Məhkəmə qərarları › İş №3(041)-77/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-77/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-77/2024 17.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X10, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmklə məşğul olan, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1480612 nömrəli inzibati xəta haqqında protokola əsasən, Əliyev X4 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-581/2022 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdildiyi göstərilir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-581/2022 saylı icra vərəqəsinə əsasən borclular Şəxs və X5 qalmış, tələbkara məxsus 860 manat dəyərində 1 ədəd qolbaq, 730 manat dəyərində 1 ədəd qolbaq, 1500 manat dəyərində 1 ədəd boyunbağı, 600 manat dəyərində 1 ədəd sirkon qaşları olan nişan üzüyü, 850 manat dəyərində 1 ədəd sirkon qaşları olan paxlava üzük, cehiz əşyaları 5200 manat dəyərində 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd krovat, 1 ədəd yazı stolu, 1 ədəd termo, 2 ədəd tumbuçka, 750 manat dəyərində 1 ədəd televizor və 1 ədəd televizor altlığı, 50 manat dəyərində 1 ədəd DVDİ, 700 manat dəyərində 1 ədəd soyuducu, 600 manat dəyərində 1 ədəd stol və 6 ədəd stul, 300 manat dəyfərində 2 ədəd xalça, 80 manat dəyərində 2 ədəd lüstr, 70 manat dəyərində 1 ədəd çörək bişirən soba, 50 manat dəyərində 1 ədəd şirəçəkən, 70 manat dəyərində 1 ədəd ət çəkən, 130 manat dəyərində 1 ədəd ütü və 1 ədəd ütü altı, 40 manat dəyərində 1 ədəd mikser, 40 manat dəyərində 1 ədəd divar saatı, 700 manat dəyərində 1 ədəd kondisioner, 90 manat dəyərində 1 ədəd tozsovuran, 30 manat dəyərində 2 ədəd naçnik, 200 manat dəyərində 1 ədəd beşik, 40 manat dəyərində 2 ədəd mişkalar, 150 manat dəyərində 10 ədəddən ibarət 2 dəst qazanlar, 10 manat dəyərində 1 ədəd çaynik, 70 manat dəyərində 1 ədəd samovar, 70 manat dəyərində 1 ədəd umvalnik, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 15 manat dəyərində 1 ədəd çuğun vedrə, 20 manat dəyərində 2 ədəd çaydan, 300 manat dəyərində Pərdə və karnizlər, 1200 manat dəyərində 5 dəst mitil, 500 manat dəyərində 10 ədəd yastıq, 150 manat dəyərində 2 ədəd yay yorğanı, 150 manat dəyərində 3 ədəd taxt üçün ədyal, 200 manat dəyərində Dəsmallar, çexollar və süfrələr, 300 manat dəyərində 6 ədəd döşəkçə, 170 manat dəyərində 1 ədəd Nahar dəsti, 120 manat dəyərində Sevant üçün qablar, 140 manat dəyərində 2 ədəd xrustal vaz, 2 ədəd lotka qablar, 30 manat dəyərində 12 ədəd stəkan, 12 ədəd rumka, 80 manat dəyərində 4 ədəd güldan, 20 manat dəyərində 1 ədəd su qabı 6 ədəd balası, 50 manat dəyərində 2 dəst servis qruşqası, 2 ədəd çaynik, 40 manat dəyərində 12 ədəd rumka, 2 ədəd xrustal qənd qabı, 40 manat dəyərində 2 ədəd Leyli-məcnun vazı, 2 ədəd konfet qabı, 30 manat dəyərində 1 dəst meyvə qabı (ağ rəngli), 30 manat dəyərində 1 dəst meyvə qabı, 3 balası, 90 manat dəyərində 48 ədəd boşqab dəsti, 25 manat dəyərində 12 ədəd kasa-masqura, 40 manat dəyərində 12 ədəd 2 dəst xrustal stəkan nəlbəki, 15 manat dəyərində 1 ədəd tort qabı, 40 manat dəyərində 2 qutu armudu stəkan, 30 manat dəyərində 1 ədəd qaşıq dəsti, 15 manat dəyərində 3 ədəd qənd, çay və pəsok qabı (nabor), 30 manat dəyərində 1 ədəd aş qazanı, 20 manat dəyərində 1 ədəd teşt, 15 manat dəyərində 2 ədəd su tavası, 10 manat dəyərində 1 ədəd aşsüzən, 15 manat dəyərində 3 ədəd podnis, həmin əmlaklar olmadıqda onların pulla dəyəri cavabdehlər X3 və Şəxs alınıb iddiaçı X8 verilməsi, həmçinin, tərəflərin birgə nikah dövründə əldə etidkləri 25 baş qoyunun birgə nikah dövründə alınmasını nəzərə alaraq 13 başının cavabdeh X3 alınıb iddiaçı X8 verilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borclu Şəxs bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Şəxs müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. Yerinə yetirilən icra tədbirləri nəticəsində icra sənədinin bir qismi icra edilmiş, lakin qızıl-zinət əşyaları və 13 baş qoyun borclular tərəfindən tələbkara qaytarılmamışdır. İcra sənədini tam şəkildə icra etməsi barədə dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra sənədini icra etməkdən yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-581/2022 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsindən məlumatı var, lakin həmin qətnamədən narazıdır, sözü gedən qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayəti məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadadına əsasən geri qaytarılmış, bundan sonra müddətin bərpası haqqında vəsatətlə məhkəməyə müraciət etmiş və vəsatəti xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bütün bunları bir-bir icra məmuruna izah etmiş, lakin icra məmuru onun dediklərinə məhəl verməyərək barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Hesab edir ki, barəsində tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. Tərəflərin izahatıdan və iş materiallarına əlavə edilmiş icra sənədindən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-581/2022 saylı qətnaməsinə əsasən borclular Şəxs və X5 qalmış, tələbkara məxsus 860 manat dəyərində 1 ədəd qolbaq, 730 manat dəyərində 1 ədəd qolbaq, 1500 manat dəyərində 1 ədəd boyunbağı, 600 manat dəyərində 1 ədəd sirkon qaşları olan nişan üzüyü, 850 manat dəyərində 1 ədəd sirkon qaşları olan paxlava üzük, cehiz əşyaları 5200 manat dəyərində 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd krovat, 1 ədəd yazı stolu, 1 ədəd termo, 2 ədəd tumbuçka, 750 manat dəyərində 1 ədəd televizor və 1 ədəd televizor altlığı, 50 manat dəyərində 1 ədəd DVDİ, 700 manat dəyərində 1 ədəd soyuducu, 600 manat dəyərində 1 ədəd stol və 6 ədəd stul, 300 manat dəyfərində 2 ədəd xalça, 80 manat dəyərində 2 ədəd lüstr, 70 manat dəyərində 1 ədəd çörək bişirən soba, 50 manat dəyərində 1 ədəd şirəçəkən, 70 manat dəyərində 1 ədəd ət çəkən, 130 manat dəyərində 1 ədəd ütü və 1 ədəd ütü altı, 40 manat dəyərində 1 ədəd mikser, 40 manat dəyərində 1 ədəd divar saatı, 700 manat dəyərində 1 ədəd kondisioner, 90 manat dəyərində 1 ədəd tozsovuran, 30 manat dəyərində 2 ədəd naçnik, 200 manat dəyərində 1 ədəd beşik, 40 manat dəyərində 2 ədəd mişkalar, 150 manat dəyərində 10 ədəddən ibarət 2 dəst qazanlar, 10 manat dəyərində 1 ədəd çaynik, 70 manat dəyərində 1 ədəd samovar, 70 manat dəyərində 1 ədəd umvalnik, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 15 manat dəyərində 1 ədəd çuğun vedrə, 20 manat dəyərində 2 ədəd çaydan, 300 manat dəyərində Pərdə və karnizlər, 1200 manat dəyərində 5 dəst mitil, 500 manat dəyərində 10 ədəd yastıq, 150 manat dəyərində 2 ədəd yay yorğanı, 150 manat dəyərində 3 ədəd taxt üçün ədyal, 200 manat dəyərində dəsmallar, çexollar və süfrələr, 300 manat dəyərində 6 ədəd döşəkçə, 170 manat dəyərində 1 ədəd Nahar dəsti, 120 manat dəyərində Sevant üçün qablar, 140 manat dəyərində 2 ədəd xrustal vaz, 2 ədəd lotka qablar, 30 manat dəyərində 12 ədəd stəkan, 12 ədəd rumka, 80 manat dəyərində 4 ədəd güldan, 20 manat dəyərində 1 ədəd su qabı 6 ədəd balası, 50 manat dəyərində 2 dəst servis qruşqası, 2 ədəd çaynik, 40 manat dəyərində 12 ədəd rumka, 2 ədəd xrustal qənd qabı, 40 manat dəyərində 2 ədəd Leyli-məcnun vazı, 2 ədəd konfet qabı, 30 manat dəyərində 1 dəst meyvə qabı (ağ rəngli), 30 manat dəyərində 1 dəst meyvə qabı, 3 balası, 90 manat dəyərində 48 ədəd boşqab dəsti, 25 manat dəyərində 12 ədəd kasa-masqura, 40 manat dəyərində 12 ədəd 2 dəst xrustal stəkan nəlbəki, 15 manat dəyərində 1 ədəd tort qabı, 40 manat dəyərində 2 qutu armudu stəkan, 30 manat dəyərində 1 ədəd qaşıq dəsti, 15 manat dəyərində 3 ədəd qənd, çay və pəsok qabı (nabor), 30 manat dəyərində 1 ədəd aş qazanı, 20 manat dəyərində 1 ədəd teşt, 15 manat dəyərində 2 ədəd su tavası, 10 manat dəyərində 1 ədəd aşsüzən, 15 manat dəyərində 3 ədəd podnis, həmin əmlaklar olmadıqda onların pulla dəyəri cavabdehlər X3 və Şəxs alınıb iddiaçı X8 verilməsi, həmçinin, tərəflərin birgə nikah dövründə əldə etidkləri 25 baş qoyunun birgə nikah dövründə alınmasını nəzərə alaraq 13 başının cavabdeh X3 alınıb iddiaçı X8 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, tələbkar X11 qızıl-zinət əşyalarının, 13 baş qoyunun götürülmədiyini, lakin digər əşyaların tam şəkildə götürüldüyünü, Şəxs evində ona məxsus hər hansı bir əmlakın qalmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs və X6 apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizələri xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra sənədinin əmlak və qızıl-zinət əşyalarına dair hissəsi borclular Şəxs və X9 tərəfindən qızıl-zinət əşyaları istisna olmaqla tam şəkildə icra edilmiş, qətnamədə 13 baş qoyunun tələbkara qaytarılması cavabdeh kimi X6 üzərinə qoyulduğundan, həmin hissədə Şəxs borclu kimi tanına bilməz. Bundan əlavə, iş üzrə hər iki cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadadı ilə şikayət geri qaytarılmışdır. Cavabdehlər buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və vəsatət apellyasiya şikayəti ilə birlikdə xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə, borclu Şəxs tərəfindən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hansı qanuni tələblərini yerinə yetirilmədiyi, habelə icra məmuru tərəfindən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən müəyyən olunmuş müddətlə bağlı heç bir sübut iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1480612 nömrəli inzibati xəta haqqında protokolda göstərilən hallar işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar