Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-746/2025 19.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Kürdəmir RPŞ tərəfindən Şəxs barəsində xırda talamaya görə İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X2 izahat verərək bildirmişdir ki, Kürdəmir rayonu Xəlsə kənd sakini Şəxs 15 iyul 2025-ci il tarixdə saat 09 radələrində Kürdəmir rayon İcra hakimiyyətinin binasında növbə yazılan otaqda Zərərçəkmiş şəxs məxsus 310-320 manat pulunu oğurlayaraq ələ keçirməsi ilə bağlı Kürdəmir RPŞ-nə müraciət daxil olmuşdur. Həmin müraciət əsasında Kürdəmir RPŞ-də toplanmış material üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın 310-320 manat olduğu müəyyən edildiyi üçün xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tapmaq mümkün oldamıdığından onun məhkəmə iclasına gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Kürdəmir rayonunun Ərəbxana kəndində yaşayır, 15 iyul 2025-ci il tarixdə səhər vaxtı öz şəxsi işi ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinə gələrək birinci mərtəbədə qəbula yazılan otaqda oturub növbə almaq üçün gözləmişdir. Saat təxminən 09 radələrində ayağa qalxıb növbə yazılan yerə yaxınlaşmışdır. Telefonunu cibindən çıxaran zaman özü də bilmədən cibində olan 311 manata yaxın pulu oturacağın kənarına düşmüşdür. Bunu bilməyərək çeki alıb qəbul otağına getmiş, icra başçısının qəbuluna girib çıxıb evinə getmişdir. Evdə üzərini dəyişərkən cibində pulunun olmadığını görmüşdür. İcra hakimiyyətində növbə olan otaqda olarkən yanında oturan Kürdəmir rayonu Xəlsə kənd sakini Hüseynağa adlı bir şəxsə sol tərəfindəki adamın pul verməsini eşitdiyini xatırlamışdır. Həmin vaxt həmin tanımadığı şəxs oturacaqdan pulu götürüb Hüseynağaya verərək "səndən yerə düşüb" dediyini eşitmişdir. O, Xəlsə kənd bələdiyyəsinin sədrinə zəng vuraraq Hüseynağa ilə danışmaq istəmiş, lakin Hüseynağanın telefonu olmadığını bilmişdir. Sonra o, Hüseynağanın kafedə oturduğunu öyrənmiş yanına getmişdir. Hüseynağa ona "pul məndədir, lakin o sənin deyil, kimsə səni öyrədib üstümə salıb" demişdir. Azərbacyan Respublikası İXM-nin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Göründüyü kimi, şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə təqdim edilməmişdir. İXM-nin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Kürdəmir Rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-746/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-746/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver