Məhkəmə qərarları › İş №3(041)-741/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-741/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-741/2025 14.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmklə məşğul olan, evli, Kürdəmir rayonu Yeni Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-1001/2016 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru H.T.Quliyev inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-1001/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 1748 manat əsas borc, borc müqaviləsinin bağlanması üçün ödənilmiş 92 manat, cəmi 1840 (bir min səkkiz yüz qırx) manat alınaraq Abşeron rayonunun Masazır qəsəbəsi Zəngilan Məcburi köçkün şəhərciyi ev 1, mənzil 39-da yaşayan iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2016-cı il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş, keçirilmiş icra tədbirləri nəticəsində 1100 manat ödəniş edilmiş, hazırda onun 770 manat borcu vardır. İcra sənədini icra etməkdən yayındığı üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-1001/2016 saylı icra sənədinə əsasən ondan 1840 manat Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin borcdan 1200 manat ödəmiş, qalan 640 manat borcu ödəməyə imkanı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-1001/2016 saylı icra vərəqəsinə əsasən Kürdəmir rayonunun Yeni Şıxımlı kəndində yaşayan cavabdeh Şəxs 1748 manat əsas borc, borc müqaviləsinin bağlanması üçün ödənilmiş 92 manat, cəmi 1840 (bir min səkkiz yüz qırx) manat alınaraq Abşeron rayonunun Masazır qəsəbəsi Zəngilan Məcburi köçkün şəhərciyi ev 1, mənzil 39-da yaşayan iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - İcra sənədi üzrə qəbul edilmiş icraata başlama haqqında qərarın surəti tələbin könüllü icrası haqqında bildirişlə borclu Şəxs xx.xx.2016-cı ildə imza etdirməklə təqdim edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(041)-23/2017 saylı qərarından görünür ki, 2(041)-1001/2016 saylı icra sənədini icra etmədiyi üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 12 gün müddətə inzibati həbs tətbiq edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(041)-91/2017 saylı qərarı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-1072/2024 saylı qərarından görünür ki, Şəxs məhkəmədən yayındığı üçün barəsində həbsli axtarış elan edilmişdir. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-484/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Borclu Şəxs Kürdəmir rayon icra və probasiya şöbəsinə verdiyi izahatında icra sənədi üzrə 1200 manat ödəniş etdiyini, hal-hazırda 640 manat borcu olduğunu etiraf etmiş, borcun tam ödənilməməsini maddi imkanının olmaması ilə əlaqələndirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyini, icra sənədinin verildiyi 3 ildən artıq müddətdə 1 manat da olsun aliment ödəmədiyini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 14 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar