Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-743/2025 27.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X19, İsayev Orxan Mahir oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin nümayəndəsi X3, Şəxs MMC-nin nümayəndəsi X14 iştirakları ilə, Şəxs MMC haqqında Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 264.0.2ci maddələri ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin 11 saylı X25 bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin 11 saylı Mərkəzi X17 (bundan sonra 11 saylı X25 bölməsi) aparıcı məsləhətçimüfəttişi X18 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, ünvan 3i ərazisində fəaliyyət göstərən Şəxs MMC tərəfindən spirt istehsalı zamanı formalaşan çirkab sularından götürülmüş nümunəyə əsasən tərkibində çirkləndirici maddələrin normadan artıq olması və təyinatsız su kollektoruna axıdılması faktı müəyyən edilmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol İXM-nin 43.1 və 109.1.7-ci maddələrinin tələbinə uyğun olaraq qərar qəbul olunması üçün xx.xx.2025-ci il tarixli məktubla Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala məhkəmə iclasında baxılması üçün təyin edilmiş və bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Şəxs MMC-dən daxil olmuş etirazda bildirilmişdir ki, Şəxs MMC-nin nizamnaməsi əsasında xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alımmışdır. Bundan sonra "xxxx" MMC ilə "xxxx" MMC arasında 16 oktyabr 2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinə və müqaviləyə əlavə edilmiş planda göstərilən spirt emalı ilə bağlı anbar binası və avadanlıqları 31 dekabr 2031-ci il tarixədək icarəyə götürülmüşdür. Bundan sonra "xxxx" MMC Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərın dövlət reyestrindən etil spirt və etil yeyinti spirtinin istehsalına xx.xx.2024-cü il tarixli çıxarışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemologiya Mərkəzinin 1-ci növ rektifikasiya olunmuş etil spirt və etil spirti əsaslı əl üçün gigiyenik təmizləyici vasitə istehsalı üzrə 20 dekabr 2023-cü il tarixli Gigiyenik seltifikatı əldə etdikdən və bundan əlavə həmin məkanda spirt istehsal edən "xxxx" MMC-yə məxsus Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2016-cı il tarixli Ekoloji ekspertiza rəyi icarəyə verən tərəfindən cəmiyyətə təqdim olunduqdan və bu sahəyə mütəxəssislər işə qəbul olunduqdan sonra bu məkanda istehsal prosesinə başlanmışdır. Keçən müddətdə istehsal prosesi ilə əlaqədar həm Qida Təhlükəsizliyı, həm də Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən müəssisədə yoxlamalar aparılmış və nöqsanar aşkar edilməmişdir. Həmçinin istehsal prosesi iyli olduğuna və istehsal prosesi nəticəsində norma daxilində havaya buraxılan zərərli maddələrə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müqavilə əsasında ödənişlər vaxtlı-vaxtında icra olunmuşdur. Bundan əlavə, 2024-cü ilin aprel ayında Kürdəmir rayon sakini X2 müraciəti əsasənda 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən müəssisədə yoxlama aparılmış və xx.xx.2024-cü il tarixli, MN1765068 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyatı üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs MMC haqqında Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1, 237.2 və 239-cu maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmiş, həmin qərar Şirvan Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, yəni xx.xx.2025-ci il tarixdə yenə də X2 Suların İstifadəsinə və X8 Xidməti 11 saylı X25 bölməsinə verdiyi ərizə əsasında güya müəssisədə yoxlama aparılmış, su nümunələri götürülmüş və götürülmüş su nümunələrinin laboratoriya analizi nəticəsində müəssisənin K-4 kanalına axıdılan çirkab sularında zərərli maddələrin miqdarı normadan artıq olduğu müəyyən edilmişdir. Əslində isə M.Mirzəyevin ərizəsi barədə müəssisə rəhbərliyinin məlumatı olmuş və müəssisədə yoxlama aparılması barədə Ədliyyə Nazirliyinin müvafiq razılığı olmadan, yoxlama aparılmasına Regional bölmənin nümayəndələrinə etiraz edilmiş, lakin onlar bu etirazı qəbul etmədən özlərı bildiyi kimi müəssisənin nümayəndələrinin iştirakı olmadan sənədləşmə işi aparmışlar. Bundan sonra müəssisənin rəhbərliyinin telefonuna daxil olmuş məhkəmə bildirişı asasında Kürdəmir rayon Məhkəməsinə müraciət olunaraq, Regional bölmənin müəssisə haqında tərtib etdiyi sənədlərin surəti əldə olunmuşdur. Buna qədər sözügedən sənədlər müəssisəyə təqdim olunmamışdır. Məhkəmə iclasında 11 saylı Mərkəzi X17 aparıcı məsləhətçi-müfəttişi X18 tərtib eydiyi inzibati xəta haqqında protokolu əsaslandıraraq ifadəsində göstərdi ki, ünvan 3 sakini X4 tərəfindən Suların İstifadəsinə və X7 Xidmətinin 11 saylı X25 bölməsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-53-1-11/1-M-7-42/2025 saylı Göy Zavod kimi tanınan müəssisədə spirt istehsalı zamanı tullantıların açıq üsulla ADSEA-in balansında olan kollektora axıdıldığına görə sular çirklənir məzmunlu müraciəti bölmənin əməkdaşları Kürdəmir rayon SMSİİ-in sahə rəisi Alışan Hüseynov, Kürdəmir rayon Mİl Qarabağ və X5 İstismarı İdarəsinin Kürdəmir İstismar sahəsinin rəisi Məmmədağa Əhmədov, "xxxx" MMCnin direktoru Yalçın Qəribov və şikayətçi Məhəmməd Mirzəyevin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma müddətində şikayətçi X12 rayonu Xırdapay kənd ərazisində yerləşən Göy Zavod adlanan müəssisədə fəaliyyət göstərən "xxxx" MMC-nin spirt istehsalı zamanı yaranan maye tullantıların şor kanalına axıdıldığını, bu zaman havanı və ətrafı çirkləndirərək pis qoxunun gəldiyini bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən kollektor Mil-Qarabağ və X13 İstismarı İdarəsinin balansında olan uzunluğu 7.87 km, üstdən evi 14 m, su aparma qabiliyyəti 2.5 m 3/san olan k-4 kollektorudur. X22 adlandırdığı müəssisə Kürdəmir rayon Xırdapay kəndində yerləşən "xxxx" MMC-dir. Müəssisənin eyni ünvanda yerləşən “GELİOS MMC”-dən xx.xx.2021-ci il tarixli 5 saylı icarə müqaviləsinə əsasən 1768 kvadrat metr anbar binasını xx.xx.2031-ci il tarixədək icarəyə götürdüyü və burada etil spirtinin istehsalının aparıldığı müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədər xx.xx.2025-ci il tarixdə aidiyyəti şəxslərin və şikayətçinin iştirakı ilə k-4 kollektorundan müəssisə daxilindən və müəssisənin kollektora axarından "xxxx" MMC-nin həyətyanı sahəsindən Bakı-Qazax magistralının sol istiqamətində MMCnin tullantı sularının axıdıldığı borudan, Bakı-Qazax magistralın sağ istiqamətində "xxxx" MMC-nin tullantı sularının axıdıldığı boru daxilindən nümunələr götürülərək fiziki kimyəvi tərkibinin yoxanılması məqsədi ilə mərkəzi laboratoriyaya göndərilmiş, lakin götürülən nümunənin miqdarı az olduğundan xx.xx.2025-ci il tarixdə yenidən çirkab su nümunələri götürülərək mərkəzi laboratoriyaya göndərilmişdir. Laboratoriyaya təqdim edilmiş son nümunələrin analizlərinin nəticələrinə görə "xxxx" MMC-nin tullantı sularında çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu aşkarlanmışdır. Bu barədə akt tərtib edilmiş və analiz nümunələrinin nəticələri və çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur. Toplanmış materallar əsasında Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 264.0.2-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Suların İstifadəsinə və X7 Xidmətinin nümayəndəsi X9 inzibati xəta haqqında protokolla müəyyən edilən halları təsdiq edərək ifadəsində bildirmişdir ki, ünvan 3i ərazisində fəaliyyət göstərən Şəxs MMC tərəfindən spirt istehsalı zamanı formalaşan çirkab sularından götürülmüş nümunəyə əsasən tərkibində çirkləndirici maddələrin normadam artıq olması və təyinatsız su kollektoruna axıdılması faktı müəyyən edilmişdir. Kürdəmir rayonu Mil Qarabağ və X13 İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli 3-53-2- 033/2-146/2025 saylı məktubunda k-4 kollektorunun Kürdəmir rayon Xırdapay kəndinin pay torpaqlarının qrunt sularının ərazidən kənarlaşdıraraq rayonun cənub tərəfindən keçən Baş Şirvan Kollektoruna axıdıldığı, oradan da dolayı yolla Xəzər dənizinə töküldüyü qeyd edilmişdir. "xxxx" MMC tərəfindən Kürdəmir rayon Mil Qarabağ və X13 istismarı idarəsinin balansında olan k-4 kollektoruna qanunsuz olaraq tullantı suların axıdılması və həmin kollektorun dolayısı ilə Xəzər dənizinə axırdılması su obyektlərinin çirkləndirilməsi ilə nəticələndiyindən araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikasını Su Məcəlləsinin 95-ci maddəsinin və 103-cü maddəsinin 8-ci bəndinin və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 32-ci maddəsinin ikinci bəndinin tələbləri pozularaq müəssisə tərəfindən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqların quraşdırılmadan su obyektinə axıdılan zərərli maddələrin yol verilə bilən normativlərdən artıq olması k-4 kollektoruna təyinatsız axırdılması və su təsərrüfat qurğularının istismar qaydalarına riayət edilməməsi müəyyən olunmuşdur. Nümayəndə göstərilənləri nəzərə alaraq, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 264.0.2-ci maddələri ilə ”Alcohol” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs- "Alcohol” MMC-nin nümayəndəsi X20 izahatında göstərdi ki, "Alcohol” MMC xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış, fəaliyyəti etil spirti və etil, etil spirti əsaslı əl üçün gigiyenik təmizləyici vasitələrin istehsalından ibarətdir. Müəssisənin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin və digər aidiyyəti qurumların sertifikatları, ekoloji ekspertiza rəyləri və istehsal prosesi üçün zərurui hesab edilən digər sənədləri var. Keçən müddət ərzində istehsal prosesi ilə əlaqədar aidiyyətiorqanlar tərəfindən müəssisədə yoxlamalar aparılmış və nöqsanar aşkar edilməmişdir. Həmçinin istehsal prosesi iyli olduğuna və istehsal prosesi nəticəsində norma daxilində havaya buraxılan zərərli maddələrə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müqavilə əsasında rəsmi statistika hesablamaları təqdim olunmaqla ödənişlər vaxtı-vaxtlnda icra olunmuşdur. Müəssisədə aparılan yoxlamalırın əksər hissəsi əsassız tələblərinə rədd cavabı verilmiş ünvan 3 sakini X2 qərəzli şikayətləri əsasında aparılmışdır. M.A.Mirzəyevin müəssisənin fəaliyyəti barədə dəfələrlə müxtəlif dövlət qurumlarına əsassız, həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar göndərdiyinə, müəssisənin işgüzar nüfuzuna xələl gətirən əsassız məlumatlar yaydığına görə həmin məlumatların rəsmi qaydada təkzib edilməsi, cəmiyyətdən yazılı formada rəsmi üzr istəməsi və təqsirli hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi barədə məhkəmədə iddia qaldırılmış, hazırda həmin iş üzrə məhkəmə araşdırması davam etdirilir. Hazırki iş üzrə Suların İstifadəsinə və X7 Xidmətinin 11 saylı Mərkəzi X17 əməkdaşları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə müəssisə tərəfindən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuların və avadanlıqların olmaması və su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsi göstərilmişdir. Müəssisə 11 saylı Mərkəzi X17 gəldiyi nəticəni qəti olaraq rədd edir ona görə ki, M.A.Mirzəyevin şikayəti əsasında bölmənin əməkdaşları xx.xx.2025-ci il tarixdə MMC-yə gəlib məsələni onlara izah etmiş, müəssisədə yoxlama aparılması üçün heç bir icazə sənədləri olmasa da və eləcə də, şikayətin əsassız olduğunu bildikləri üçün müəssisənin kollektora axarından "xxxx" MMC-nin həyətyanı sahəsindən və sularının axıdıldığı boru daxilindən su nümunələr götürülərək tərkibinin yoxanılması məqsədi ilə mərkəzi laboratoriyaya göndərilmiş, lakin götürülən nümunələrə dair rəy verilməmişdir. Sonradan sənədlərlə tanış olanda məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə təkrar nümunələr götürülmüş, lakin həmin nümunələrin haradan götürüldüyü onlara məlum olmamış, bu barədə onlara heç bir məlumat verilməmişdir. Baxmayaraq ki, həmin qurumun, yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X23 Xidməti” publik hüquqi şəxsin Mərkəzi Laboratoriyasının xx.xx.2024-cü il tarixli analiz nəticələrinin hesabatında "Alcohol” MMC, müəssisəyə daxil olan kanalın giriş xəttindən və müəssisədən çıxan tullantı sularının yığıldığı quyudan götürülmüş nümunələrin fiziki-kimyəvi göstəricilərinin norma daxilində olması müəyyən edilmişdir. Müəssisədə istehsalat nəticəsində axıdılan suların zərərli təsirinin qarşısını alan qurğuların və avadanlıqların işlək vəziyyətdə mövcud olması xx.xx.2025-ci il tarixdə 11 saylı Mərkəzi X17 əməkdaşlarına göstərilmiş və fotoşəkilləri çəkilmişdir. 11 fevral 2025-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələrinin də iştirakı ilə keçirilən yerli baxış zamanı həmin qurğuların işlək vəziyyətdə olması öz təsdiqini tapmışdır. Zavodda quraşdırılmış avadanlıqlar əsasən Ukraynadan gətirilmiş və normativlərə uyğun olaraq quraşdırılmış və sertifikatlaşdırılmışdır. Zavodda etil spirti əsaslı əl üçün gigiyenik təmizləyici vasitə və 1-ci növ rektifikasiya olunmuş etil spirti adında məhsul istehsal edilir və hər iki məhsulun normativ sənədlərdə göstərilən tələblərə uyğunluğu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” tərəfindən Gigiyenik Sertifikatlar verilmişdir. İlkin emal materialı kimi “Melas”dan və buğdadan istifadə olunur. “Melas”ın emalı iysiz olduğundan atmosferə zərərli maddələr buraxılmır, emaldan sonra tullantı suları çöküntü vermədiyindən bu prosesdən atılan sularda zərərli maddələr norma daxilində olur. Hər iki növ emaldan sonra axıdılan və atılan zərərli maddələrin norma daxilində olması barədə mütəxəssis rəyi vardır. 11 saylı Mərkəzi X17 əməkdaşları zavodda yoxlama aparılan vaxt ilkin emal materialı kimi “Melas”dan istifadə edildiyindən zərərli suların çökdürülməsi üçün tikilmiş anbara (hovuza) ehtiyac olmamışdır. Anbarın və girişçıxış xəttlərinin işlək vəziyyətdə olması əməkdaşlara göstərilmiş və onların iş prinsipi onlara izah edilmiş, bu barədə verilmiş ekspertizanın rəylərinin surəti onlara təqdim edilmişdir.Suların axıldığı yardımçı kollektora gəldikdə isə həmin kollektor 1970-ci ilin əvvəllərində istismara verilmiş, rayonda mərkəzi kanalizsiya sistemi olmadığı üçün kollektordan çox kanalizasiya xətti kimi istifadə olunur. Kollektorun açıq su axarı hissəsi uzun müddət təmizlənmədiyindən sıx qamış bitkiləri ilə, qapalı boru hissəsi isə qalın torpaq qatı ilə örtülmüşdür. Həmin kollektorun nə mənbəyi, nə də ki, mənsəbi məlumdur, uzun müddət təmizlənmədiyindən və təmir edilmədiyindən yararsız vəziyyətə gəlmişdir. Belə bir vəziyyətdə olan su təsərrüfatı qurğusu və avadanlığın hansı formada zədələndiyi nə aktda, nə də ki protokolda göstərilməmişdir. İstismara yararsız həmin qurğunun istismar qaydalarına riayət edilib-edilməməsi məsələsi balanssaxlayan qurumun vəzifələrinə və səlahiyyətlərinə aiddir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 102-ci maddəsi tələb edir ki, sağlamlıq əleyhinə, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi sahəsində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdə inzibati araşdırma aparılır. 11 saylı X25 bölməsi tərəfindən inzibati araşdırma aparılmadan inzibati xəta haqqında protokol tərtib edildiyi üçün zəruri hesab edilən sənədləri təqdim etmək mümkün olmamış, protokolla tanış olmaq və qeydlərini aparmaq üçün şərait yaradılmamışdır. Odur ki, 11 saylı Mərkəzi X17 əməkdaşlarının ehtimalları əsasında tərtib etdikləri akt və inzibati xəta haqqında protokolu əsassızdır və heç bir hüquqi əsası yoxdur. Nümayəndə göstərilənləri nəzərə alaraq, inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 205 nömrəli sərəncamın surətindən görünür ki, “Qelios" MMC-yə öz ərazisində mövcud layihə-smeta sənədlərinə uyğun şirə emalı zavodu tikintisinə icazə verilmişdir. - "Alcohol” MMC-nin təsis sənədlərindən görünür ki, "Alcohol” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 20 may 2021-ci il tarixdə qeydiyyata alınmış (VÖEN **********), hüquqi ünvanı Kürdəmir rayon Muradxan kəndi, qanuni təmsilçisi X6r. - "Alcohol” MMC ünvan 3i ünvanda olan “Qelios" MMC-dən xx.xx.2021-ci il tarixli 05 saylı icarə müqaviləsinə əsasən 1768 m2 anbar binasını xx.xx.2031-ci il tarixinədək icarəyə götürmüşdür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” nin 20 dekabr 2023-cü il tarixli Gigiyenik Sertifikatında etil spirti əsaslı əl üçün gigiyenik təmizləyici vasitə adında məhsulun normativ sənədlərdə göstərilən tələblərə uyğun hesab edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” nin 20 dekabr 2023-cü il tarixli Gigiyenik Sertifikatında 1-ci növ rektifikasiya olunmuş etil spirti adında məhsulun normativ sənədlərdə göstərilən tələblərə uyğun hesab edilmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X23 Xidməti” publik hüquqi şəxsin Mərkəzi Laboratoriyasının xx.xx.2024-cü il tarixli analiz nəticələrinin hesabatında "Alcohol” MMC, müəssisəyə daxil olan kanalın giriş xəttindən və müəssisədən çıxan tullantı sularının yığıldığı quyudan götürülmüş nümunələrin fiziki-kimyəvi göstəricilərinin norma daxilində olması müəyyən edilmişdir. - Azərbaycan Respubliksı Qida X1 X17 yoxlamanın nəticələri üzrə 15 avqust 2024-cü il tarixli qərarında yoxlamanın nəticəsi qənaətbəxş hesab edilmişdir. - ünvan 3ində yerləşən “Qelios" MMC tərəfindən 2023-cü il üçün Atmosfer havasına atılan zərərli maddələrə dair rəsmi statistik hesabat 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən razılaşdırılmış və idarənin möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Beynəlxalq Bankında aparılmış ödəniş tapşırıqlarından məlum olur ki, “Qelios" MMC və "Alcohol” MMC tərəfindən statistik hesabatlara əsasən ətraf mühitin mühafizəsi fonduna rüblər üzrə hər ay ödənişlər təmin edilmişdir. - 11 saylı Mərkəzi X17 aparıcı məsləhətçi-müfəttişi Coşqun Umarov, Kürdəmir rayon SMSİİ-in sahə rəisi Alışan Hüseynov, Kürdəmir rayon Mİl Qarabağ və X5 İstismarı İdarəsinin Kürdəmir İstismar sahəsinin rəisi Məmmədağa Əhmədov, şikayətçi Məhəmməd Mirzəyevin iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 002215 nömrəli aktda göstərilmişdir ki, ünvan 3 sakini X4 tərəfindən Suların İstifadəsinə və X7 Xidmətinin 11 saylı X25 bölməsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-53-1-11/1-M-7-42/2025 saylı Göy Zavod kimi tanınan müəssisədə spirt istehsalı zamanı tullantıların açıq üsulla ADSEA-in balansında olan kollektora axıdıldığına görə sular çirklənir məzmunlu müraciəti bölmənin əməkdaşları yerində araşdırılmışdır. Araşdırma müddətində şikayətçi X12 rayonu Xırdapay kənd ərazisində yerləşən Göy Zavod adlanan müəssisədə fəaliyyət göstərən "xxxx" MMC-nin spirt istehsalı zamanı yaranan maye tullantıların şor kanalına axıdıldığını, bu zaman havanı və ətrafı çirkləndirərək pis qoxunun gəldiyini bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən kollektor Mil-Qarabağ və X13 İstismarı İdarəsinin balansında olan uzunluğu 7.87 km, üstdən evi 14 m, su aparma qabiliyyəti 2.5 m 3/san olan k-4 kollektorudur. X22 adlandırdığı müəssisə Kürdəmir rayon Xırdapay kəndində yerləşən "xxxx" MMC-dir. Müəssisənin eyni ünvanda yerləşən GELİOS MMC-dən 01.05. 2021-ci il tarixli 5 saylı icarə müqaviləsinə əsasən 1768 kvadrat metr anbar binasını xx.xx.2031-ci il tarixədək icarəyə götürdüyü və burada etil spirtinin istehsalının aparıldığı müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədər xx.xx.2025-ci il tarixdə aidiyyəti şəxslərin və şikayətçinin iştirakı ilə k-4 kollektorundan müəssisə daxilindən və müəssisənin kollektora axarından "xxxx" MMC-nin həyətyanı sahəsindən Bakı-Qazax magistralının sol istiqamətində MMC-nin tullantı sularının axıdıldığı borudan, Bakı-Qazax magistralın sağ istiqamətində "xxxx" MMC-nin tullantı sularının axıdıldığı boru daxilindən nümunələr götürülərək fiziki kimyəvi tərkibinin yoxanılması məqsədi ilə mərkəzi laboratoriyaya göndərilmiş, lakin götürülən nümunənin miqdarı az olduğundan xx.xx.2025-ci il tarixdə yenidən çirkab su nümunələri götürülərək mərkəzi laboratoriyaya göndərilmişdir. Laboratoriyaya təqdim edilmiş son nümunələrin analizlərinin nəticələrinə görə "xxxx" MMC-nin tullantı sularında çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu aşkarlanmışdır. - 30 iyul 2025-ci il tarixli Nümunə götürülmə aktları (5 ədəd) rəis müavini Fazil Şükürov, aparıcı məsləhətçi-müfəttişi Coşqun Umarov tərəfindən imzalanmışdır. - 11 saylı Mərkəzi X17 aparıcı məsləhətçi-müfəttişi X18 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, ünvan 3i ərazisində fəaliyyət göstərən Şəxs MMC tərəfindən spirt istehsalı zamanı formalaşan çirkab sularından götürülmüş nümunəyə əsasən tərkibində çirkləndirici maddələrin normadam artıq olması və təyinatsız su kollektoruna axıdılması faktı müəyyən edilmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına analiz nəticələrinin hesabatları, foto şəkillər və digər sənədlər əlavə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir rayon Xırdapay kənd sakini X2 şikayəti əsasında 11 saylı Mərkəzi X17 əməkdaşları xx.xx.2025-ci il tarixdə aidiyyəti şəxslərin və şikayətçinin iştirakı ilə k-4 kollektorundan müəssisə daxilindən və müəssisənin kollektora axarından "xxxx" MMC-nin həyətyanı sahəsindən Bakı-Qazax magistralının sol istiqamətində MMC-nin tullantı sularının axıdıldığı borudan, Bakı-Qazax magistralın sağ istiqamətində "xxxx" MMC-nin tullantı sularının axıdıldığı boru daxilindən nümunələr götürülərək fiziki-kimyəvi tərkibinin yoxanılması məqsədi ilə mərkəzi laboratoriyaya göndərilmiş, lakin həmin nümunələrə görə rəy verilməmişdir. xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan və mənbəyi mübahisələndirilən yerdən yenidən çirkab su nümunələri götürülərək mərkəzi laboratoriyaya göndərilmişdir. Nümunə götürülmə aktları rəis müavini Fazil Şükürov, aparıcı məsləhətçi-müfəttişi Coşqun Umarov tərəfindən imzalanmışdır Laboratoriyaya təqdim edilmiş son nümunələrin analizlərinin nəticələrinə görə "xxxx" MMC-nin tullantı sularında çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu aşkarlanmışdır. Həmin rəyə əsasən 11 saylı Mərkəzi X17 aparıcı məsləhətçi-müfəttişi X18 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 264.0.2-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə, həmin Məcəllənin 264.0.2-ci maddəsinə əsasən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş, xx.xx.2025-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə aidiyyəti şəxslərin və şikayətçinin iştirakı ilə k-4 kollektorundan müəssisə daxilindən və müəssisənin kollektora axarından "xxxx" MMC-nin həyətyanı sahəsindən Bakı-Qazax magistralının sol istiqamətində MMC-nin tullantı sularının axıdıldığı borudan, Bakı-Qazax magistralın sağ istiqamətində "xxxx" MMC-nin tullantı sularının axıdıldığı boru daxilindən nümunələr götürülərək (nümunə götürülmə aktı tərtib edilməmişdir) fiziki-kimyəvi tərkibinin yoxanılması məqsədi ilə mərkəzi laboratoriyaya göndərilmiş, lakin götürülən nümunənin miqdarı az olduğundan müvafiq rəy verilməmişdir. Bundan 2 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə tərtib edilmiş nümunə götürülmə aktlarında "xxxx" MMC-nin nümayəndəsinin iştirakı təmin edilmədiyindən, götürülən su nümunələrinin yeri mübahisə doğurduğundan, həmin nümunələr üzrə verilən istənilən məzmunda rəy iş üzrə sübut kimi qəbul edilə bilməz. Halbuki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X23 Xidməti” publik hüquqi şəxsin Mərkəzi Laboratoriyasının xx.xx.2024-cü il tarixli analiz nəticələrinin hesabatında "Alcohol” MMC, müəssisəyə daxil olan kanalın giriş xəttindən və müəssisədən çıxan tullantı sularının yığıldığı quyudan götürülmüş nümunələrin fiziki-kimyəvi göstəricilərinin norma daxilində olması müəyyən edilmişdir. Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, "Alcohol” MMC-də ilkin emal materialı kimi “Melas”dan və buğdadan istifadə olunur. “Melas”ın emalı iysiz olduğundan atmosferə zərərli maddələr buraxılmır, emaldan sonra tullantı suları çöküntü vermədiyindən bu prosesdən atılan sularda zərərli maddələr norma daxilində olur. Hər iki növ emaldan sonra axıdılan və atılan zərərli maddələrin norma daxilində olması barədə mütəxəssis rəyi vardır. 11 saylı Mərkəzi X17 əməkdaşları zavodda yoxlama aparılan vaxt ilkin emal materialı kimi “Melas”dan istifadə edildiyindən zərərli suların çökdürülməsi üçün tikilmiş anbara (hovuza) ehtiyac olmamışdır. Anbarın və giriş-çıxış xəttlərinin işlək vəziyyətdə olması əməkdaşlara göstərilmiş və onların iş prinsipi onlara izah edilmiş, bu barədə verilmiş ekspertizanın rəylərinin surəti onlara təqdim edilmişdir. Bundan əlavə Şəxs MMC haqqında Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1, 237.2 və 239-cu maddələri ilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmədə baxılarkən 11 fevral 2025-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10, Şəxs MMC-nin nümayəndəsi X11 iştirakı ilə Şəxs MMC-nin yerləşdiyi ərazidə istehsal sexinə, həyətinə və digər yardımçı binalarına yerində baxış keçirilmiş, yerli baxış zamanı suların zərərli təsirinin qarşısını alan qurğuların və avadanlıqların işlək vəziyyətdə olması müəyyən edilmiş və fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsi ilə bağlı gəlinən nəticə də, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məsələyə aydınlıq gətirmək üçün qeyd edilməlidir ki, kollektor dedikdə xüsusi mühəndis-texniki qurğu, başqa sözlə hidrotexniki qurğu başa düşülür. Su kollektoru isə bir ərazidəki artıq suyu toplayıb Xəzər dənizi kimi bir su hövzəsinə çatdıran, kollektordrenaj sistemləri olan uzun boru kəmərləri və kanallardır. Respublikamızın meliorasiya olunmuş ərazilərindən drenaj suları 3 əsas magistral- Baş Mil-Muğan, Baş Şirvan və Muğan Salyan kollektorları ilə Xəzər dənizinə axıdılır. Baş Mil-Muğan kollektoru 2006-cı ildə, Baş Şirvan kollektoru 1965-ci ildə, Muğan-Salyan suötürücüsü 1953-cü ildə, Mil- Qarabağ kollektoru isə 1965-ci ildə istismara verilmişdir. ünvan 3i ərazisindən keçən Bakı-Qazax yolunun sol tərəfində Mil Qarabağ və Aşağı Şirvan kollektorun kanal hissəsi qamışlıqla tam örtülmüş, su axarları müxtəlif yerlərdən xaotik olaraq boru hissəsi ilə davam etdirilmiş və boruların üstü dərin torpaq qatı ilə örtülmüş, rayonda mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığına görə bəzi yerlərdən kanalizasiya suları birbaşa həmin kollektora axıdılır. Qeyd edilən hallar belə qənaətə gəlməyə əsas verir ki, adı çəkilən kollektor baxımsızlıq səbəbindən öz təyinatını itirmiş, oradan axan suyun özünün tərkibi qəbul edilən normalara cavab vermir. "Alcohol” MMC tərəfindən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsi, onların istismar qaydalarına riayət edilməməsini təsdiq edən heç bir sübut göstərilməmiş və məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 18 noyabr tarixli, 150 nömrəli qərarı ilə təsdiq edilmiş “Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 16-cı bəndinə görə hidrotexniki qurğunun vəziyyətini əks etdirən kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumatlar dövlət reyestrinin müvafiq bölmələrini formalaşdıran və aparan dövlət orqanlarına aşağıdakı ardıcıllıqla verilməlidir: - dövlət nəzarətini həyata keçirən orqanın iştirakı ilə qurğunun vaxtaşırı müayinəsi barədə aktlar - 5 ildə bir dəfə; - hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsi - təsdiq olunduqdan sonra; - qəza və nasazlıq barədə məlumatlar - baş verdikdə; - layihənin dəyişdirilməsi, yaxud qəza halları ilə əlaqədar aparılan yenidənqurma və təmir işləri barədə məlumatlar - iş aparıldıqda; - layihə məlumatları - layihə təsdiq olunduqdan sonra; - hidrotexniki qurğunun istismara qəbul edilməsi aktı - təsdiq olunduqdan sonra; - hidrotexniki qurğunun texniki vəziyyəti barədə məlumatlar - hər il nəzarət orqanının illik hesabatı əsasında.
17. Fəaliyyətdə olan və istismara qəbul edilən hidrotexniki qurğu müəyyən olunmuş müddət ərzində dövlət reyestrinə daxil edilməyibsə, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən qurğunun təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən qurğunu istismar edən şəxslərə qurğunun dövlət reyestrinə daxil edilməsinin son müddəti göstərilməklə bildiriş göndərilir, bildirişdə göstərilən müddət ərzində qurğunu dövlət reyestrində qeydiyyatdan keçirməyən şəxslər barədə müvafiq tədbir görülür. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 14.1-ci maddəsinə əsasən təhlükəsizliyinə nəzarət onların təhlükəsizliyinin qiymətləndirilməsi məqsədi ilə qurğuların istismarı, eləcə də tikintisi, yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyası zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla texniki yoxlama qaydasında həyata keçirilir. Hazırki iş üzrə də, Şəxs MMC-də aparılan yoxlama və ya araşdırma “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmamış, xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda sadalanan inzibati xətaların pozulmasını təsdiq edən heç bir sübut məhkəmə araşdırması zamanı müəyyən edilməmiş və iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, Şəxs MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin tələblərinin pozulması, yəni ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısının alanmaması və bununla digər məsələlər akt, protokol, fotoşəkillər əsasında deyil, bu sahədə xüsuis biliyi olan mütəxəssisin və ekspertin rəyi ilə müəyyən edilir. Halbuki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X23 Xidməti” publik hüquqi şəxsin Mərkəzi Laboratoriyasının xx.xx.2024-cü il tarixli analiz nəticələrinin hesabatında "Alcohol” MMC, müəssisəyə daxil olan kanalın giriş xəttindən və müəssisədən çıxan tullantı sularının yığıldığı quyudan götürülmüş nümunələrin fiziki-kimyəvi göstəricilərinin norma daxilində olması müəyyən edilmiş, Şəxs MMC-də suların zərərli təsirinin qarşısını alan işlək vəziyyətdə qurğuların və avadanlıqların olması ünvana yerində baxış zamanı öz təsdiqini tapmışdır. Bundan əlavə icarədar “Qelios" MMC tərəfindən 2023-cü il üçün Atmosfer havasına atılan zərərli maddələrə dair rəsmi statistik hesabat 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən razılaşdırılmış və idarənin möhürü ilə təsdiq edilmiş, “Qelios" MMC və "Alcohol” MMC tərəfindən statistik hesabatlara əsasən ətraf mühitin mühafizəsi fonduna rüblər üzrə hər ay ödənişlər təmin edilmişdir. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol inzibati araşdırma aparılmadan tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. 102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. 102.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir: 102.3.1. qərardadın tərtib edildiyi yer və tarix; 102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar; 102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi. 102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Hazırki iş üzrə də, 11 saylı Mərkəzi X17 əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin yuxarıda şərh edilən 102-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1, 264.0.2-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına və eləcə də təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128- 130-cu maddələrini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1, 264.0.2-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına və eləcə də təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
HAKİM XALİQ İMANOV