Məhkəmə qərarları › İş №3(041)-74/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-74/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-74/2023 18.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Kürdəmir rayonu, Şahsevən kənd sakini Zərərçəkmiş şəxs evdə yaranmış mübahisə zamanı vuraraq döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, fərdi əməklə məşğul olur, özü spirtli içki aludəçisidir, Zərərçəkmiş şəxs onun arvadıdır, Nəcibə insult xəstəliyindən əziyyət çəkir, əvvəllər ailə münasibətləri yaxşı olmuş, lakin son vaxtlar spirtli içki qəbul etdiyi üçün arvadı ilə münasibətləri pozulmuş, aralarında dəfələrlə mübahisə baş vermişdir. Axırıncı dəfə xx.xx.2023-ci il tarixdə səhər saatlarında yaşadıqları evin həyətində Zərərçəkmiş şəxs ilə sözləri düz gəlmədiyindən aralarında mübahisə baş vermiş, mübahisə vaxtı əsəbiləşdiyi üçün Nəcibəni əli ilə itələmiş, lakin onu vurmamışdır, həmin vaxt Nəcibə onu və valideynlərini təhqir etdiyi üçün yerdən çəkməni götürərək Nəcibə tərəfə atmışdır. Sərxoş olduğu üçün çəkmənin Nəcibəyə dəyib-dəyməməsini xatırlamır. Mübahisədən sonra Nəcibə onun barəsində şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmiş, polis şöbəsində verdiyi izahatında baş verənləri olduğu kimi göstərmişdir. Hazırda etdiyi əmələ görə peşmandır, bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir, əvvəllər ailə münasibətləri yaxşı olmuş, lakin son vaxtlar ərinin tez-tez spirtli içki qəbul edib evdə dava-dalaş salması nəticəsində münasibətləri pozulmuşdur, dava-dalaş demək olar ki, hər gün olduğu üçün məcbur olub evi tərk etmək istəmiş, lakin uşaqlarının xatirinə bunu etməmişdir. Bundan əlavə ərini spirtli içkidən çəkindirməyə çalışsa da buna nail ola bilməmişdir. Axrıncı dəfə xx.xx.2023cü il tarixdə, saat 08 radələrində həyətdə saxladıqları ev quşlarına yem verərkən əri spirtli içki qəbul edə-edə onun yanına gəlmiş, ərinə spirtli içkini tərgitməsini xahiş edərək onları evdə dincəlməyə imkan vermədiyini bildirmiş, həmin vaxt Azər sərxoş vəziyyətdə nalayiq sözlər işlədərək onun üzərinə hücum çəkmiş və bir əli ilə saçından tutub digər elinə çəkmə götürüb onun baş nahiyəsinə çəkmə ilə vurmuşdur. Ərinin hərəkətlərinə artıq dözə bilmədiyi üçün məcbur olub şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Bu halların gələcəkdə təkrar olunmaması üçün Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 09 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı xəsarət aşkar edilməmişdir. Şəxs əməli özünün qismən etirafı, zərərçəkmiş şəxsin izahatı, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarla, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ QƏRARDANÇİXARİŞ inzibati tənbeh vermə haqqında Kürdəmir şəhəri iş № 3(041)-74/2023 xx.xx.2023 Saat 11:00 Məhkəmənin hakimi X8 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qocalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ AZ 3300, Kürdəmir şəhəri, Tel: (020) ******* Heydər Əliyev prospekti, 22 Faks: (020) ******* Kürdəmir şəhəri iş 3(041)-848/2022 xx.xx.2023 Kürdəmir rayon polis şöbəsinə Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(041)-848/2022 nömrəli qərardan çıxarışı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərar – vərəqədə X12 surəti: Kürdəmir şəhəri iş 3(041)-848/2022 xx.xx.2023 Kürdəmir rayon polis şöbəsinə Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(041)-848/2022 nömrəli qərardan çıxarışı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərar – vərəqədə X12 AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ AZ 3300, Kürdəmir şəhəri, Tel: (020) ******* Heydər Əliyev prospekti, 22 Faks: (020) ******* Kürdəmir şəhəri iş 3(041)-260/2022 xx.xx.2022 Kürdəmir rayon polis şöbəsinə Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(041)-260/2022 nömrəli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərar – vərəqədə X12 surəti: Kürdəmir şəhəri iş 3(041)-260/2022 xx.xx.2022 Kürdəmir rayon polis şöbəsinə Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(041)-260/2022 nömrəli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərar – vərəqədə X12 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə Protokol Kürdəmir şəhəri İş № 3(041)-260/2022 xx.xx.2022-ci il Kürdəmir rayon məhkəməsinin hakimi X8 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan, Şəxs haqqında Azərbaycan Respublikası Kürdəmir rayon polis şöbəsindən Kürdəmir rayon məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati materiala baxaraq, materialı icraata götürmək və məhkəmə iclasının təyin edilməsinə dair qərardad qəbul etdi. Hakim Xaliq İmanov Azərbaycan Respublikası Кцрдямир район мящкямясi ГЯРАРДАД iнзибати ишин мящкямядя бахылмаьа щазырланмасына даир Кцрдямир шящяри iş № 3(041)-260/2022 xx.xx.2022-ci il Кцрдямир район мящкямясинин щакими X11 оьлу Şəxs haqqında Azərbaycan Respublikası Kürdəmir rayon polis şöbəsindən Kürdəmir rayon məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işin məhkəmə baxışına hazırlanmış hesab edərək Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati işin məhkəmə iclasında baxılması xx.xx.2022-ci il tarixə, saat 16:10-da Kürdəmir rayon məhkəmə binasında təyin edilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərərçəkmiş şəxsə məlumat verilsin. İş üzrə lazım olan sənədlər tələb edilsin. İşə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı ilə baxılsın. X12. iş № 3(041)-260/2022 İnzibati xətalar haqqında işlər üzrə BİLDİRİŞ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (adı, soyadı, atasının adı) Kürdəmir rayonu Şıxımlı kəndi (ünvan) Zərərçəkmiş şəxs X4 (adı, soyadı, atasının adı) Kürdəmir rayonu, Şıxımlı kəndi (ünvan) Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Şəxs qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin _157-cu__maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə materiala baxılması xx.xx.2022-ci il tarixə, saat 16:10-da Kürdəmir rayon məhkəməsinin binasına təyin edilmişdir (ünvan: Kürdəmir şəhəri, H.Əliyev prospekti 22). Şəxsiyyətinizi təsdiq edən sənədləri təqdim etməklə, təyin edilmiş məhkəmə iclasında iştirakınızı zəruri hesab edirik. X12 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Kürdəmir şəhəri iş № 3(041)-260/2022 xx.xx.2022-ci il X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, İclas saat 16.10-da başlandı. Hakim məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X6 gəliblər. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini müəyyən edir. Şəxs. xx.xx.1987-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutlan hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: hüquq və vəzifələrim mənə aydındır, vəkil istəmirəm, öz hüquqlarımı özüm müdafiə edəcəm. Hakim Şəxs Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsinə əsasən etirazın olub-olmamasını soruşur: Etirazı olmadı. Hakim vəsatətin olub-olmamasını soruşur. Vəsatət olmadı. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında izahat verməyi təklif edir. Şəxs izahatı: - fərdi əməklə məşğul oluram, özüm spirtli içki aludəçisiyəm, X6 mənim arvadımdır, əvvəllər ailə münasibətlərimiz yaxşı olub, lakin son vaxtlar arvadım ilə münasibətlərimiz pozulub, belə ki, arvadım məni spirtli içki qəbul etdiyim üçün evdən çıxardıb və mən də məcbur olub öz ata evimə gedərək orada yaşamışam. xx.xx.2022-ci ildə axşam saat 19 radələrində paltar götürmək üçün öz evimə getmişəm, həmin vaxt arvadım evə gəldiyimə görə mənə acı sözlər deyərək evdən çıxartmaq istədiyinə görə aramızda mübahisə düşüb, mübahisə vaxtı əsəbləşdiyim üçün arvadımı şillə ilə vurmuşam və sonra evdən çıxıb getmişəm. Həmin vaxt orada olan qızım Aytacı vurmamışam. Mübahisədən sonra Könül Qurbanovanın mənim barəmdə şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etdiyini eşitmişəm. Polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə getmişəm, izahatım alındıqdan sonra şöbəni tərk etmişəm. Hazırda etdiyim əmələ görə peşmanam, inzibati xəta haqqında protokol məhkəmənin icraatında daxil olanda, yəni məhkəməyə gəldikdən sonra arvadım ilə barışmaq istəmişəm, lakin arvadım mənimlə barışmayıb. Bütün bunları nəzərə alaraq barəmdə ədalətli qərar qəbul edilməsini xahiş edirəm. S/C - hazırda etdiyim əmələ görə peşmanam. - inzibati xəta haqqında protokol məhkəmənin icraatında daxil olanda, yəni məhkəməyə gəldikdən sonra arvadım ilə barışmaq istəmişəm, lakin arvadım mənimlə barışmayıb. - bütün bunları nəzərə alaraq barəmdə ədalətli qərar qəbul edilməsini xahiş edirəm. Hakim iş üzrə zərərçəkmiş şəxs qismində X2 şəxsiyyətini müəyyən edir. X7: xx.xx.1990-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunda qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsinə əsasən etirazın olubolmamasını soruşur. Etiraz olmadı. Hakim vəsatətin olub-olmamasını soruşur. Vəsatət olmadı. Hakim zərərçəkmiş şəxsə bilə-bilə yalan izahat verməyə görə Azərbaycan Respublikası İXM-da nəzərdə tutulan xəbərdarlıq və cərimə nəzərdə tutulmasını bildirərək iltizama imza etdirir. Hakim zərərçəkmiş şəxs qismində X5 inzibati xəta haqqında izahat verməyi təklif edir. X2 izahatı: - Şəxs mənim ərimdir, ərim spirtli içki aludəçisidir, əvvəllər ailə münasibətlərimiz yaxşı olub, lakin son vaxtlar ərimin tez-tez spirtli içki qəbul edib evdə dava-dalaş salması nəticəsində münasibətlərimiz pozulub, dava-dalaş demək olar ki, hər gün olduğu üçün məcbur olub ərimi evə buraxmamışam və ondan spirtli içkini tərgitməsini xahiş etmişəm. Axrıncı dəfə xx.xx.2022ci il tarixdə, saat 19 radələrində evə gələn zaman Pərvizin sərxoş vəziyyətdə evdə olduğunu görmüşəm, həmin vaxt Pərvizə sərxoş vəziyyətdə evə gəlməməsini dedikdə Pərviz nalayiq sözlər işlədərək mənim üzərinə hücum çəkib və boğazımdan tutub şillə və yumruqla sifətimə vuraraq döyüb. Orada olan qızım Aytac araya girərək bizi aralayanda Pərviz qızım aytacıda vurub. Ərimin hərəkətlərinə artıq dözə bilmədiyim üçün məcbur olub şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişəm. Mübahisədən sonra ərim Pərviz barışıq üçün mənə müraciət etməyib, hazırda ərim ilə barışmaq niyyətim yoxdur. Bu halların gələcəkdə təkrar olunmaması üçün Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş edirəm. S/C - mübahisədən sonra ərim Pərviz barışıq üçün mənə müraciət etməyib, hazırda ərim ilə barışmaq niyyətim yoxdur., - bu halların gələcəkdə təkrar olunmaması üçün Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş edirəm. Hakim işdə olan sənədlər, inzibati xəta haqqında protokol, inzibati xəta haqında işin adiyyəti üzrə göndərilməsi barədə qərardad, izahatlar haqqında məlumat verib, onları ayrı-ayrılıqda işə baxılmasında iştirak edən şəxslərlə tədqiq etdi. Şəxs və X6 deyilənlərlə bağlı əlavə sübut və vəsatətlərinin olmadığını bildirdilər. Hakim müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edərək, həmin qərardan apellyasiya şikayəti və ya protesti verilmə qaydasını, işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah etdi. Məhkəmə iclası saat 16:30-da bağlı elan olundu. Protokol xx.xx.2022-ci il tarixdə tərtib olundu. Hakim: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar