Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-782/2023 21.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan. ş/v- AA******* Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində Kürdəmir rayonu Mollakənd kəndi ərazisində Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə T.S.Başıyev tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıov izahatında göstərdi ki, Kürdəmir rayonu Mollakənd sakini Fizuli Eyyubov xx.xx.2023-cü il tarixdə saat 01.00-da DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında Kürdəmir rayon polis şöbəsinin əməkdaşları qeyd edilən ünvana gedib Fizuli Eyyubovdan izahat almışlar və izahatı alınarkən o, Şəxs şikayətci olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları Şəxs ünvanına gedərkən yolda Tahir və onun qardaşı Zaur Baxşıyevlə qarşılaşmışlar. Şəxs və Z.Baxşıyevə özlərini təqdim edərək DİN-nin 102 xidmətinə olan şikayətlə bağlı izahat verməsi üçün Tahiri polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şəxs sərxoş olmalarından istifadə edib ucadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək şöbəyə getməkdən imtina etmiş, həmçinin və Z.Baxşıyevdə onlara öz vəzifələrini yerinə yetirməyə maneəçilik törətmişdir. Bundan sonra Şəxs atası Səfdər Baxşıyev oraya gələrək onları sakitləşdirmiş və övladlarının səhər özü şöbəyə gətirəcəyini vədd verdiyindən polis əməkdaşları oradan çıxaraq şöbəyə qayıtmışdır. Səsə-küyə ətrafa kənar şəxslər toplaşmamış, orada ancaq polis əməkdşaları, Şəxs, Z.Baxşıyev və inzibati xəta törədən şəxsin atası Səftər Baxşıyev olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şəxs və Z.Baxşıyev Kürdəmir rayon polis şöbəsinə gəlmişlər, şöbədə onların izahatları alındıqdan sonra, barələrində Azərbaycan Respubikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir.. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Mollakənd kəndində yaşayır, Fizuli Eyyubovu həmkəndlisi kimi tanıyır, aralarında ədəvatləri və düşmənçilikləri yoxdur, Fizulinin Kürdəmir rayonu Mollakənd kəndi ərazisində kafesi var. xx.xx.2023-cü il tarixdə həmin kafedə yemək yeyib spitli içki qəbul etmiş, gecə saat xx.xx.2023-cü il tarixdə, saat 00:15 radələrində sərxoş olduğu üçün kafedə Fizuli ilə aralarında mübahisə düşmüşdür. Mübahisə vaxtı Fizuli DİN-nin 102 xidmətinə zəng vuraraq olanlar barədə məlumat vermişdir. Mübahisədən sonra yol ilə evlərinə gedərkən ayağı süşdüyündən kanala düşmüş, spitrli içkinin təsirindən hərəkət edə bilmədiyindən boğulma təhlükəsi ilə üz-üzə qalmış və həmin vaxt qardaşı Zaur özünü çatdıraraq onu xilas etmişdir. Bundan sonra qardaşı ilə evə gedərkən təxminən saat 01 radələrində küçə qaplarının yanında polis əməkdşaları onları saxlamış və barəsində şikayət olduğunu bildirərək onu polis şöbəsinə aparmaq istəmişlər. Həmin vaxt polis əməkdaşları ilə aralarında qısa müddətli söz-söhbət baş verdiyindən səsə atası Səftər küçəyə çıxaraq polis əməkdaşlarından üzür istəmiş, onların sərxoş olduqlarını və kanala yıxıldıqlarından üstlərinin pis gündə olduğunu, səhər açılan kimi onları şöbəyə göndərəcəyini bildimişdir. Polis əməkdaşları atası ilə razılaşaraq oradan çıxıb getmişlər. Səhəri gün qardaşı Z.Baxşıyev ilə birlikdə polis şöbəsinə gedərək baş verənlər barədə izahat vermişdir. X2 və polis əməkdaşlarına müraciət edərək etdiyi əmələ görə onlardan üzr istəmişdir. Gecə yarısı olduğuna görə polis əməkdaşları ilə arasında olan qısa müddətli söz-söhbəti polis əməkdaşlarından başqa eşidən və görən olmamış, ətrafa heç kim toplaşmamışdır. Şöbədə izahatı alındıqdan sonra onun barəsində İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini bilmiş və həmin protokolla razı olmuşdur. Etdiyi hərəkətin düz olmadığını dərk edir, polis əməkdaşlarına müraciət edərək üzür istəmişdir. Əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA000167 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs 17.40-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 17.47-də azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən onun 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat cərimə saxlanılsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-782/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-782/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver