Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-769/2025 22.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən (bundan sonra Mərkəzi Aran regional şöbəsi) məhkəməyə daxil olmuş, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC qüvvədə olan əmək müqavilələrini qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi təmin olunması ilə bağlı Mərkəzi Aran regional şöbəsinin xx.xx.2025ci il tarixli, 3-17-5/2-H-67357/2025 nömrəli icrası məcburi olan göstərişi yerinə yetirməmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X1 inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. “Əmək və məşğulluq” altsisteminə baxış zamanı Şəxs MMC tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmiş, "xxxx" MMC tərəfindən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən xx.xx.2025-ci il tarixədək elektron sənəd formasına keçirilməsi təmin olunması ilə bağlı Mərkəzi Aran regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-H-67357/2025 nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir. Lakin icrası məcburi göstərişlə bağlı "xxxx" MMC tərəfindən Xidmətə və ya Regional şöbəyə məlumat daxil olmamış və bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi təyin edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarına gəlməmiş, göndərilən məhkəmə bildirişlərinin çatdırılmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1əssəl məlumat əldə etmək mümkün olmamışdır. Daxil olmuş inzibati xəta haqqında material araşdırılarkən, Mərkəzi Aran regional şöbəsi tərəfindən də, Şəxs MMC-nin nümayəndəsinin inzibati xəta haqqında materialla tanış olmadığı müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş, MMC-nin qanuni təmsilçisi və ya nümayəndəsi inzibati xəta haqqında materialla tanış edilməmişdir. Bu səbəbdən də qeyd olunan çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Mərkəzi Aran regional şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 100, 109, 114, 118-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə qaytarılsın. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-769/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-769/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver