Məhkəmə qərarları › İş №3(041)-751/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-751/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-751/2023 25.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Çöl- Qubalı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ13916091 nömrəli elektron qərar üzrə xx.xx.2023-cü il tarixində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydalarını pozduğuna görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş, lakin həmin qərar ona göndərilmədiyi üçün cəriməni vaxtında ödəməmişdir. Məhkəmə bildirişini alandan sonra həmin cəriməni faizi ilə barabər tamamilə dövlət büdcəsinə ödəmiş, hazırda ödənilməyən cərimə borcu yoxdur. Şəxs cərimə borcunun olmaması ödəniş qəbzini məhkəməyə təqdim edərək, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs EQ13916091 nömrəli elektron qərar ilə barəsində tətbiq edilmiş 40 manat cəriməni və 24 manat dəbbə pulunu ödəmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cəriməni tam şəkildə ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 57, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar