Məhkəmə qərarları › İş №3(041)-76/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-76/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-76/2023 18.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan (AA*******) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli, MN1359797 nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin saxlamasında və daşımasında əsaslı şübhələr olduğuna görə şübhəli şəxs qismində tutularaq, üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan şalvarın qabaq sol cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.45 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin çəki cinayət tərkibi yaratmadığı üçün, barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə xx.xx.2023-ci il tarixli, MN1359797 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol digər iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, təxminən 1 ildirki narkotik vasitə olan qrudulmuş marixuanadan istifadə edir. xx.xx.2022-ci il tarixdə tanışı Mahmud adlı şəxsdən 10 manat pul müqavilində bir ədəd kağız bükümdə markotik vasitə olan qrudulmuş marixuana almış, daha sonra həmin marixuananın yarısını tanışı Rəvan adlı şəxsə vermiş, yarısını isə özü istifadə etmə üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yol ilə gedərkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə şübəli olduğunu bildirmişlər və onu polis şöbəsinə aparmışlar. Kürdəmir rayon polis şöbəsində vəkilin və hal şahidlərinin iştirakı ilə üzərində axtarış aparılmış və əynində olan paltarın cibindən içi narkotik vasitə marixuana olan 01 ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli, 18/1275 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin X1 rəyindən görünür ki, “...Şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0.45 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin narkotik maddələr tədqiqata 0.02 qram istifadə olundu və qalıq 0.43 qram qalmışdır. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, xalis çəkisi 0.45 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə edib özündə saxlamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş və tədqiqata istifadə edildikdən sonra qalmış 0.43 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata istifadə edildikdən sonra qalmış 0.43 qaram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar