Məhkəmə qərarları › İş №3(041)-765/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-765/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-765/2025 04.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında materiala və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin döşəmə hissəsini yandıraraq ona 500 AZN maddi ziyan vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında materiallardan görünür ki, Kürdəmir rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Aqil Əhmədovun raportu əsasında daxil olmuş Kürdəmir rayonu Karrrar kəndində yaşayan X1 Azərbaycan Respublikası DİN 102 xidmətinə verdiyi məlumat ilə əlaqədar toplanmış materiallar üzrə 01 sentyabr 2025-ci il tarixdə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Kürdəmir rayon Polis şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, sözü gedən inzibati xəta haqqında protokol Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı, polis mayoru Aqil Əhmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən tərtib edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. 212.2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir. 212.3. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Araşdırma zamanı müəyyən edildi ki, Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı Aqil Əhmədovun xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı tərəflərə təqdim edilmədiyi üçün onların həmin qərardan şikayət vermək kimi hüquqları pozulmuşdur. Digər tərəfdən, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol hazırda qanuni qüvvəsini almamış qərar əsasında tərtib edildiyindən və həmin qərar sonradan şikayət əsasında ləğv edildiyi təqdirdə inzibati xəta haqqında protokol əsasında qəbul ediləcək inzibati xəta haqqında iş üzrə qərar da öz əhəmiyyətini itirmiş olacaqdır. Belə olan halda işə baxılarkən həmin materialları tamamlamaq mümkün deyil, ona görə də, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarının 1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 125,127 və 128-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar