Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-739/2024 26.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlu, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqına protokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyməklə ona dərəcəsi bilinməyən bədən xəsarəti yetirmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqına protokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Kürdəmir rayonu Xırdapay kənd sakini Zərərçəkmiş şəxs 28 iyun 2024-cü il tarixdə Kürdəmir RPŞ-nə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində həyətində qonşusu Sakit adlı şəxs tərəfindən döyülməsini göstərməklə Sakit adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə İTB-yə göndərilmişdir. Odur ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qonşusudur, təxminən 2 il əvvəl evini təmir etmək istəyib və təmir işini müəyyən pul müqabilində razılaşdıqdan sonra Şəxs həvalə etmişdir. Müəyyən müddət Şəxs onun evində işlədikdən sonra təmir işlərini yarımçıq saxlayıb getmişdir, bununla bağlı müraciət etdikdə Sakit hər dəfə onu aldatmış, danışdıqları kimi evi tam təmir etməmiş və təmir üçün verdiyi pulu mənimsəmişdir. xx.xx.2024-cü il tarixdə küçədə olarkən Şəxs yolda görmüş, evin təmir işlərinin yarımçıq qaldığını bildirdikdə Sakit onunla mübahisə edərək həyətinə daxil olub təmir işlərində istifadə etdiyi ləvazimatları götürmək istəmiş, buna maneə olmaq istədikdə Sakit əsəbi halda onun üzərinə yeriyərək yumruqla bir neçə dəfə onu vurmuş, həmçinin evin pəncərəsinin şüşəsini sındırmışdır. Sakitin hazırda onu yumruqla hansı nahiyəsindən vurduğunu dəqiq xatırlamadığını, ya başına, ya da ki qoluna vurduğunu, sonra isə yumruqla sifətindən vurduğunu, nəticədə huşunu itirərək yıxıldığını bildirmişdir. Evin təmiri üçün verdiyi pulu tələb edir, əks təqdirdə Şəxs şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Xırdapay kəndində yaşayır, evlidir, usta kimi fəaliyyət göstərir, ev təmiri işləri ilə məşğul olub əldə etdiyi gəlirlə ailəsini dolandırır. Zərərçəkmiş şəxs qonşusu kimi tanıyır, qonşu kimi normal münasibətləri olmuşdur. Bir müddət əvvəl Zərərçəkmiş şəxs xahişi əsasında onun evini təmir etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində küçədə olarkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb evin təmiri ilə bağlı söhbət etmiş, aralarında gedən söhbət əsnasında Maral heç bir əsas olmadan təmirlə bağlı ona xoşa gəlməz sözlər deyərək ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs sözlərinə məhəl verməyərək oradan sakitcə çıxıb getmiş, heç bir nalayiq ifadə işlətməmiş, Maralı vurmamış, həmçinin onun həyətinə daxil olmamışdır. Sonradan Zərərçəkmiş şəxs onun barəsində polis şöbəsinə şikayət etdiyini eşitmişdir, polis əməkdaşlarının dəvəti ilə şöbəyə gedib baş verənlər barədə izahat verərək polis əməkdaşlarının suallarını cavablandırıb şöbəni tərk etmişdir. Onun barəsində əsassız olaraq İXM-nın 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini sonradan bilmiş, öz etirazını bildirib Zərərçəkmiş şəxs vurmadığını bildirməsinə baxmayaraq bunun heç bir nəticəsi olmamışdır. Şəxs izahatının sonunda Zərərçəkmiş şəxs vurmadığını, həyətinə daxil olmadığını, pəncərəsini sındırmadığını, hətta evdə uşaqlarına da Maralın onların ünvanlarına alçaldıcı sözlər demələrinə məhəl verməməyi tapşırdığını, özünün də Zərərçəkmiş şəxs ilə rastlaşdıqda onun ünvanına dediyi sözlərə məhəl qoymayaraq ondan uzaqlaşdığını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Proses iştirakçılarının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 276 nömrəli ekspert rəyinə görə, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – burunda şişkinlik, sağ gözaltı və sol bazuda qançırlar – küt əşya təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyməklə ona dərəcəsi bilinməyən bədən xəsarəti yetirmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə yaranır. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və sair müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin hazırki işə məhkəmə iclasında baxılarkən zərərçəkmiş şəxsin döyülməsini təsdiq edəcək heç bir sübut əlavə edilməmiş, əksinə zərərçəkmiş şəxsin özünün izahatından onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narazılığı onun evini keyfiyyətsiz təmir etməsi, verdiyi pul müqabilində təmir aparmamasından yaranmış narazılıqla bağlı olduğu müəyyən edilmişdir. Həmçinin zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ev təmiri üzrə usta işləyən Şəxs tərəfindən döyüldüyünü bildirsə də xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nə müraciət etmiş, hadisədən iki gün sonra polisə şikayət etməsinin səbəblərini məhkəmə iclasında izahatında izah edə bilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında əsasən ev təmiri ilə əlaqədar Sakit Eyubovla aralarında yaranmış narazılıqdan, yəni Sakitin hər dəfə onu aldatması, danışdıqları kimi evi tam təmir etməməsi və təmir üçün verdiyi pulu mənimsəmsindən danışaraq, Sakit Eyubovun onu necə, hansı şəraitdə vurması barədə verilmiş suallara cavabında ya başına, ya da qollarına vurduğunu, sonra isə yumruqla sifətindən vurduğunu, nəticədə huşunu itirərək yıxıldığını bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 xx.xx.2024-cü il tarixli, 276 nömrəli rəyində Zərərçəkmiş şəxs Soltənəli qızının bədən səthində aşkar olunan xəsarətlərin – burunda şişkinlik, sağ gözaltı və sol bazuda qançırların- küt əşya təsirindən törəndiyi, müddətinin xx.xx.2024-cü il tarixə uyğun gəldiyi göstərilsə də həmin xəsarətlərin yıxılma və ya digər hallar nəticəsində yaranması da istisna edilmir, eləcə də zərərçəkmiş şəxsin Şəxs tərəfindən sifətinə yumruq zərbəsi vurması nəticəsində huşunu itirərək yıxılması barədə izahatında göstərdiyi izahatın doğruluğuna şübhə yaradır. Zərərçəkmiş şəxsin izahatında göstərdiyi xüsusatlar, zərbələr nəticəsində onun daha ciddi xəsarətlər almalı olduğu halda, zərərçəkmiş şəxsin sağlamlığına zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət alması barədə ekspert rəyi zərərçəkmiş şəxsin izahatı ilə ziddiyyət təşkil edir. Məhkəmə xatırladır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Bu hallar maddi sübutlarla, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə- inzibati xətanın olub-olmamasını və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin əsaslana bildiyi hər cür faktik məlumatlarla əlaqəli şəkildə müəyyən edilməlidir. İş materiallarında, eləcə də məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdiyi Zərərçəkmiş şəxs vurmaması, həmin vaxt onun həyətinə daxil olmaması, pəncərəsini sındırmaması, evdə uşaqlarına da Maralın onların ünvanlarına alçaldıcı sözlər demələrinə məhəl verməməyi tapşırması, özünün də Zərərçəkmiş şəxs ilə rastlaşdıqda onun ünvanına dediyi sözlərə məhəl qoymayaraq ondan uzaqlaşması kimi xüsusatları təkzib edəcək heç bir sübut müəyyən edilməmişdir. Hazırki işin müəyyən edilən hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Şəxs arasında ev təmiri üstündə söz-söhbət olmuşdur. Zərərçəkmiş şəxs şikayəti əsasında Şəxs Kürdəmir Rayon Polis Şöbəsinə dəvət edilmiş və polis əməkdaşları tərəfindən sorğu-sual edildikdən sonra barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs Zərərçəkmiş şəxs döyməsini təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs əvvəl üzündən sonra isə üzünə deyil, qoluna vurulması ilə bağlı verdiyi tutarsız izahatı ilə müəyyən edilməmişdir. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV
Məhkəmə qərarları › İş №3(041)-739/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-739/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver