Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-761/2023 25.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X9, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP5597136 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəxs idarə etdiyi “Opel Astra” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 01 may 2023-cü il tarixdə saat 16 radələrində Kürdəmir-Ağsu avtomobil yolu ilə Ağsu rayonu istiqamətində hərəkətdə olarkən Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücü avtomobil yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli, 1.1 üfüqi nişanlanma xəttini kəsib keçmək qadağan olduğu halda, bunlara əməl etmədən idarə etdiyi “Opel Astra” markalı avtomobili 87 km/saat-dan artıq sürətlə idarə edib qarşıda onunla eyni istiqamətdə hərəkət edən və yolun sağ ehtiyyat hissəsindən sola manevr edərək dönmə əməliyyatını yerinə yetirən X6 idarə etiyi “Toyota Prius markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Toyota Prius” markalı avtomobilin sürücüsü Babək Abbasova ehtiyatsızlıqdan sol İİ, Vİ qabırğaların sınığı ilə müşayət edilən xəsarətlər yetirməklə zərərşəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, özünə məxsus qara metallik rəngli “Opel Astra” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır, həmin avtomobili etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 01 may 2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus həmin avtomobili ilə iş yoldaşları Tural, Elzamin və Asimlə birlikdə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisindən keçən hissəsində təxminən 60-65 km/saat sürətlə Ağsu şəhəri istiqamətinə hərəkətdə olarkən onunla eyni istiqamətində qarşıda yolun sağ ehtiyyat hissəsində dayanmış X6 idarə etdiyi göy rəngli “Toyota Prius” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən sola manevr etməklə hərəkət edib onun hərəkət zolağına çixaraq dönmüş, Babəkin idarə etdiyi avtomobil ilə toqquşmamaq üçün avtomobilin əyləcini basaraq avtomobilini saxlamaq istəmiş, buna baxmayaraq avtomobilini saxlaya bilməyərək avtomobilinin qabaq hissəsi ilə Babəkin idarə etdiyi avtomobilin arxa sol hissəsi toqquşmuş, toqquşandan sonra iş yoldaşları Tural, Elzamin və Asimlə birlikdə avtomobildən yerə düşmüşlər. Həmin vaxtı iş yoldaşı Tural müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Toqquşmadan sonra avtomobillərin yerini dəyişməmişlər, Kürdəmir RPŞ-nın əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Hadisədən qabaq spirtli içki və ya güclü təsir edən maddə qəbul etməmişdir. Dəymiş ziyanla bağlı zərərçəkmişlə öz aralarında razılıq əldə etmişlər, bir-birlərinə qarşı şikayətləri yoxdur.. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında zərərçəkmiş şəxs X7 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə B.Y.Abbasovun gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Şəxs DİN-nin BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs sürücülük vəsiqəsi xx.xx.2031-ci il tarixinə kimi etibarlıdır. Materiala əlavə olunmuş BDYP-nin Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BD 004703 nömrəli X2 Şəhadətnaməsindən müəyyən edilmişdir ki, “Opel Astra” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Ağdaş rayonu Yuxarı Ləki kənd sakini X4r. İşdə olan ƏN-V N 827548 nömrəli etibarnamənin ksero surətindən görünür ki, Şəxs “Opel Astra” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü ilədək idarə etmək hüququ vardır. Materiala əlavə olunmuş X7 DİN-nin BDYPİ Şirvan RQİTBŞ tərəfindən xx.xx.2014cü il tarixdə verilmiş “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 vəsiqəsi xx.xx.2024-cü il tarixinə kimi etibarlıdır. İşdə olan BDYP-nin Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BB 244308 nömrəli X2 Şəhadətnaməsindən müəyyən edilmişdir ki, “Toyota Prius” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İşdə olan ET-47 nömrəli etibarnamənin surətindən aydın olur ki, X6 idarə etdiyi “Toyota Prius” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü ilədək idarə etmək hüququ vardır. xx.xx.2023-cü il tarixli 85 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. xx.xx.2023-cü il tarixli 86 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X13 həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Мəhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 138 nömrəli «canlı şəxsin müayinəsi » rəyinə əsasən 1993-cü il təvəllüdlü X3 məhkəmə tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarət vardır. Sağ Vİ qabırğanın sınığı, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 01 may 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 141 nömrəli «canlı şəxsin müayinəsi » rəyinə əsasən 1977-ci il təvəllüdlü X6 məhkəmə tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər vardır. Sol İİ, Vİ qabırğaların sınığı, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 01 may 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Мəhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 142 nömrəli «canlı şəxsin müayinəsi » rəyinə əsasən 1979-cu il təvəllüdlü Şəxs məhkəmə-tibb müayinəsi zamanı bədən səthində heç bir xəsarət aşkar edilmədi. Мəhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 143 nömrəli «canlı şəxsin müayinəsi » rəyinə əsasən 1994-cü il təvəllüdlü X8 məhkəmə-tibb müayinəsi zamanı bədən səthində heç bir xəsarət aşkar edilmədi. Мəhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 149 nömrəli «canlı şəxsin müayinəsi » rəyinə əsasən 2001-ci il təvəllüdlü X5 məhkəmə-tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər vardır. Alında və sağ yanaqda sıyrıqlar, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 01 may 2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və bu xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta özünün səmimi etirafı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-761/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-761/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver