Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-767/2023 18.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, fərdi əmklə məşğul olan, Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1480752 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1786/2022 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)- 1786/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs naturada 1500 manat dəyərində 15 qram çəkidə 585 əyarlı sirikon qaşları ilə sep,1200 manat dəyərində 12 qram çəkidə 585 əyarlı silikon qaşları ilə qolnaq,1000 manat dəyərində10qram çəkidə 585 əyarlı sirikon qaşlarla üzük-sırğa dəsti,800 manat dəyərində8qram çəkidə 583 əyarlı silikon qaşlarla üzük,1000 manat dəyərində 6.60 qram çəkidə 40 əyarlı brliyant qaşlarla 583 əyarlı nişan üzüyü və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınıb tələbkar X3 verilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. Yerinə yetirilən icra tədbirləri zamanı borclu qızıl-zinət əşyalarını tələbkara təqdim etmiş, lakin tələbkar həmin əşyaların toy ərəfəsində verilənvə icra sənədində qeyd edilən çəkidə əşyalar olmadığını bildirərək onları qəbul etməkdən imtina etmişdir. Yaranmış ziddiyyəti aradan qaldırmaq məqsədilə, qətnaməyə izah verilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir.Bundan sonra tələbkarın şikayətləri əsasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1786/2022 saylı icra vərəqəsinə əsasən ondan naturada 1500 manat dəyərində 15 qram çəkidə 585 əyarlı sirikon qaşları ilə sep,1200 manat dəyərində 12 qram çəkidə 585 əyarlı silikon qaşları ilə qolnaq,1000 manat dəyərində10qram çəkidə 585 əyarlı sirikon qaşlarla üzük-sırğa dəsti, 800 manat dəyərində 8qram çəkidə 583 əyarlı silikon qaşlarla üzük,1000 manat dəyərində 6.60 qram çəkidə 40 əyarlı brliyant qaşlarla 583 əyarlı nişan üzüyü və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınıb tələbkar X3 verilməsi qət edilmişdir. İcra tədbirləri zamanı toy ərəfəsində verilən qızıl-zinət əşyalarını təqdim edərkən tələbkar əşyaların çəkisinin icra sənədində qeyd edilən çəlilə uyğun gəlmədiyini bildirərək qəbul etməmişdir. Həmin vaxt qızıl-zinət əşyalarının qiymətləndirilməsi ilə bağlı icra məmuru tərəfindən şöbəyə mütəxəssis dəvət edilməmiş və müəyyən rəy alınmamışdır. Bundan sonra icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz narazılığını bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Hesab edir ki barəsində tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izhatında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1786/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs naturada 1500 manat dəyərində 15 qram çəkidə 585 əyarlı sirikon qaşları ilə sep,1200 manat dəyərində 12 qram çəkidə 585 əyarlı silikon qaşları ilə qolnaq,1000 manat dəyərində10qram çəkidə 585 əyarlı sirikon qaşlarla üzük-sırğa dəsti,800 manat dəyərində8qram çəkidə 583 əyarlı silikon qaşlarla üzük,1000 manat dəyərində 6.60 qram çəkidə 40 əyarlı brliyant qaşlarla 583 əyarlı nişan üzüyü və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınıb ona verilməsi qət edilmişdir. Borclu itərəfindən ona təqdim edilən qızıl-zinət əşyaları toy ərəfəsində verilən əşyalara oxşasa da icra sənədində qeyd edilən çəki ilə uyğun olmadığı üçün qəbul etməmişlər. Zərərçəkmiş şəxs izahatının sonunda tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərara qəbul edilməsini xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1786/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs naturada 1500 manat dəyərində 15 qram çəkidə 585 əyarlı sirikon qaşları ilə sep, 1200 manat dəyərində 12 qram çəkidə 585 əyarlı silikon qaşları ilə qolnaq,1000 manat dəyərində 10 qram çəkidə 585 əyarlı sirikon qaşlarla üzüksırğa dəsti, 800 manat dəyərində8qram çəkidə 583 əyarlı silikon qaşlarla üzük,1000 manat dəyərində 6.60 qram çəkidə 40 əyarlı brliyant qaşlarla 583 əyarlı nişan üzüyü və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınıb tələbkar X3 verilməsi qət edilmişdir. Yerinə yetirilən icra tədbirləri nəticəsində tələbkar qızıl-zinət əşyalarının toy ərəfəsində verilən əşyalara oxşadığını, lakin çəkisinin yüngül olduğunu, icra sənədində qeyd edilən çəki ilə uyğun gəlmədiyini bildirərək qəbul etməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, qızıl-zinət əşyalarının çəkisinin az, yəni yüngül olması və icra sənədində qeyd edilən çəki ilə uyğun gəlməməsi səbəbindən tələbkarın həmin əşyaları qəbul etməməsi icra sənədinin icrası zamanı yaranmış mübahisə icra məmuru tərəfindən həll edilməlidir. Yəni, icra məmuru bununla bağlı mütəxəssis dəvət etməklə mübahisəni icra mərhələsində həll edə bilərdi. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-767/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-767/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver