Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-787/2024 06.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə 2.09.1988-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri,R.Rza küçəsi,ev 2-də yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Kürdəmir şəhəri, R.Rza küçəsində yerləşən yaşadıqlar evdə arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı sonuncunun sifətindən saç darağı ilə qəsdən vuraraq fiziki ağrılar yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxs atası X1 ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. İnzibati xəta törədən Şəxs göstərdi ki, Turanə onun arvadıdıdr. Münasibətləri normaldır. Hadisə baş verən günü evdə saçını dayarayrkən Turanə ona su krantının xarab olduğunu və düzəltməsini xahiş etmiş o, da əsəbləşmiş. Və əlindıə olan darağı onun sifət nahityəsiə tərəf tullamış daraq Turanənin siftinə dəyişdir. Hazırda o, Turanədən üzr istəmiş və ona dəymiş ziyanı ödəməklə onunla barışmışdır. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Nizami onun əridir. Münasibətləri normaldır. Onların 2 az yaşlı uşaqları vvardır. xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə olarkən o, Zahiddən xarab olan su krantını düzəltməsini xahiş etmiş və bi zaman Zahid əsəbləşərək əlində olan darağı onun sifətinə vurmuş və o xəsarət almışdır. Hal-hazırda Zahid onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Zahid barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 292 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində sağ gözün üst qapağının göymütül rəngli qançırların olması, küt əşya təsirindən əmələ gəldiyi, müddətinin xx.xx.2024-cü il tarixə uyğun gəldiyi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, inzibati xəta hadisəsi törədən X2 onunla barışmışdır. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsi törədən Şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələbinə görə bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs zərərçəkmişşəxslə barşıdıqda inzibati xəta haqqında işüzrə icraata xitam verilir. Ona görə dəməhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 353.0.9, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ : İnzibat xəta törədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi iləŞirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-787/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-787/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver