Məhkəmə qərarları › İş №3(041)-745/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-745/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-745/2024 30.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, 2-ci Qarabağ müharibəsi iştirakçısı, Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan(FİNxxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri ərazisində Kürdəmir RPŞ DYPB YPX-nın əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 21:30 radələrində Şəxs “VAZ 21074” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün saxlanılmış, yerində aradan qaldırılması mümkün olmadığından avtomobil mühafizə olunan duracağa aparılmış, Şəxs bölməyə yaxınlaşaraq polis əməkdaşlarına hədə-qorxu gələrək avtomobilinə ziyan vuracağını bildirmiş, uca səslə qışqıraraq səs-küy salmış, bölmənin iş rejimini pozmuş, onu dəfələrlə nizam-intizama dəvət etsələr də polisin qanuni tələbinə tabe olmamışdır. Odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla Kürdəmir rayonunun Şahsevən kəndində yaşayır, özünə məxsus “Vaz 21074” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili var, avtomobildə müəyyən konsturuksiya dəyişikliyi etmişdir. xx.xx.2024-cü il tarixdə həmin avtomobillə Kürdəmir şəhəri ərazisində hərəkətdə olarkən Kürdəmir RPŞ DYPB YPX-nın əməkdaşları onu saxlamışlar və konsturuksiya dəyişikliyi etdiyi üçün avtomobilini duracağa aparmışlar. Həmin vaxt polis əməkdaşları ilə aralarında qısa müddətli söz-söhbət baş vermiş və onların qanuni tələblərinə tabe olmamışdır. Nəticədə onu polis şöbəsinə apararaq baş verənlərlə bağlı izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşiman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir DYPB-nin YPX tərəfindən saxlanılarkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs “Vaz 21074” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili konstruksiya dəyişikliyi edərək idarə etmiş, buna görə avtomobili saxlanılaraq mühafizə olunan duracağa gətirildikdən sonra həmin əraziyə gedərək polis əməkdaşlarına hədə-qorxu gəlmiş, uca səslə qışqıraraq səs-küy salmış, nizam-intizama dəvət edilsə də polisin qanuni tələbinə tabe olmamışdır. xx.xx.2024-cü il tarixli, AZA ******* №-li inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:45-də inzibati qaydada tutulmuşdu; Kürdəmir RPŞ-də verdiyi izahatdan görünür ki, Şəxs əməlini səmimi etiraf edərək peşiman olduğunu bildirmişdir; Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşiman olması, Vətən Müharibəsi iştirakçısı olması, ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən onun inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (yüz əlli) manat cərimə saxlanılsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar