Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-788/2024 07.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, tələbkar X3 və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1979-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sor-Sor kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsul aidiyyəti cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2(041)-838/2024-007 saylı, xx.xx.2024-cüil tarixli icra vərəqəsinə əsasən Şəxs ümumilikdə oğlundan ümumilikdə 520 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmənin İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs icra vərəqəsini tam icra etməmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində 200 manat ödəmiş,qalan borcunu da tezlikı ödəyəcəyinə söz ermişdir. Məhkəmədə iclasında barəsində inzibati icraat açılmış şəxs Şəxs izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2024-cü il tarixli qətnaməsi ilə ondan 520 manat alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, işləmədiyi üçün borcunu ödəyə bilməmişdir. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində 520 manat borcundan 200 manat ödəmiş,qalan borcunu da tezliklə ödəyəcəkdir. O,məhkəmə qərarına hörmətlə yanaşmışdır və icra vərəqəsininin icra olunmaması ilə bağlı heç bir qərəzi olmamışdır. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs və İcra məmuru İlham Əliyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir rayon məhkəməsinin 2(041)-838/2024-007 saylı, xx.xx.2024-cüil tarixli icra vərəqəsinə əsasən Şəxs ümumilikdə oğlundan ümumilikdə 520 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmənin 2024-cü il tarixli İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs icra vərəqəsini icra etməmişdir. Borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilb məhkəməyə gətirildikdən sonra məhkəmə tərəfindən verilmiş vaxt ərzində o, 520 manat borcundan 200 manat ödənilməklə qalan borcunu da tezliklə ödəyəcəyini bildirmişdir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-788/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-788/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver