də çilingər şləyir.İşlədiyi terdə əsas vəzifəsi xarab olmuş texnikanın təmir edilməsindən və həmin texnikaların ehtiyyat hissələrinin dəyişdirtilməsindən ibarətdir. Çilingər kimi o, iş vaxtı əməyin mühafizə və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək məsuliyyəti daşıyır.xx.xx.2024-cü il tarixdə saat 16 radələrində traktorun mühərrikində problem yarandığı üçün Novruz ondan kömək istəmiş,həmin vaxtı Novruzla birlikdə mühərrikin filterinə baxarkən Novruz sol əlini mühərrkin pərinin yerləşdiyi hissəyə qoymuş,bu zaman onlarla bir yerdə işləyən yemləyici işləyən Şövqi adlı şəxs traktorun mühərrkini ona demədən işə salmış,pər sürətlə fırlanaraq Novruzun sol əlinin sol tərəfindən ilk dörd barmağını kəsmişdir.Əməlindən peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə da Zərərçəkmiş şəxs lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati materiala onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 106 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol əlin İİ-İİ-İV barmaqlarının əzilmiş-cırılmış yaralarının küt əşyanın təsirindən əmələ gəlməsi, müddətin xx.xx.2024-cü il tarixə uyğun gəldiyi və sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olduğu göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin Kürdəmir rayon prokurorluğunda verdiyi izahatı, hadisənin baş vermə şəraiti, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin aktı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolvə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi olaraq peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənveh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar