Məhkəmə qərarları › İş №3(041)-745/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-745/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-745/2025 15.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Şahbazova Göyçək Kamil qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986 il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri ərazisində Kürdəmir RPŞ DYPB 721 saylı YPX-nın əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində BDYPİ-nin YPXA-nın Operativ İdarəetmə mərkəzi tərəfindən Mercedes markalı tünd rəngli üzərində saxta FJS-965 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin posta yaxınlaşdığı və saxlanması barədə məlumat verilmişdir. Həmin nəqliyyat vasitəsi 721 saylı YPX postunda saxlanılmışdır. Polis əməkdaşları sürücüyə yaxınlaşaraq özlərini təqdim edib, sənədlərini təqdim etməsini, dövlət qeydiyyat nömrəsinin saxta olması bildirmişlər. Sürücü isə avtomobili belə idərə etdiyini demişdir. Polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Sürücünün tabesizlik göstərdiyini görüb Kürdəmir RPŞ-nin növbətçi hissəsinə məlumat verərək köməklik olunması xahiş edilmişdir. Ora yaxınlaşan Kürdəmir RPŞ-nin əməkdaşları ilə birlikdə həmin şəxs və avtomobildə əyləşən sərnişin RPŞ-nə gətirilmişdir. Odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi üçün yol postunda polis əməkdaşları ona avtomobili duracağa qoymasını istəmişdir. O da polis əməkdaşlarına yanında oturmasını, yalnız o halda duracağa avtomobili yerləşdirəcəyini bildirmişdir. Buna görə də polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. O, müharibə veteranıdır. Könüllü olaraq Füzulidən Laçına qədər olan döyüşlərdə iştirak etmiş, Laçında yaralanmış, kəllə beyin travması almışdır. Himayəsində yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 07:45 radələrində Kürdəmir rayonu ərazisində yerləşən 771 nömrəli DYPX-nin əməkdaşları ilə mübahisə edərək qəsdən xidmətdə olan polis əmkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”-ndən çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlilliyə görə 530.52 manat pensiya və Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyə görə isə 400 manat pensiya alır. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”-ndən çıxarışdan görünür ki, Şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, evli olmaqla ailə tərkibi arvadı – xx.xx.1988-ci il təvəllüdlü T.Ə.Aşıralıyeva, uşaqları- xx.xx.2010-cu il təvəllüdlü H.Şəxs, xx.xx.2010-cu il təvəllüdlü H.Şəxs, xx.xx.2007-ci il təvəllüdlü Y.Şəxsa, xx.xx.2009cu il təvəllüdlü A.Şəxsadan ibarətdir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”-ndən çıxarışdan görünür ki, Şəxs barəsində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2019-cu il tarixli, 3(043)-562/2019 nömrəli qərarı ilə İXM-nin 510 və 535-ci maddələrində nəzərdə tutulan əməli törətməsi əsası ilə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərdiyi xidmətlərini, əlilliyinin olmasını, himayəsində 03 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar