Məhkəmə qərarları › İş №3(041)-788/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-788/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-788/2023 23.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1965-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Türkədi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1602742 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, axşam üstü Kürdəmir rayonu Türkədi kəndində kənd sakinlərinin yanında həmkəndlisi Zərərçəkmiş şəxs söyüb təhqir etdiyi, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıov izahatında göstərdi ki, Kürdəmir rayon Türkədi kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə polis şöbəsinəə müraciət edərək Şəxs onu kənddə yaşamağa və təsərrüfatla məşğul olmağa imakan vermədiyini, şərəf ləyaqətini alçatdığını bildirmişdir. Şikayət əsasında xx.xx.2023-cü il tarixdə Şəxs və Zərərçəkmiş şəxs Kürdəmir rayon polis şöbəsinə dəvət edərək izahatlarını almış, nəticədə Şəxs barəsində Azərbaycan Respubikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır, əvəllər münasibətləri normal olsada sonradan Zərərçəkmiş şəxs onun torpaq sahəsindən istifadə etməsinə maneəçilik törətdiyi üçün pisləşmişdir. Belə ki, onun torpaq sahəsinə gedən yol Əlifağa kəsdiyindən öz sahəsinə gedə və torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir, dəfələrlə bununla bağlı aralarında mübahisələri olmuşdur. Axrıncı dəfə xx.xx.2023-cü il tarixdə çöl torpaq sahəsində olarkən Zərərçəkmiş şəxs sahədə olduğunu görüb traktoru ilə oraya yaxınlaşıb ip vasitəsiylə Əlifağanaın torpaq sahəsinin girişinə ağacdan düzəltdiyi qapını dartib uçurtmaq istəmişdir. Zərərçəkmiş şəxs dərhal yaxınlaşaraq ona maneəçilik törətmiş, aralarında sözlə mübahisə baş verdiyindən bir-birlərinə xoşa gəlməz sözlər demişlər. Mübahisə vaxtı ətrafda olan kənar şəxslər onlardan təxminən 100-150 metr kənarda olmuş, həmçinin traktor işlək vəziyyətdə olduğuna motorundan gələn yüksək səsə görə bir-birlərinə dedikləri sözləri özlərindən başqa heç kim eşitməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışaraq torpaq sahəsi ilə bağlı aralarında olan mübahisəni həll etmişlər. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs həmkəndlisi kimi tanıyır, münasibətləri əvvəllər normal olmuş, lakin sonradan torpaq sahəsi üstündə münasibətləri pozulmuşdur. Axrıncı dəfə xx.xx.2023-cü il tarixdə çöl torpaq sahəsində olarkən Şəxs oraya gələrək tros ipi vasitəsiylə onun torpaq sahəsinin girişində ağacdan düzəltdiyi qapını dartıb uçurtmaq istədiyini görmüş, dərhal ona yaxınlaşaraq Mehdiyə öz iradlarını bildirmiş, həmin vaxt aralarında sözlə mübahisə olduğundan bir-birlərinə xoşa gəlməz sözlər demişlər. Mübahisə vaxtı ətrafda olan 2-3 nəfər kənar şəxslər onlardan təxminən 100-150 metr kənarda olmuş, həmçinin Şəxs məxsus traktor işlək vəziyyətdə olduğundan motorundan gələn yüksək səsə görə bir-birlərinə dedikləri sözləri özlərindən başqa heç kim eşitməmişdir. Hazırda Şəxsla barışmış, torpaq mübahisəsini öz aralaırnda həll etmişlər. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmnlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, xx.xx.2023-cü il tarixdə, axşam üstü Zərərçəkmiş şəxs ilə Şəxs arasında çöl torpaq sahəsində baş vermiş mübahisə vaxtı ətrafda olan kənar şəxslər onlardan təxminən 100-150 metr kənarda olmuş, həmçinin Şəxs məxsus traktor işlək vəziyyətdə olduğundan motorundan gələn yüksək səsə görə onların bir-birlərinə dedikləri sözləri özlərindən başqa heç kim eşitməmişdir. Belə olan halda Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verməsi təsdiq olunmur, ona görə də onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsməhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar