Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-762/2023 25.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X11, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan. fin-xxxxxxx Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP5596154 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi “Toyota Prius” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisindən keçən hissəsində düzgün dönmə əməliyyatı etməyərək X7 idarə etdiyi “Opel Astra” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, “Opel Astra” markalı avtomobildə olan sərnişin X8 yüngül bədən xəsarətləri almış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu ifadəsində göstərdi ki, özünə məxsus göy rəngli “Toyota Prius” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobili etibarnamə əsasında “BC” katiqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 01 may 2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus həmin avtomobili ilə iş yoldaşı X10 ilə birlikdə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisindən keçən hissəsində Ağsu şəhəri isdiqamətində hərkətdə olarkən yolun sol tərəfində yerləşən “Ekvador” adlı yeməkxananın qarşısına dönmək istəmiş, bunun üçün yolun sağ ehtiyyat hissəsinə çıxaraq orada dayanıb qarşıdan və arxadan avtomobil gəlibgəlməməsini yoxlamış, əmin olduqdan sonra sola manevr edərək dönmüş, sola dönmə hərəkətinə başlayıb yolun hərəkət hissəsinə qədər gəldikdə onunla eyni istiqamətdə arxadan Səyid Əşrəfovun idarə etdiyi “Opel Astra” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüş, toqquşmadan yayına bilməmiş, “Opel Astra” markalı avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra avtomobillərin yerini dəyişməmişlər, Kürdəmir RPŞ-nın əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Hadisə nəticəsində avtomobilində olan şəxs xəsarət almasa özü xəsarət almışdır. Hadisədən qabaq spirtli içki və ya güclü təsir edən maddə qəbul etməmişdir. Dəymiş ziyanla bağlı zərərçəkmişlərlə öz aralarında razılıq əldə etmişlər, dəymiş ziyanı tam şəkildə ödəmişdir, bir-birlərinə qarşı şikayətləri yoxdur. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında zərərçəkmiş şəxslər X9 və X4 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə S.Q.Əşrəfovun və T.K.Süleymanovun gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasından alınmış xx.xx.2023-cü il tarixli 8\1401 saylı rəyindən görünür ki, “Toyota Prius” markalı **-PT- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Opel Astra” markalı **-FA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş sürücünün hərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Мəhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 138 nömrəli «canlı şəxsin müayinəsi» rəyindən görünür ki, 1993-cü il təvəllüdlü X3 məhkəmə tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarət vardır. Sağ Vİ qabırğanın sınığı, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 01 may 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Мəhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 149 nömrəli «canlı şəxsin müayinəsi» rəyindən görünür ki, 2001-ci il təvəllüdlü X5 məhkəmə-tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər vardır. Alında və sağ yanaqda sıyrıqlar, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 01 may 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və bu xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş X9 DİN-nin BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 vəsiqəsi xx.xx.2031-ci il tarixinə kimi etibarlıdır. Materiala əlavə olunmuş BDYP-nin Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021ci il tarixli BD 004703 nömrəli X2 Şəhadətnaməsindən görünür ki, “Opel Astra” markalı **-FA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Ağdaş rayonu Yuxarı Ləki kənd sakini X6r. İşdə olan ƏN-V N 827548 nömrəli etibarnamənin ksero surətindən görünür ki, X7 “Opel Astra” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü ilədək idarə etmək hüququ vardır. Materiala əlavə olunmuş Şəxs DİN-nin BDYPİ Şirvan RQİTBŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixinə kimi etibarlıdır. İşdə olan BDYP-nin Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BB 244308 nömrəli X2 Şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İşdə olan ET-47 nömrəli etibarnamənin surətindən aydın olur ki, Şəxs idarə etdiyi “Toyota Prius” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü ilədək idarə etmək hüququ vardır. xx.xx.2023-cü il tarixli 85 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X15 həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. xx.xx.2023-cü il tarixli 86 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Мəhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 142 nömrəli «canlı şəxsin müayinəsi » rəyindən görünür ki, 1979-cu il təvəllüdlü X7 məhkəmə-tibb müayinəsi zamanı bədən səthində heç bir xəsarət aşkar edilmədi. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta özünün səmimi etirafı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-762/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-762/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver