Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-766/2025 15.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X14 şəxsinin nümayəndəsi X10, X1 iştirakları ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müavini X3 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış X4 şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X3 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 izahat verərək bildirmişdir ki, Kürdəmir şəhərində özünə məxsus bər-bər salonu var və həmin salonda saç ustası kimi fəaliyyət göstərir. Bu yaxınlarda Səhiyyə Nazirliyi qanunsuz olaraq tibbi fəaliyətlə məşğul olduğu əsası ilə onu cərimə etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarın sürəti ona çatdıqdan sonra qərardan şikayət vermişdir. E.Ə.Şıxaliyev işin göstərilən hallarını nəzərə alaraq, Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X3 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN1787275 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X14 şəxsinin nümayəndəsi X12 ifadəsində bildirmişdir ki, X4 eyni məzmunlu şikayətinə Kürdəmir Rayon Məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2025-ci il tarixli 3(041)-699/2025 saylı qərarı ilə X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti geri qaytarılmış və X7 müddətin bərpası barədə vəsatət vermədən məhkəməyə müraciət etmişdir.Odur ki, şikayətin baxılmadan qaytarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X14 şəxsi xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri, Bakı prospekti ünvanında fəaliyyət göstərən “Oliqarx” gözəllik salonunda, xüsusi razılıq (lisenziya) olmadan özəl tibb fəaliyyəti ilə məşğul olduğu faktı aşkar edildiyi üçün 15 may 2025-ci il tarixli məktubla X5 xx.xx.2025-ci il tarixdə saat 10:00-da yoxlama materiallarına baxılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə dəvət etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X14 şəxsi X6 ünvanladığı 22 may 2025-ci il məktubunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edildiyindən, barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə protokol tərtib edildiyini bildirmişdir. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(041)-699/2025 saylı qərarı ilə X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti geri qaytarılmışdır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(041)-699/2025 saylı qərarında qərardan şikayət vermə müddətinin üzrlü səbəblərdən buraxılması ilə əlaqədar vəsatətlə məhkəməyə müraciət edilmədiyi üçün X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti geri qaytarılmış və şikayət vermiş şəxsə müddəti üzürlü səbəbdən buraxdığı halda müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Şikayətçi məhkəməyə müraciətində də, xx.xx.2025-ci il tarixli qərarın ona rəsmi qaydada verildiyi tarixi göstərməmiş, bu barədə sənəd əlavə etməmiş, şikayət vermə müddətinin üzrlü səbəbdən buraxılması ilə əlaqədar vəsatətlə məhkəməyə müraciət etməmiş, bu hal iş materialları ilə də müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh vermə haqqında qərardan şikayətin vaxtında verilmədiyini, üzrlü səbəbdən buraxıldığı halda buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin olmadığını, bununla da, təqdim edilmiş materialların natamam olduğunu, işə baxılarkən tamamlamaq mümkün olmadığını nəzərə alaraq hesab edirəm ki, şikayətin onu tərtib etmiş şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Həmçinin, şikayət vermiş şəxsə müddəti üzrlü səbəbdən buraxdığı halda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququ izah edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X15 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 130 və 132ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müavini X3 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış X4 şikayəti geri qaytarılsın. Şikayət vermiş şəxsə müddəti üzrlü səbəbdən buraxdığı halda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququ izah edilsin. Qərardan apelyasiya şikayəti verilə bilməz. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-766/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-766/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver