Məhkəmə qərarları › İş №3(041)-756/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-756/2025

03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-756/2025 03.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X14, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi X16 X1 idarəsinin nümayəndəsi X4, Qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X17 şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X17 şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından barəsində qərar çıxarılmış Kürdəmir Su X1 İdarəsinin rəisi Nümayəndə şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kürdəmir Su X1 İdarəsinin rəisi Aşurov X6 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X9 Xidmətinin X17 şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 X9 xidmətinin xx.xx.2025-ci il X17 şöbəsinə etdiyi müraciət əsasında Azərbaycan Respublikası İXM-nın 192.6-cı maddəsi ilə barəsində onların iştirakı olmadan xx.xx.2025-ci il tarixli MN2123868 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və onların iştirakı olmadan həmin protokola əsasən həmin maddə ilə xx.xx.2025-ci tarixli MN0020765 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Qərar xx.xx.2025-ci il tarixli 3-17-5/2-48266/2025 saylı məktubla birlikdə xx.xx.2025-ci il tarixdə Kürdəmir Su melorasiya Sistemləri istismarı İdarəsinə daxil olduqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülmüş, 30 gün ərzində, yəni xx.xx.2025-ci il tarixdə X3 izahatı alındıqdan sonra onunla bağlanmış 2SVV 0H1F000300 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə olan xx.xx.2025-ci il tarixli 120-X-03/2025 nömrəli əmrin ləğv edilməsinə və vətəndaşın işə bərpasına qərar verilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə R.Ə.Novruzova aid əmrin ləğv edilməsinə və vətəndaşın işə bərpasına dair tədbirlərin görülməsi üçün sənədlər məktubda qeyd edilən ünvana, yəni X9 xidmətinin X17 şöbəsinə göndərilmiş, sənədlər göndəriləndən sonra X3 xx.xx.2025-ci il tarixdə qaraciyər fibrozu xəstəliyindən öldüyü müəyyən edilmiş və mərhuma məxsus ölüm haqqında şəhadətnamə əldə edilərək xx.xx.2025-ci il tarixdə X9 xidmətinin X17 şöbəsinə göndərilmişdir. Bütün bunlara baxmayaraq İXM-nin 192.6-cı maddəsinə əsasən 1700 manat məbləğində cərimə edilmişlər. Bundan sonra yaranmış yalnışlığı aradan qaldırmaq üçün xx.xx.2025-ci il tarixdə rəsmi qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəisi Vəli Quliyevə müraciət etsələr də müraciətə cavab gəlmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Kürdəmir Su X1 idarəsinin nümayəndəsi X11 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X17 şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Nümayəndə əlavə olaraq bildirdi ki, cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilsə də, verilmiş müddət ərzində qərarda göstərilən nöqsanlar aradan qaldırılmasına baxmayaraq, Xidmətin X17 şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə idarənin rəisi Nümayəndə mobil telefonuna SMS bildirişi göndərilərək cərimənin ödənilməsi tələb ediləndən sonra həmin qərardan həmin ayda şikayət verilmiş və şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Hər bir halda buraxılmış müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X17 şöbəsinin nümayəndəsi, şöbənin baş məsləhətçi - baş əmək müfəttişi X7 şikayətlə razılaşmayaraq izahatında bildirdi ki, vətəndaş X3 Kürdəmir Su X1 İdarəsində əmək hüquqlarının pozulması barədə X9 Xidmətinin X17 şöbəsinə etdiyi müraciətinə baxılarkən müəyyən edilmişdir ki, R.Novruzov ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycanı Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən xx.xx.2025-ci il tarixli, 120-X-03/2025 nömrəli əmrlə xitam verilmişdir. R.Novruzov ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Belə ki, "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" X15 təqdim etdiyi məktubda R.Novruzova xx.xx.2025-ci il tarixdə "Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi açıldığı qeyd edilmişdir. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Kürdəmir Su X1 İdarəsinin rəisi Nümayəndə barəsində Azərbaycan Respublikasınin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN0020765 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İşdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən; -Mingəçevir şəhəri DƏMX-nin Mərkəzi Aran PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən X5 qəbul etdiyi MN ******* nömrəli qərarla Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Kürdəmir Su X1 idarəsinə Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X17 şöbəsinin xx.xx.2025-ci il tarixdə Kürdəmir Su X1 idarəsinin rəisi Nümayəndə ünvanladığı məktubunda 30 (otuz) gün ərzində X8 ilə bağlanmış 2SW0H1F000300 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 120-X-03/2025 nömrəli əmri ləğv edərək, ƏMAS-də xitam əmrinin ləğv edilməsı barədə tədbirlərin görulməsini, törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə X9 Xidmətinin X17 şöbəsinə məlumat verilməsi xahiş edilmişdir. -Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X13 Xidməti Publik Hüquqi X23 X1 İdarəsinin 12 iyun 2025-ci il tarixli 173-Ü-43/2025 nömrəli əmri ilə xx.xx.2025-ci il tarixdə 120-X-03/2025 nömrəli xitam əmri ləğv edilərək, X3 xx.xx.2025-ci il tarixdən Əmək Müqaviləsi bərpa edilmişdir. -Kürdəmir rayon Xırdapay kənd sakini X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X17 şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tural Quliyevə ünvanladığı məktubunda Kürdəmir Su X1 İdarəsində yenidən irriqasiya sahəsində 5-ci dərəcəli müşahidəçi vəzifəsinə işə bərpa olunmağına etiraz etmədiyini bildirmişdir. - Kürdəmir Su X1 idarəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X17 şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tural Quliyevə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, “xx.xx.2025-ci il 3-17-5/2-48266/2025 nömrəli məktubunuza cavab olaraq bildirirəm ki, xx.xx.2021-ci il tarixdən Kürdəmir Su X1 İdarəsində müxtəlif vəizfələrdə çalışan X8 ilə bağlanılmış 2SW0H1F000300 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin "e" bəndinə əsasən xx.xx.2025-ci il tarixdə 120-X-03/2025 nömrəli əmri ilə tərtib olunmuş xitam əmrinin ləvğ edilməsinə dair müqvafiq əmr verilərək işçinin xx.xx.2025-ci ildən işə bərpasına qərar verilmişdir”. -Kürdəmir Su X1 idarəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəisi cənab Vəli Quliyevə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, “vətəndaş X3 X9 xidmətinin X17 şöbəsinə etdiyi müraciət əsasında Azərbaycan Respublikası İXM-nın 192.6-cı maddəsi ilə barəmdə xx.xx.2025-ci il tarixli MN2123868 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən həmin maddə ilə xx.xx.2025-ci il tarixli MN0020765 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Qərar xx.xx.2025-ci il tarixli 3-17-5/2-48266/2025 saylı məktubla birlikdə xx.xx.2025-ci il tarixdə Kürdəmir Su melorasiya Sistemləri İstismarı İdarəsinə daxil olduqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülmüş, 30 gün ərzində, yəni xx.xx.2025-ci il tarixdə X8 idarəyə dəvət olunub ərizəsi alındıqdan sonra onunla bağlanmış 2SW0H1F000300 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə olan xx.xx.2025-ci il tarixli 120-X-03/2025 nömrəli əmrin ləğv edilməsinə və vətəndaşın işə bərpasına qərar verilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə R.Ə.Novruzova aid əmrin ləğv edilməsinə və vətəndaşın işə bərpasına dair tədbirlərin görülməsi üçün sənədlər məktubda qeyd edilən ünvana, yəni X9 xidmətinin X17 şöbəsinə göndərilmişdir. Sənədlər göndəriləndən sonra X3 xx.xx.2025-ci il tarixdə qaraciyər fibrozu xəstəliyindən öldüyü müəyyən edilmiş və mərhuma məxsus ölüm haqqında şəhadətnamə əldə edilərək xx.xx.2025-ci il tarixdə X9 xidmətinin X17 şöbəsinə göndərilmişdir. Bütün bunlara baxmayaraq xx.xx.2025-ci il tarixdə mobil telefona gələn sms-dən məlum olmuşdur ki, idarənin rəisi Nümayəndə (xx.xx.2025-ci il tarixli MN2123868 nömrəli inzibati xəta haqqında protokol) AR İXM-nın 192.6-cı maddəsinə əsasən 1700 manat məbləğində cərimə edilmişdir.” - AZ-İİ 505508 nömrəli, 20 iyun 2025-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində Qaraciyər fibrozu səbəbi ilə ölmüşdür. Kürdəmir Su X1 İdarəsinin rəisi Nümayəndə şikayətinə əlavə etdiyi vəsatətində işin göstərilən hallarını nəzərə alaraq, qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə qeyd edir ki, şikayət edilən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilsə də, qərarda göstərilən nöqsanların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmiş, verilmiş müddət ərzində qərarda göstərilən nöqsanlar aradan qaldırılmasına və bu barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Xidmətin X17 şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə idarənin rəisi Nümayəndə mobil telefonuna SMS bildirişi göndərilərək cərimənin ödənilməsi tələb ediləndən sonra həmin qərardan həmin ayda şikayət verilmiş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldığına görə şikayət verən şəxsin vəsatəti təmin edilərək, qərardan şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Şikayətin mahiyyətinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvələn şikayət verən şəxsin törətdiyi inzibati xəta-Azərbaycan Respublikası İXM-nın 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 116 1-ci maddəsində qeyd edilmişdir ki, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Hazırki işin müəyyən edilən hallarından görünür ki, Mingəçevir şəhəri DƏMX-nin X17 şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 qəbul etdiyi 26 may 2025-ci il tarixli MN ******* nömrəli qərarla Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Kürdəmir Su X1 idarəsinin rəisi Nümayəndə barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və həmin tarixli məktubda 30 (otuz) gün ərzində X8 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 120-X-03/2025 nömrəli əmri ləğv edərək, nəticəsi barədə X9 Xidmətinin X17 şöbəsinə məlumat verilməsi xahiş edilmişdir. Kürdəmir Su X1 İdarəsinin 12 iyun 2025-ci il tarixli 173-Ü-43/2025 nömrəli əmri ilə xx.xx.2025-ci il tarixli 120-X-03/2025 nömrəli xitam əmri ləğv edilərək, X3 xx.xx.2025-ci il tarixdən əmək müqaviləsi bərpa edilmiş və xx.xx.2025-ci il tarixli məktubla Xidmətin X17 şöbəsinə məlumat verilmiş, əmrin surəti məktuba əlavə edilmişdir. X8 xx.xx.2025-ci il tarixdə qaraciyər fibrozu xəstəliyindən ölmüş, ölüm haqqında şəhadətnamənin surəti xx.xx.2025-ci il tarixdə X9 xidmətinin X17 şöbəsinə göndərilmişdir. Lakin bütün bunlara baxmayaraq, xx.xx.2025-ci il tarixdə Xidmətin X17 şöbəsindən idarənin rəisi Nümayəndə mobil telefonuna SMS bildirişi göndərilərək cərimənin ödənilməsi tələb edilmişdir. Kürdəmir Su X1 idarəsinin rəisi Nümayəndə şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın çıxarılmasında əsas məqsəd törədilən hüquqpozmanı aradan qaldırmaq və bir daha eyni inzibati xətanın törədilməsinin qarşısını almaqdan ibarətdir. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Hazırki iş üzrə də, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli X23 X1 idarəsinin rəisi Nümayəndə tərəfindən işçinin əmək müqaviləsinə xitam verərkən özündən asılı olmayan səbəblərdən (həmin vaxt işçi müvəqqəti əmək qabiliyyətini itirməsi ilə əlaqədar bülletendə olmuşdur) əmək qanunvericiliyinin tələblərini pozmuş və işçinin şikayəti əsasında əmək müfəttişliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və göstərilən qüsurların aradan qaldırılması üçün 30 (otuz) gün vaxt verilmişdir. Həmin müddət ərzində qeyd edilən qüsurlar aradan qaldırılmış və rəsmi olaraq (xx.xx.2025-ci il tarixli məktubla) Xidmətin X17 şöbəsinə məlumat verilmiş və təsdiqedici sənədlər məktuba əlavə edilmişdir. Xidmətin X17 şöbəsi tərəfindən başlanmış inzibati iş üzrə icraata xitam verilməli olduğu halda, xx.xx.2025-ci il tarixli SMS bildirişlə cərimənin ödənilməsi tələb edilmiş, səbəbi barəsində heç bir məlumat verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 116.3-cü maddəsi tələb edir ki, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1) inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab olunur. Həmin Məcəllənin 134.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X17 şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X17 şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin və başlanmış icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar