Məhkəmə qərarları › İş №3(041)-79/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-79/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-79/2023 18.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1985-ci Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Gəncə şəhəri, Nizami rayonu Ə.Hüseynzadə küçəsi,döngə 1,ev 4-də qeydiyyada olmaqla, yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus velisopedi küçədən oğurlayaraq zərərçəkmiş şəxsə 450 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxsnın şikayəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, Gəcə şəhərində yaşayır. Onun azyaşlı uşşağı ağır xəstə olduğu üçün məcbur olub tikintidə işləək üçün Kürdəmir rayonuna gəlmişdir. Oğlunun müalicəyə ehtiyacı olduğu üçün o, müalicə pulu tapa bilməmiş və məcbur olub adını sonradadn bildiyi Samir Əliyə məxsu velisopedi küçədə görüb oğurlamışdır. Hazırda o, velisopedi Sairə qaytarmış və onlar barışmışlar. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla ona dəymiş ziyanı tamailə ödəməsini nəzərə alıb barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş iş üzrə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Seymuru tanımır.xx.xx.2022-ci il tarixdə o, özünə məxsus velisopedi yaşadıqları Kürdəmir rayonunun Karrar qəsəbəsində küçədə saxlamış və bir az sonra qayıdand velisopedi tapa bilməmiş və bununla bağlı Kürdəmir RPŞ-nə şikayət etmişdir. Hazırda Seymur velisopedi qaytarmış və onlar barışmışlar. Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Seymur barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, qizlin yolla zərərçəkmiş şəxsə məxsus velisopedi oğurlayaraq zərərçəkmiş şəxsə maddi ziyan vrmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onlar barışmış və inzibati xəta hadisəsi törədən Şəxs ona dəymiş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsində göstərilir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyinə görə inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 39.2,53.0.10, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ : İnzibat xəta törədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar