Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-786/2023 23.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1965-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Türkədi kəndində qeydiyyatda olmaqla yaşayan, fin-xxxxxxx Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1602793 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Kürdəmir rayon polis şöbəsəsinin inzibati binasında polis əməkdaşlarının yanında İ.Sadıqovun işinə maneəçilik edərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıov izahatında göstərdi ki, Kürdəmir rayon Türkədi kənd sakini X2 ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə Şəxs Kürdəmir rayon polis şöbəsinə dəvət etmişdir, şikayətlə Şəxs tanış edib onların izahatını alarkən Kürdəmir rayon polis şöbəsəsinin inzibati binasında polis əməkdaşlarının yanında onun işinə maneəçilik edərək polis əməkdaşlarının ünvanına xoşa gəlməz ifadələr işlətmiş, nizam-intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Nəticədə onun barəsində Azərbaycan Respubikası İXM-nin 510-cu maddələri ilə inzibati xəta haqqında protokollar tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, X2 şikayət ərizəsi əsasında onu Kürdəmir rayon polis şöbəsinin əməkdaşları izahat verməsi üçün polis şöbəsinə dəvət etmişlər, xx.xx.2023-cü il tarixdə izahat vermək üçün polis şöbəsinə gəlmiş və şöbənin inzibati binasında sahə rəisi İ.Sadıqovun iş otağında Əlifağa Həsənovla birlikdə izahatları alınarkən Əlifağa ilə aralarında qısa müddətli söz-sözhbət olduğundan polis əməkdaşları onları sakitləşdirmişlər. Polis əməkdaşı İ.Sadıqovun işinə maneəçilik etməmiş, onların qanuni tələblərinə tabe olmuş, ümumiyətlə nalayiq ifadələr işlətməmiş, sadəcə Ə.Həsənovun onun barəsində haqsız hərəkətlər etdiyindən yüksək səslə danışaraq gileylənmişdir. Hazırda şöbənin inzibati binasında yüksək səslə danışdığına görə peşmandır, bununla bağlı polis əməkdaşlarına müraciət edərək üzürxalqlıq etmişdir. Bir daha belə nöqsanlara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-786/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-786/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver