Məhkəmə qərarları › İş №3(041)-744/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-744/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-744/2024 29.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçi AR Vəkillər Kollegiyasının üzvü, vəkil X1 iştirakı ilə xx.xx.2006-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul, Kürdəmir şəhəri, Aran qəsəbəsi,ev 3, mənzil 6-da yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, narkotik vasitədən istifadə edən deyilıdir. İlk dəfə olar ki, saxlanılmamaışdan 1 ay əvvəl Bakı şəhərində larkən marixuan çəkmiş, ondan sonra heç vaxt istifadə etməmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində Kürdəmir şəhəri, Sabir küçəsində olan zaman polis əməkdaşları on ayaxınlaşaraq özlərini təqdim edib narkotik vastənin daşınmasında şübhəli olduğunu bildirib onlarla birlkdə polis şöbəsinə getmişlər. Pois şöbəsinin inzibati binasında 2 nəfər hal şahidinin və bir nəfərə müdafiəin iştirakı ilə üzərinə axtarış keçirilsə də üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Lakin o, bir ay əvvəl narkotik vasitəolan marixinadan istifadə etdiyini bildirdikdən sona Mingəçevirə göndərildikdən sonra sidiyindən götürülən analiz zamanı etiraf etmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 769 nömrəli aktda Şəxs sidiyindən götürülmüş nümunədə narotik vasitədən istifadə etdiyi göstərilmişdir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, kustar üsulla hazırlanmış narkotik vasitə olan qrudulmuş marixuananı istehlak etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmiş,lakin məhkəmədə özünü qeyri-səmimi apararaq narkotik vasitənin mənbəyini qəsdən gizlətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA ******* nömrli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11.50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin və o, dəhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar