Məhkəmə qərarları › İş №3(041)-763/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-763/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-763/2025 15.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, (Fin:xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 1 ədəd 16 kalibrli, qoşa lüləli 11537-57 nömrəli ov silahını qeydiyyatsız saxlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, onun yaşadığı evdə mərhum atası Şərafəddin Xasməmmədovdan qalma 1 ədəd ov tüfəngi vardır. Həmin ov tüfəngindən o, istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 06 radələrində o, özünə məxsus iri buynuzlu heyvanları nobata yola salıb evə gələndə həyətdə mülki geyimdə polis əməkdaşları olduğunu görmüşdür. Həmin vaxt polis əməkdaşları tövlədə saxladığı həmin mərhum atasından qalma ov tüfəngini götürmüşlər. Həmin ov silahının heç bir sənədi olmamışdır. İşə əlavə edilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir RPŞ-nin CAB-nin baş ə/müvəkkili polis polkovnik-leytenantı Tağı Məmmədov raportla Kürdəmir RPŞ-nin rəisinə müraciət edərək xx.xx.2025-ci il tarixdə polis əməkdaşı Mirbaba Mirzəyevlə birlikdə Kürdəmir rayonu, Yenikənd kəndi ərazisində xidmətdə olan zaman kənd sakini Şəxs Şərafəddin oğlundan 1 ədəd qoşa lüləli Tula markalı, 11537-57 nömrəli ov tüfəngi aşkar edilərək götürüldüyünü göstərmişdir. xx.xx.2025-ci il tarixdə Kürdəmir RPŞ-nin CAB-nin baş ə/müvəkkili polis polkovnikleytenantı Tağı Məmmədovun raportu HK-1-də qeydiyyata alınmış və icraata qəbul edilərək araşdırma aparılmışdır. Material üzrə izahatı alınan Məmmədov Tağı oğlu izahatında göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. O, xx.xx.2025-cü il tarixdə saat 09 radələrində polis əməkdaşı Mirbaba Mirzəyevlə birlikdə Kürdəmir rayonu, Yenikənd kəndində xidmətdə olan zaman adı sonradan ona məlum olan Şəxs Şərafəddin oğlunun evdə qanunsuz olaraq ov silahı saxladığı barədə məlumat almış və bununla bağlı onun yaşadığı evə getmişlər. Onlar həyətdə olan zaman Şəxs qanunsuz olaraq ov silahını evdə saxladığını bildirmiş və sonuncu onların suallarına cavab olaraq onun mərhum babasından atasına və atasından ona 1 ədəd ov silahı qaldığını demişdir. Sonra Şəxs həmin ov silahını onlara təqdim etmişdir. Şəxs həmin ov silahına dair ona heç bir sənəd təqdim etməmişdir. Onların suallarına cavab olaraq Şəxs həmin ov silahına dair onun heç bir qanuni sənədi olmadığını bildirmişdir. Şəxs izahatında yaşadığı evdə mərhum atası Şərafəddin Xasməmmədovdan qalma 1 ədəd ov tüfəngi vardır. Həmin ov tüfəngindən o, istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 06 radələrində o, özünə məxsus iri buynuzlu heyvanları nobata yola salıb evə gələndə həyətdə mülki geyimdə polis əməkdaşları olduğunu görmüşdür. Həmin vaxt polis əməkdaşları tövlədə saxladığı həmin mərhum atasından qalma ov tüfəngini götürmüşlər. O, polis əməkdaşların suallarına cavab olaraq bildirmişdir ki, həmin ov tüfəngi mərhum atası Şərafəddin Xasməmmədovdan ona yadigar qalmışdır. Daha sonra o, izahatında göstərmişdir ki, həmin ov silahın heç bir sənədi olmamışdır. Araşdırma zamanı xx.xx.2025-ci il tarixdə Şəxs Şərafəddin oğlundan 1 ədəd 16 kalibirli, qoşa lüləli, 11537-57 nömrəli ov tüfəngi götürülmüşdür. Bu barədə protokol və fotocədvəl tərtib edilərək materiala əlavə edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Kürdəmir rayonu, Yenikənd kənd sakini Şəxs Şərafəddin oğluna məxsus 11537-57 nömrəli ov tüfəngin heç bir müvafiq sənədi yoxdur. Beləliklə də aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 16.07. 2025-ci il tarixdə Şəxs Şərafəddin oğluna məxsus xüsusi icazəsi olmayan 1 ədəd 16 kalibirli, qoşa lüləli 11537-57 nömrəli ov silahı aşkar edilərək götürülmüşdür. Ona görə də Şəxs Şərafəddin oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilməlidir. Lakin Şəxs Şərafəddin oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq sözü gedən silahın müsadirə edilməklə onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 (səksən) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir rayon polis şöbəsində saxlanılan, Şəxs götürülmüş 1 ədəd sənədsiz 16 kalibirli, qoşa lüləli, 11537-57 nömrəli ov silahı müsadirə edilsin və Azərbaycan Respublikası DİNnin X1 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə, Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar