Məhkəmə qərarları › İş №3(041)-779/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-779/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-779/2023 21.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1602734 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01.00-da Kürdəmir rayonu Molakənd kəndi ərazisində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ilə mübahisə edərək polisin ünvanına nalayiq ifadələr işlətdiyi və nəticədə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıov izahatında göstərdi ki, Kürdəmir rayonu Mollakənd sakini Fizuli Eyyubov xx.xx.2023-cü il tarixdə saat 01.00-da DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında Kürdəmir rayon polis şöbəsinin əməkdaşları qeyd edilən ünvana gedib Fizuli Eyyubovdan izahat almışlar və izahatı alınarkən o, Şəxs şikayətci olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları Şəxs ünvanına gedərkən yolda Tahir və onun qardaşı Zaur Baxşıyevlə qarşılaşmışlar. Şəxs və Z.Baxşıyevə özlərini təqdim edərək DİN-nin 102 xidmətinə olan şikayətlə bağlı izahat verməsi üçün Tahiri polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şəxs sərxoş olmalarından istifadə edib ucadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək şöbəyə getməkdən imtina etmiş, həmçinin və Z.Baxşıyevdə onlara öz vəzifələrini yerinə yetirməyə maneəçilik törətmişdir. Bundan sonra Şəxs atası Səfdər Baxşıyev oraya gələrək onları sakitləşdirmiş və övladlarının səhər özü şöbəyə gətirəcəyini vədd verdiyindən polis əməkdaşları oradan çıxaraq şöbəyə qayıtmışdır. Səsə-küyə ətrafa kənar şəxslər toplaşmamışdır, orada ancaq polis əməkdşaları, Şəxs, Z.Baxşıyev və inzibati xəta törədən şəxsin atası Səftər Baxşıyev olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şəxs və Z.Baxşıyev Kürdəmir rayon polis şöbəsinə gəlmişlər, şöbədə onların izahatları alındıqdan sonra, barələrində Azərbaycan Respubikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Mollakənd kəndində yaşayır, Fizuli Eyyubovu həmkəndlisi kimi tanıyır, aralarında ədəvatləri və düşmənçilikləri yoxdur, Fizulinin Kürdəmir rayonu Mollakənd kəndi ərazisində kafesi var. xx.xx.2023-cü il tarixdə həmin kafedə yemək yeyib spitli içki qəbul etmiş, gecə saat xx.xx.2023-cü il tarixdə, saat 00:15 radələrində sərxoş olduğu üçün kafedə Fizuli ilə aralarında mübahisə düşmüşdür. Mübahisə vaxtı Fizuli DİN-nin 102 xidmətinə zəng vuraraq olanlar barədə məlumat vermişdir. Mübahisədən sonra yol ilə evlərinə gedərkən ayağı süşdüyündən kanala düşmüş, spitrli içkinin təsirindən hərəkət edə bilmədiyindən boğlma təhlükəsi ilə üz-üzə qalmış və həmin vaxt qardaşı Zaur özünü çatdıraraq onu xilas etmişdir. Bundan sonra qardaşı ilə evə gedərkən təxminən saat 01 radələrində qaplarının yanında küçədə polis əməkdşaları onları saxlamış və barəsində şikayət olduğunu bildirərək onu polis şöbəsinə aparmaq istəmişlər. Həmin vaxt polis əməkdaşları ilə aralarında qısa müddətli söz-söhbət baş verdiyindən səsə atası Səftər küçəyə çıxaraq polis əməkdaşlarından üzür istəmiş, onların sərxoş olduqlarını və kanala yıxıldıqlarından üstlərinin pis gündə olduğunu, səhər açılan kimi onları şöbəyə göndərəcəyini bildimişdir. Polis əməkdaşları atası ilə razılaşaraq oradan çıxıb getmişlər. Səhəri gün qardaşı Z.Baxşıyev ilə birlikdə polis şöbəsinə getmiş, baş verənlər barədə izahat vermişdir. X2 və polis əməkdaşlarına müraciət edərək etdiyi əmələ görə onlardan üzr istəmişdir. Gecə yarısı olduğuna görə polis əməkdaşları ilə arasında olan qısa müddətli söz-söhbəti polis əməkdaşlarından başqa eşidən və görən olmamış, ətrafa heç kim toplaşmamışdır. Şöbədə izahatı alındıqdan sonra onun barəsində İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini bilmiş və həmin protokolla razı olmuşdur. Lakin əsassız barəsində İXM-nın 510-cu maddəsilə də inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz etirazını bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmnlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, xx.xx.2023-cü il tarixdə, saat 01:00-da Şəxs ilə polis əməkdaşları aralarında qısa müddətli söz-söhbət olmuşdur, lakin gecə yarısı olduğuna görə onların aralarında olan qısa müddətli sözsöhbəti polis əməkdaşlarından başqa eşidən və görən olmamış və ətrafa heç kim toplaşmamışdır. Göründüyü kimi, Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsməhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar