Məhkəmə qərarları › İş №3(041)-790/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-790/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-790/2023 23.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1602665 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə S.V.Mehdiyev tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıqov izahatında göstərdi ki, Kürdəmir rayon Sığırlı kənd sakini X2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq işlədiyi “EDU” marketin anbarından enerji içkilərinin oğurlandığını bildirmişdir. Şikayətlə bağlı polis əməkdaşları həmin tarixdə qeyd edilən ünvana gedərək oğurluqda şüphəli bilinən Sığırlı kənd sakini Şəxs izahat verməsi üçün polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə onu polis şöbəsinə apararaq izahatı alınmış, barəsində Azərbaycan Respubikası 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin məkdaşları Kürdəmir rayonu Sığırlı kəndi ərazisndə ona yaxınlaşaraq yaşadığı kəndin ərazisində yerləşən “EDU” marketin anbarından enerji içkilərinin oğurlandığını və baş vermiş oğurluq hadisəsi ilə bağlı şüphəli olduğunu bildirərəkə izahat verməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının dəvəti ilə şöbəyə gedərək baş verənlər barədə izahat vermiş və etmiş olduğu oğurluq hadisəsini səmimi etiraf etmişdir. Şöbədə olarkən onun barəsində əsassız olaraq İXMnın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz etirazını bildirərək polis əməkdaşları ilə mübahisə etmədiyini və onların qanuni tələblərinə tabe olduğunu bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Proses iştirakçılarının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Hazırki işin müəyyən edilən hallarından görünür ki, Kürdəmir rayon Sığırlı kənd sakini X2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq işlədiyi “EDU” marketin anbarından enerji içkilərinin oğurlandığını bildirmiş, şikayət əsasında Kürdəmir RPŞ-nın əməkdaşları Kürdəmir rayonu Sığırlı kəndinə gedərək oğurluqda şüphəli bilinən Şəxs izahat verməsi üçün polis şöbəsinə aparıb izahatı alımmış, oğurluq hadisəsini etiraf etdikdən sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar