Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-784/2024 05.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunun Mollakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunun Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs satış məqsədi olmadan az miqdarda narkotik maddə olan marixuananı əldə edərək saxlamış, daşımış, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin polis baş leytenantı X3 izahatında bildirdi ki, cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Şəxs satış məqsədi olmadan az miqdarda narkotik maddə olan marixuananı əldə edərək saxladığı və daşıdığından onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi əsası ilə barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Kürdəmir rayonu Mollakənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 10 gün bundan öncə yaşadığı Mollakənd kəndi ərazisində piyada gəzərkən yerdən 01 ədəd kağız büküm tapmışdır. Həmin bükümün içərisinə baxdıqda narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2024cü il tarixdə saat 21:00 radələrində Kürdəmir rayonu Mollakənd kəndi ərazisində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında əsaslı şübhələrin olduğunu bildirib RPŞ-nə gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah olunmuş və ona təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra vəkil Qədir Qədirovu seçmişdir. Videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmağa başlanılmış və üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sol ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən heç bir əşya və predmet aşkar olunmamışdır. 01 ədəd gümüşü rəngli kağız büküm açılarkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən, HK-1/1329 nömrəli material üzrə tədqiqata təqdim edilmiş “...Şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd gümüşü bükümdə təmiz çəkisi 0,20 qram olan bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanadır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 12:30-da azad edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş təhqiqat zamanı aparılmış araşdırmada dindirilmiş Şəxs verdiyi izahatında göstərmişdir ki, Kürdəmir rayonu Mollakənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, qurudulmuş marixuanadan 1 aydır ki, istifadə edir. 10 gün bundan öncə yaşadığı Mollakənd kəndi ərazisində piyada gəzərkən yerdən 01 ədəd kağız büküm tapmışdır. Həmin bükümün içərisinə baxdıqda narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Kürdəmir rayonu Mollakənd kəndi ərazisində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında əsaslı şübhələrin olduğunu bildirib RPŞ-nə gətirmişlər.RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah olunmuş və ona təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra vəkil Qədir Qədirovu seçmişdir. Videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmağa başlanılmış və üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sol ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən heç bir əşya və predmet aşkar olunmamışdır. 01 ədəd gümüşü rəngli kağız büküm açılarkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız büküm içərisində olan kütlə Çin istehsalı olan elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 0.46 qram olması müəyyən edilmişdir. Təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə içərisi boş ağ rəngli zərfdə qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmiş və üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Üzərindən aşkar olunan 01 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götürülmüşdür. Üzərindən aşkar olunan kütlə qurudulmuş marixuanadır. Onu xx.xx.2024-cü il tarixdə yaşadığı kənd ərazisində piyada gəzərkən yerdən tapmışdır. Özü istifadə etmək üçün üzərində saxlamışdır. 1 aydır ki, narkotik vasitədən istifadə edir. O, heç kimə narkotik vasitə satmamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə ona məxsus narkotik vasitə və ya psixotrop maddə yoxdur. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmiş inzibati xətanı törətməkdə təqsiri özünün etirafedici izahatı ekspertiza rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübut edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, inzibati qaydada tutulduğu 01 (bir) gün nəzərə alınmaqla təyin edilmiş cərimə tənbehi yüngülləşdirilməli, qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, İXM-nin 115.4.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Kürdəmir RPŞ-nin maddi sübutların yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,18 qram olan qururdulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 01 gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 250 (iki yüz əlli) manat cərimə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,18 qram olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-784/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-784/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver