Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-786/2024 16.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kürdəmir Rayon Məhkəməsinə daxil omuş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsi (bundan sonra Bakı Baş Gömrük idarəsi) tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (№00100-02001/24) nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş səndələr əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Kürdəmir rayonunun Dəyirmanlı kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən Bakı Baş Gömrük idarəsində xx.xx.2024-cü il tarixdə **********4922 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99DM760/99YC760 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 01.16-da Enerji Resusları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarəti Limanı” gömrük postundan keçirməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən gömrük orqanlarına elektron formada qısa idxal bəyənnaməsi verməli olduğu halda verilməmiş, nəticədə hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük idarəsinə və Şəxs MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq təyin edilmiş məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, lakin Şəxs MMC-nin direktoru X1 məhkəməyə teleqrama ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq qərar çıxarılmasını xahiş etmiş, bu səbəbdən də, işə onların nümayəndələrinin iştirakı olmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara əsasən müəyyən edildi ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi üçün Bakı Baş Gömrük idarəsi tərəfindən hüquqi şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati məsuliyyət yaradır. Şəxs MMC-nin ünvanına (VÖEN **********) 99DM760/99YC760 nömrəli nəqliyyat vasitəsi ilə gətirilən yüklərin xx.xx.2024-cü il tarixdə saat 01.16-da Enerji Resusları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarəti Limanı” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada verilməli olan qısa idxal bəyannaməsi gömrük xidmətinin VAİS-nə rəsmiləşdirilməsi üçün göndərilməmiş və bu hal işdə olan digər sənədlərlə mübahisəsiz olaraq sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs MMC (VÖEN **********, ünvan: Kürdəmir rayonu Dəyirmanlı kəndi) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV
Məhkəmə qərarları › İş №3(041)-786/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-786/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver