Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-738/2024 26.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.10-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1981-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, aləli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qağacılı kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Kürdəmir rayonu Qağacılı kəndində şəxsi münasibətlər zəmnində aralarında yaransmış mübahisə zamanı arvadı X2 vuraraq ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qəsdən onu döymüşdür. X1 ərizəsi əsasında toplanmış material üzrə Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət təqibinə xitam verilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Zümrüd onun arvadıdır. Onalar 2008-ci il tarixdə evləniş və onların 2 uşaqları olsa da aralarında tez-tez mübahisələr olmuşdur və hər dəfə də onlar polis şöbəsində barışmışlar. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə günorta saat 01 radələrində evə gəlmiş və o. Sərxoş olduğu üçün Zümrüd onunla mübahisə etmiş və mübahisə zamanı əsəsbləşərək Zümrüdün boğazından tuturaq onu itələmişdir.Onlar barışmamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Ramil onun əridir.Onlar 2008-ci il tarixdən evlənsələr də həmin gündən bugünədək münasibətləri normal olamamış və Ramil hər dəfə sərxoş vəziyyətdə evə gəlib nalayiq ifadələrlə onu təhqir etmişdir. Dədfələrlə o, Ramildən şikayət etsə də hər dəfə polis şöbəsində barışdıları üçün o, Ramili bağışlamışdır. Sonucu dəfə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Ramil sərxoş vəziyyətdə gəlmiş və o, Ramilə iradını bidirmiş və Ramil də onun iradına əsəbləşmiş və mübahisə etmişlər. Mübahisə zamanı Ramil onun boğazından tutaraq boğmuş və onu itəlmişdir. O, da şəxsi tülüfonu ilə DİN-nin 102 xidmət mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. O, Ramillə barışmamış və barışmaq da istəmir,çünki belə hallar dəfəlrlə olmuş və o, hər dəfə Ramili bağışlamışdır. Artıq neçənci dəfədir ki, belə hallar təkrar olur. Odur ki, Ramil barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 09.xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda xx.xx.2024-cü il tarixli, 279 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktından görünür ki, 1989-cu il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər –sağ bazu və sol saiddə qançırı, boyunun sağ yan səthində çızıqların küt əşya təsirindən əmələ gəlmiş, törənmə müddəti xx.xx.2024-cü il tarixinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırması zamanı Şəxs əməlini özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, hadisənin baş vermə şəraiti, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməməsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115, 117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01(bir) ay müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 26 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-738/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-738/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver