Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-787/2023 23.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Türkədi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1602794 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Kürdəmir rayonu İnzibati binasının polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıqov izahatında göstərdi ki, Kürdəmir rayon Türkədi kənd sakini X2 ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə Şəxs Kürdəmir rayon polis şöbəsinə dəvət etmişdir, şikayətlə Şəxs tanış edib onların izahatını alarkən polis şöbəsinin xidməti otağında M.Ə.Şahbazov Ə.Həsənovun ünvanına nalayiq ifadələr işlətmişdir, o və polis əməkdaşları onu sakitləşdirmək istəyərkən onların qanuni tələblərinə tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir, bundan əlavə şöbənin inzibati binasının qarşısında olarkən Şəxs səs-küy salaraq qanunsuz hərəkətlərini görüb ona yaxınlaşaraq nizam-intizama dəvət etmiş, lakin öz hərəkətlərini davam etdirdiyi üçün Şəxs barəsində Azərbaycan Respubikası 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, X2 şikayət ərizəsi əsasında onu Kürdəmir rayon polis şöbəsinin əməkdaşları izahat verməsi üçün polis şöbəsinə dəvət etmişlər, xx.xx.2023-cü il tarixdə izahat vermək üçün polis şöbəsinə gəlmiş və şöbənin inzibati binasında sahə rəisi İ.Sadıqovun iş otağında Əlifağa Həsənovla birlikdə izahatları alınarkən Əlifağa ilə aralarında qısa müddətli söz-sözhbət olmuşdur, bundan sonra polis əməkdaşları onları sakitləşdirərək onu otaqdan çıxarmışdır. Şöbənin inzibati binasının qarşısında isə Ə.Həsənova əsəbləşdiyindən öz-özünə danışmış, həmin vaxt İ.Sadıqov oraya yaxınlaşaraq onu sakitləşdirmiş, İ.Sadıqovun qanuni tələblərinə qabe olaraq Ə.Həsənovun onun barəsində haqsız hərəkətlər etdiyindən gileylənmişdir. İzahatı alındıqdan sonra onun barəsində əsassız olaraq İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz etirazını bildirərək polis əməkdaşları ilə mübahisə etmədiyini və onların qanuni tələblərinə tabe olduğunu bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Proses iştirakçılarının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Hazırki işin müəyyən edilən hallarından görünür ki, Kürdəmir rayon Tükədi kənd sakini X2 ərizəsi əsasında Şahbazov X3 rayonu polis şöbəsinə dəvət edilmiş, polis əməkdaşlarının dəvəti ilə Şəxs və Ə.Həsənov xx.xx.2023-cü il tarixdə şöbəyə gələrək izahat vermişlər, şöbənin inzibati binasında sahə rəisi İ.Sadıqovun iş otağında izahatları alınarkən Mehdi ilə Əlifağanın aralarında qısa müddətli söz-söhbət olmuş və həmçinin şöbənin inzibati binasının qarşısında Şəxs barəsində haqsız şikayətlər olunduğundan gileylənərək öz-özünə danışmış, həmin vaxt polis əməkdaşı İ.Sadıqov oraya yaxınlaşaraq Şəxs sakitləşdirmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-787/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-787/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver