Məhkəmə qərarları › İş №3(041)-757/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-757/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-757/2023 14.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə mə.ğul olan, Kürdəmir rayonu Qocalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1602741 nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında tərkibində narkotik maddələr olan 2 ədəd dibçəkdə ümumi çəkisi 100.0 qram olan çətənə (kannabis) kolunu qanunsuz olaraq əkib becərmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında tərkibində narkotik maddələr olan 2 ədəd dibçəkdə ümumi çəkisi 100.0 qram olan çətənə (kannabis) kolunu qanunsuz olaraq əkib becərmişdir. Hərəkətlərində cinayət təqibi olmadığı üçün Kürdəmir RPŞ-nın İB-nın müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Tərtib etdiyi inazibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Qocalı kəndində yaşayır, evlidir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, özü narkotik maddə olan marixuana istifadəçisidir. Bir müddət əvvəl yaşadığı evin həyətində qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında 2 ədəd dibçəkdə çətənə (kannabis) kolunu əkib və həmin bitkiyə aqrotexniki qaydada qulluq etmişdir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gəlib özlərini təqdim edəndən sonra yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəkələrini bildirmişlər. Ona hüquq və vəzifələri izah olunandan sonra hal şahidlərinin iştirakı ilə həyətinə baxış keçirilmiş, baxış zamanı özü könüllü olaraq 2ədəd dobçəkdə əkdiyi 2 ədəd çətənə kolunu polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşman olmasını nəzərə alıb barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərarda qeyd edilən xx.xx.2023-cü il tarixli, 18/753 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin X2 rəyindən görünür ki, Şəxs həyətindən aşkar edilmiş tədqiqata təqdim olunmuş 02 ədəd yaş vəziyyətdə 100.0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləridir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarda qeyd edilən Kürdəmir DAİMdə bitçilik sektorunun müdürü Qorxmaz Şükürovun verdiyi rəydən görünür ki, Kürdəmir rayon Atakişili kənd sakini Şəxs yaşadığı evin həyətində aşkar olunan 2 ədəd dibcəyin icərisində əkilmiş 02 ədəd bitkilər, tərkibində narkotik maddələr olan çətənə bitkiləridir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, satış məqsədi olmadan şəxsi istehlak miqdarında tərkibində narkotik maddələr olan 2 ədəd dibçəkdə əkdiyi ümumi çəkisi 100.0 qram olan çətənə (kannabis) kolunu qanunsuz olaraq həyətində əkib becərmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini və əməlini səmimi etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nazərə alınır. Məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir, həmçinin 2 ədəd dibçəkdə olan 2 ədəd narkotik xassəli çətənə kolları məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 250 (iki yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs yaşadığı evin həyətindən aşkar edələrək götürülmüş 2 ədəd dibcəkdə olan ümumi çəkiləri- 100.0 qram olan 2 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri qərara qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar